Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GÜNAHKARCASINA (ID - 15778)

zərf Günahı, təqsiri olan kimi; təqsirkarcasına. Günahkarcasına baxmaq.

GÜNAHKARLIQ (ID - 15779)

is. Müqəssirlik, təqsirkarlıq. Günahkarlığını boynuna almaq.

GÜNAHLANDIRILMA (ID - 15780)

"Günahlandırılmaq” dan f.is.

GÜNAHLANDIRILMAQ (ID - 15781)

məc. Müqəssir tutulmaq, təqsirləndirilmək.

GÜNAHLANDIRMA (ID - 15782)

“Günahlandırmaq” dan f.is.

GÜNAHLANDIRMAQ (ID - 15783)

f. Günahkar hesab etmək, müqəssir saymaq; təqsirləndirmək. Oğruluqda günahlandırmaq. Əsassız yerə günahlandırmaq.

GÜNAHLI (ID - 15784)

bax günahkar 1 və 2-ci mənalarda. 0əfiqə xanım, sən də məni bağışla, mən günahlıyam. I.Musabəyov.

GÜNAHSIZ (ID - 15785)

sif. 1. Günahı, təqsiri olmayan; təqsirsiz. Günahsız adam. - İnsaf et, öldürmə, günahsız qulu; Əl-əldən üzülür, yaman çağıdır. M.P.Vaqif. Qəlbində bir yetimtək qoymadın öz kamını; Günahsız qurbanların aldın intiqamını....

GÜNAHSIZLIQ (ID - 15786)

is. Heç bir günahı, təqsiri olmama; təqsirsizlik.

GÜNARASI (ID - 15787)

bax günaşırı. Salman kişi günarası .. dincələrdi. Mir Cəlal.

GÜNAŞIRI (ID - 15788)

zərf Bir gün ötürüb, o birisi gün, bir gün ötürərək; günarası. Günaşırı tarlanı sulamaq. Günaşırı qar yağır. - Camaatı təzə ətə öyrətmiş İmaməli günaşırı [danalardan] birini tutub kəsirdi. M.Hüseyn.

GÜNBATAN (ID - 15789)

1. is. Dünyanın günbatan tərəfi; qərb. Şərəf xalanın bağı bizim evimizin günbatan tərəfində idi. S.Hüseyn. Hər axşam günbatandakı meşədən mahnı oxuyan bir səs yüksəlirdi. Ə.Məmmədxanlı. Günbatanda şəklində zərf - günün...

GÜNBƏD, GÜNBƏZ (ID - 15790)

is. [fars.] Yarımkürə şəklində bina damı; qübbə. Hamamın günbəzi. - Şeşpər günbəzə elə dəydi ki, günbəzdən od töküldü. “Koroğlu”. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə...

GÜNBƏDLİ, GÜNBƏZLİ (ID - 15791)

sif Günbəzi olan, damı günbəd (günbəz) şəklində olan; qübbəli. Günbəzli hamam. - [Nəzakət:] Gör günbəzli yerdən tüstü çıxır, Ağa Kərim hamamı yanır, ya yox? Mir Cəlal.

GÜNBƏGÜN (ID - 15792)

zərf Gündən-günə, gün keçdikcə; tədricən, günü-gündən, get-gedə. Günbəgün arıqlamaq. Vəziyyət günbəgün yaxşılaşır. - Günbəgün əskilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi. Səni sevən, cavan...

GÜNÇIXAN (ID - 15793)

is. Dünyanın günçıxan tərəfi; şərq. Atıb alovunu, eyləmişdi al; Günçıxan tərəfdə olan əyri yal. H.K.Sanılı. Onun yeni mənzili günçıxana baxırdı. S.Rüstəm.

GÜNDƏLİK (ID - 15794)

1. sif Hərgünkü, hər gün olan, hər gün baş verən, adi. Gündəlik rejim. - [Qətibə:] Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... M.S.Ordubadi....

GÜNDƏM (ID - 15795)

is. 1. Həll edilməli, müzakirə edilməli məsələlər.
Müəyyən bir yığıncağın müzakirə edəcəyi məsələlərin siyahısı.

GÜNDOĞAN (ID - 15796)

bax günçıxan. Ərəbistanın gündoğan tərəfində olan Mərcan dəryasına kənardan şirin su tökülmürsə, belə dəryanın suyu günbəgün şorlaşıb ağır olur. H.Zərdabi. Qəhrəmanlar kəndinin gündoğanı Qaratəpə, günbatanı isə...

GÜNDÜZ (ID - 15797)

is. Gecə-gündüzün işıqlı hissəsi; gündoğandan günbatana qədər olan müddət (gecə müqabili). Gündüz getmədiyin yolu gecə getmə. (Ata. sözü). Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir.....

GÜNDÜZKÜ (ID - 15798)

sif Gündüz olan; gecə deyil, gündüz baş verən. Gündüzkü əhvalat. Elə güc gəldi ki, ona ağrılar; Gündüzkü dərdini tamam unutdu. B.Vahabzadə.

GÜNEY (ID - 15799)

is. 1. Cənub. Güney tərəfə getmək. - [Hüseyn:] ..Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. // Sif. mənasında. Güney tərəf. Gün düşən yer, gün tutan...

GÜNEYLİK (ID - 15800)

is. Güney yer, gün düşən yer. Şərbaflar burdan kənara daha güneylikyerə çəkilirdilər. Ə.Əbülhəsən.

GÜNƏBAXAN (ID - 15801)

is. Tumundan yağ alınan uzungövdəli, iri sarı, güllü birillik bitki. Günəbaxan toxumu. - Həyətdə iki-üç günəbaxan gözə çarpırdı. M.S.Ordubadi. □ Günəbaxan yağı - günəbaxan tumundan alınan yağ.

