ZE+education...
Kurikulum+sinaqlar...

İzahlı lüğət

G (ID - 14428)

Azərbaycan əlifbasının doqquzuncu hərfi. bax ge.

GAH1 (ID - 14429)

[fars.] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir). Gah ora, gah bura baxır. - [Qəhrəman:] Gah bizim qoşun,...

GAH2 (ID - 14430)

məh. bax büzmə 2-ci mənada.

GAHBAGAH (ID - 14431)

zərf [fars.] Hərdənbir, arabir, bəzən, gah-gah. Əziz başın üçün oxu yazımı; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əzəldən var idi lütfü kərəmin; Gahbagah bəriyə seyrü-qədəmin. M.P.Vaqif.

GAHBİR (ID - 14432)

GAHDAN (ID - 14433)

GAHDANBİR (ID - 14434)

bax gahbir. Gahdanbir bizə gələrdi. - Hər dəfə çörək bişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdanbir Təzəkənddə bacısı Zibeydəyə xəbər verirdi ki, gəlib ona...

GAH-GAH (ID - 14435)

bax gahbagah. Bilmişəm bulmaq vüsalın, leyk bir ümmid ilə; Gahgah öz xatiri-naşadımı şad eylərəm. Füzuli. [Dərviş:] Malların gövşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. Divanbəyoğlu. Səni...

GAH-GAHI (ID - 14436)

bax gah-gah. Əziziyəm, külahı; Götür başdan külahı; Oğul, böyüyəndə sal; Məni yada gah-gahı. (Bayatı). Unutmayın aşığı; Yada salın gah-gahı. Sarı Aşıq.

GAHGİR1 (ID - 14437)

sif. Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan. Gahgir at.

GAHGİR2 (ID - 14438)

məh. Narın sarı qum. Daşın üstünə gahgir tökmək.

GAHGİRLİK1 (ID - 14439)

is. Gahgir atın xasiyyəti (bax gahgir1

GAHGİRLİK2 (ID - 14440)

is. Gahgir olan yer; qumluq (bax gahgir2

GAHI (ID - 14441)

GAHI-GAHI (ID - 14442)

b ax gah-gah. Ey sevdiyim, qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq nədəndir. Qurbani. Demirəm oynasın ta axşamadək; Gah otursun, gahı-gahı oynasın. Q.Zakir.

GAHLI (ID - 14443)

bax büzməli. Həmişəki kimi [Şahbəy] yenə də lifəli şalvar, qara gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən.

GAP (ID - 14444)

is. köhn. Söhbət, danışıq. [Kətxuda:] Ay oğul, gapınızın ucundan-qulağından eşitdim. M.Hüseyn. □ Gap etmək - söhbət etmək, danışmaq. [Zalxa:] Salaməleyk, Bayram! Kimlə gap edirsən? M.F.Axundzadə.

GAPTLAMA (ID - 14445)

“Gaplamaq” dan f.is.

GAPLAMAQ (ID - 14446)

f. köhn. Söhbət etmək, danışmaq.

GAVAHIN (ID - 14447)

GAVALI (ID - 14448)

is. Çəyirdəkli girdə, yaxud uzunsov sarı və ya bənövşəyi rəngli meyvə. Yay fəslində ərik, gavalı dəyirdi. S.S.Axundov. [Əyyar:] ..Elə ki budaqlar başını əyər, nar, heyva, şaftalı, gavalı dəyər.. A.Şaiq. // Bu meyvənin ağacı,...

GAVALILIQ (ID - 14449)

is. Çoxlu gavalı ağacı əkilmiş yer, gavalı bağı. Bağın bir hissəsi gavalılıqdır.

GAVUR (ID - 14450)

is. [ər.] 1. Müsəlmanların islam dininə ibadət etməyənlərə verdiyi ad. Gavurun tənbəli - keşiş, müsəlmanın tənbəli - dərviş. (Ata. sözü). [Qədir:] Gavur öldürdüyüm üçün rəisin hörmətinə, xələtinə nail olacağam. Mir...

GAVURLUQ (ID - 14451)

is. Müsəlman dininə inanmama; dinsizlik, kafirlik.

GE (ID - 14452)

"G” hərfinin və bu hərflə işarə olunan samitin adı.

GEC (ID - 14453)

zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. - [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü...

GECDƏN (ID - 14454)

zərf Adi vaxtdan tez, həmişəkindən əvvəl. Sabah gecdən çıxmışdım şəhərə, nə gördüm: bir vurhavurdur, bir çalhaçaldır ki, gəl görəsən. “Mol. Nəsr.”

GECDƏN-GEC (ID - 14455)

zərf Çox gec, lap gec. [Qərənfil xalanın] gecdən-gec gözünə yuxu getdi. Ə.Vəliyev. ..[Yusif] gecdən-gec dilləndi: - Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidi. I.Hüseynov.

GECDƏYƏN (ID - 14456)

bax gecyetişən.

GECƏ (ID - 14457)

is. 1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. - Gecənin xeyrindən sabahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. M.P.Vaqif....

GECƏBƏGÜNDÜZ (ID - 14458)

dan. bax gecə-gündüz. Gecəbəgündüz işləmək. - Bir ay gecəbəgündüz; O qırpmadı gözünü. B.Vahabzadə.

GECƏBƏNÖVŞƏSİ (ID - 14459)

is. bot. Yeraltı kök yumruları olan yabanı bəzək bitkisi; gecəçiçəyi.

GECƏÇIRAGI (ID - 14460)

is. zool. Gecələr parıldayıb işıq verən böcək; işıldaquş.

GECƏÇİÇƏYİ (ID - 14461)

bax gecəbənövşəsi.

GECƏ-GÜNDÜZ (ID - 14462)

1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. - Sənsiz...

GECƏ-GÜNDÜZLÜ (ID - 14463)

bax gecəli-gündüzlü.

GECƏ-GÜNDÜZLÜK (ID - 14464)

sif. Adətən saylarla: bir gecə-gündüzlük - bir gecə-gündüz müddətində olan, bir gecə-gündüzə bəs edən. Bir gecə-gündüzlük odun.

GECƏKƏSDİ (ID - 14465)

is. etnoqr. Toy gecələri səhərə qədər sürən şənlik mərasimi.

GECƏKİ (ID - 14466)

sif Gecə olmuş, gecə baş vermiş. Gecəki hadisə. Gecəki söhbət. - Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.V.Vidadi. [Qarı çobanlara:] Qumru xalçasına baxmağa gəlib, - dedi,...

GECƏKORLUQ, GECƏKORLUĞU (ID - 14467)

is. tib. Gecələr gözün görmə qabiliyyətinin azalmasından ibarət göz qüsuru; şəbkorluq.

GECƏKORU (ID - 14468)

is. Gecəkorluğu olan adam; şəbkor.

GECƏQONAĞI (ID - 14469)

is. 1. Bir gecə qonaq qalan adam. Gecəqonağı tezdən getdi.
2. isteh. Oğru mənasında. Milis nəfəri bir neçə tin qaçandan sonra gecə qonaqlarını yaxaladı. (Qəzetlərdən).

GECƏQUŞU (ID - 14470)

is. 1. Bax yarasa 1-ci mənada. Çox yeriməyib uşaq yenə durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov.
2....

GECƏLƏMƏ (ID - 14471)

“Gecələmək” dən fis.

GECƏLƏMƏK (ID - 14472)

f Gecəni qalmaq, gecəni keçirmək, bir gecəni yatmaq. Mehmanxanada gecələmək. Kənddə gecələmək. - Fəqət [Tellinin] adamsız, tamamilə xəlvət bir həyətdə yalqız qalıb gecələdiyi olmamışdı. S.Hüseyn. [Çopo:] Ev gecələdiyim...

GECƏLİK (ID - 14473)

is. 1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. - Bir gecəlik mətləbin bir sənə mabədi...

GECƏLİ-GÜNDÜZLÜ (ID - 14474)

zərf Gecə və gündüz, daim. Gecəli-gündüzlü işləmək. - 0ərəfoğlu özü xahiş edib [Rüstəmi] hissəsinə keçirdi, iki il gecəli-gündüzlü bir yerdə oldular. M.İbrahimov. Buna görə də kombaynçılar şirin yuxularına xələl...

GECƏRİYƏN (ID - 14475)

sif. xüs. Əriməsi çətin olan, çətin əriyən, tez əriməyən. Gecəriyən metallar.

GECƏVƏR (ID - 14476)

is. bot. Çoxillik kökümsovlu dərman bitkisi.

GECƏYARI(SI) (ID - 14477)

zərf Gecə saat 12-də, gecənin tən yarısında. Qazan xan bir ovuc bəylə gecəyarısı sərhəd çayının sahilinə çatıb atını suya vurdu. M.Rzaquluzadə. Birinci gün gecəyarı; Qurd qısnadı qoyunları. M.Dilbazi.

Bu səhifə dəfə baxılıb

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Yeni video
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
......
Bağla
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Yeni video
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Yeni video
Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Zərfin mənaca növləri. Azərbaycan dili. Dərs 39
Yeni video
ORFOEPİYA  NORMALARI (3-ci hissə). Q və K  hərflərinin tələffüzü.
ORFOEPİYA NORMALARI (3-ci hissə). Q və K hərflərinin tələffüzü.

İzahlı video testlərə keç