GÜNƏBAXANLIQ (ID - 15802)

is. Günəbaxan əkilmiş yer, günəbaxan tarlası. Günəbaxanlığı alaq etmək.

GÜNƏBİR (ID - 15803)

zərf Hər gün, gündə.

GÜNƏMUZD (ID - 15804)

sif 1. Əmək haqqı gün hesabı ilə ödənilən. Günəmuzd əmək haqqı sistemi. Günəmuzdfəhlə. Əmək haqqı işlədiyi günlər hesabı ilə ödənilən müvəqqəti işdə işləyən. Bir-iki ay təsadüfi günəmuzd işlər görür. S.Hüseyn....

GÜNƏMUZDÇU (ID - 15805)

sif. Günəmuzd işləyən. Günəmuzdçu fəhlə.

GÜNƏMUZDÇULUQ (ID - 15806)

is. Günəmuzd işləmə.

GÜNƏŞ (ID - 15807)

is. 1. Planet sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan mərkəzi göy cismi; gün. Günəş işığı. Günəş də batanda rəngi saralır. - Toztorpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü....

GÜNƏŞLİ (ID - 15808)

sif. 1. Günəşin işığı ilə nurlanmış, işıqlı, günəş olan. Günəşli gün. - Aləm bilir bu yolun hər zaman ilham dolu; Günəşli gündüzləri, aylı gecələri var. S.Rüstəm. Cavahir onu arabir günəşli havalarda gəzməyə də...

GÜNƏŞLİLİK (ID - 15809)

is. Günəşli yerin, ya havanın halı; günəşlə işıqlanma. Havanın günəşliliyi.

GÜNƏŞSİZ (ID - 15810)

sif. 1. Günəş olmayan, işıq olmayan, günsüz. Günəşsiz hava. Gün düşməyən, işıqsız. Günəşsiz zirzəmi. Günəşsiz otaq. - Zindanın işıqsız, günəşsiz qaldı; Hümmətin ucadır, dam alçaq, Nəbi! Şəhriyar.

GÜNƏŞSİZLİK (ID - 15811)

is. Günəşsiz yerin və ya havanın halı. Havanın günəşsizliyi.

GÜNƏŞUM (ID - 15812)

is. Şumlanıb günəş altında qalmış əkilməyən yer.

GÜNƏVƏR (ID - 15813)

bax güney 2-ci mənada. Anası [Tapdığın] qolundan tutub, həyətə, günəvər bir yerə çıxartdı. Ə.Vəliyev.

GÜNGÖRMƏZ (ID - 15814)

sif. 1. Heç zaman gün düşməyən, günəş işığı görməyən. Güngörməz zirzəmi.
2. məc. Heç kəsin görmədiyi; gizli, məxfı. [Nemətullayev] Mənzər vasitəsilə bacaqlı, kəmər, saat və sair bu kimi qiymətli şeylər alaraq...

GÜN-GÜNORTA (ID - 15815)

is. Günorta, günəşin günortaya yaxınlaşdığı vaxt (vaxtın, günün keçmək üzrə olduğunu bildirir). Dağın zirvəsində gün-günortadır; Dərənin dibini haqlayır axşam. M.Araz.

GÜN-GÜZƏRAN (ID - 15816)

is. Güzəran, dolanacaq, yaşayış.

GÜNHESABI (ID - 15817)

zərf Zəhmət haqqı gün hesabı ilə ödənilən; günəmuzd. Günhesabı işləmək.

GÜNLƏMƏ (ID - 15818)

"Günləmək” dən fis.

GÜNLƏMƏK (ID - 15819)

f Bütün günü güdmək, göz qoymaq. ..Pası Gülsənəmi günləyir, ona Hatəmxanın evinin həndəvərindən belə bulağa getməyə yol vermir. S.Rəhimov.

GÜNLÜ (ID - 15820)

b a x günəşli. Günlü hava.

GÜNLÜK (ID - 15821)

is. 1. Rəqəmlərdən sonra gələrək işin neçə gündə görüləcəyini və ya görülə biləcəyini, yaxud şeyin neçə günə çata biləcəyini və s. bildirir. İki günlük işim qalıb. Üç günlük odun. - [Əvvəlinci kəndli:] Həkim...

GÜNLÜKLÜ (ID - 15822)

sif Günlüyü (3-cü mənada) olan. [Şahmar] Qarakişinin uzun günlüklü boz şapkasını gördü, tez geri qayıtdı. B.Bayramov.

GÜNORTA (ID - 15823)

is. 1. Gündüz saat 12, günəşin üfüq üzərində ən yüksək nöqtəyə çatdığı vaxt. Günortadan sonra şəhərin bütün əhalisi cıdır düzünə tərəf axışmağa başladı. Çəmənzəminli. Həmin vaxta aid, günorta vaxtı gedən,...

GÜNORTALIQ (ID - 15824)

is. Başın orta hissəsi; təpə. Yenə papağını günortalığa qaldıran faytonçu .. atları açıb yemləməyə başladı. M.Hüseyn.

GÜNORTAÜSTÜ (ID - 15825)

zərf Saat on iki radələrində; günorta. [Məşədi İman:] Sabah günortaüstü yoldaşlar gedirlər. Ə.Haqverdiyev. Günortaüstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. S.Rəhman.

GÜNSÜZ (ID - 15826)

bax günəşsiz. Günsüz hava. Günsüz yer.

GÜNÜ (ID - 15827)

is. 1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal. // Bu cür ailədəki...

Bu səhifə 15 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif