Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GEYİNDİRİB-KECİNDİRMƏ (ID - 14628)

“Geyindiribkecindirmək” dən. is.

GEYİNDİRİB-KECİNDİRMƏK (ID - 14629)

f Birini yaxşı-yaxşı geyindirmək, bəzəndirmək. Gəlini geyindirib-kecindirdilər. Uşağı geyindirib-kecindirmək. - ..Onu geyindirib-kecindirib məclisə gətirmişdilər. Ə.Məmmədxanlı.

GEYİNDİRMƏ (ID - 14630)

“Geyindirmək” dən fis.

GEYİNDİRMƏK (ID - 14631)

f 1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək. Pişxidmətlər .. şüru etdilər.. Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə. M.F.Axundzadə. [Gəlini] yaxşıca geyindirirlər,...

GEYİNƏCƏK (ID - 14632)

is. dan. Paltar, geyim.

GEYİNİB-KECİNMƏ (ID - 14633)

“Geyinib-kecinmək” dən f.is.

GEYİNİB-KECİNMƏK (ID - 14634)

f Yaxşı-yaxşı geyinmək, bəzək şeyləri taxmaq, bəzənmək. Qız geyinib-kecinib Məlik Düçara dedi.. (Nağıl). Geyinirik-kecinirik yurdumuzun varından; Ellər açır süfrəsini öz bağının barından. S.Vurğun. [Şahnigar xanım] geyinibkecindi,...

GEYİNİB-KECİNMİŞ (ID - 14635)

f.sif. Yaxşı-yaxşı, səliqə ilə geyinmiş, geyinib-bəzənmiş.

GEYİNMƏ (ID - 14636)

“Geyinmək” dən f.is. Səhnədəkilər geyinmələrini tamam edirlər. Ü.Hacıbəyov.

GEYİNMƏK (ID - 14637)

qayıd. 1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə. Dan yerinə səda düşəndə Firəngiz...

GEYİNMİŞ (ID - 14638)

f.sif. Paltar geymiş; paltarlı. Geyinmiş uşaq. Geyinmiş halda.

GEYİŞ (ID - 14639)

is. köhn. Geymə işi, geymə (geyinmə) tərzi. Əynində var sincab donun; Geyişin yarıma bənzər. Aşıq Əmir.

GEYİŞDİRMƏ (ID - 14640)

“Geyişdirmək” dən.

GEYİŞDİRMƏK (ID - 14641)

b a x gicişdirmək.

GEYİŞİK (ID - 14642)

bax gicişmə.

GEYİŞMƏ (ID - 14643)

“Geyişmək” dən fis.

GEYİŞMƏK (ID - 14644)

1. Bax gicişmək.
2. dan. Bir-birinə keçmək, sarmaşmaq. Saçları bir-birinə geyişib.

GEYMƏ (ID - 14645)

1. “Geymək” dən f.is.
2. Üst paltarın altından geyilən qısa arxalıq. Usta Zeynal yarımmahuddan tikilmiş köhnə geyməsini çıxarıb bükdü və qoydu bir səmtə.. C.Məmmədquluzadə. Balta çaldıqca onun geyməsinin cındır qolu...

GEYMƏK1 (ID - 14646)

f 1. Əyninə paltar, ayağa ayaqqabı və başa papaq keçirmək. Çəkmələrini geymək. Pencəyini geymək. Istipaltar geymək.
Qurban .. durdu ayağa və ətəklərinin kəcini silib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə....

GEYMƏK2 (ID - 14647)

is. Geyim, paltar. Yemək və geymək sarıdan uşaqlar korluq çəkmirdilər. Ə.Əbülhəsən.

GEYMƏLİ (ID - 14648)

sif Geyməyə yararlı, geyməyə yarayan. Geyməli paltar.

GEYSU (ID - 14649)

is. [fars.] klas. Saç, hörük. Göz doymaz vəsməli kaman əbrudan: Can üzülməz səmən iyli geysudan. M.P.Vaqif. Atəşin ruyində əftək yatıb geysulərin; Türfə cadudur ki, mar atəşdə suzan olmasını M.Ə.Sabir.
Açıq-sarı geysuları...

GƏBƏ (ID - 14650)

GƏBƏÇİ (ID - 14651)

is. köhn. Gəbə, xalı toxuyan və ya gəbə alveri edən adam.

GƏBƏÇİLİK (ID - 14652)

is. Gəbəçinin işi, peşəsi.

GƏBƏRDİLMƏ (ID - 14653)

“Gəbərdilmək” dən f.is.

GƏBƏRDİLMƏK (ID - 14654)

məch. Öldürülmək.

GƏBƏRMƏ (ID - 14655)

“Gəbərmək” dən f.is.

GƏBƏRMƏK (ID - 14656)

f Ölmək (adətən heyvanlar haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // Eyni mənada adam haqqında təhqir kimi işlənir....

GƏBƏRTMƏ (ID - 14657)

“Gəbərtmək” dən fis.

GƏBƏRTMƏK (ID - 14658)

f Öldürmək. Yüzbaşını, oğlunu gəbərdib qaçdım dağa; Süründüm dağda-daşda, ələ vermədim yaxa. S.Rüstəm.

GƏC (ID - 14659)

is. [fars.] Gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə (suvaq işlərində istifadə olunur). ..Bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci uçub tökülmüşdü. C.Məmmədquluzadə....

GƏCXANA (ID - 14660)

is. [fars.] köhn. Gəc hazırlanan yer. // Gəc satılan dükan.

GƏDA (ID - 14661)

is. [fars.] 1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər...

GƏDALIQ (ID - 14662)

is. 1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma. Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli. // Nökərlik. Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim. S.Ə.Şirvani.
2. məc. Alçaqlıq, nanəciblik....

GƏDƏ (ID - 14663)

is. dan. 1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin...

GƏDƏBAŞI (ID - 14664)

is. köhn. Keçmişdə xan, bəy, dövlətli evinin nökərlərinə başçılıq edən adam; baş nökər.

GƏDƏCİYƏZ (ID - 14665)

“Gədə” dən (2-ci mənada) oxş. Oğlancığaz, uşaqcığaz. [Gülpəri:] Mənim gədəciyəzim evdə bekar oturub. Ə.Haqverdiyev.

GƏDƏ-GÜDƏ (ID - 14666)

top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü,...

GƏDƏK (ID - 14667)

məh. bax balağ2

GƏDƏLİK (ID - 14668)

GƏDİK (ID - 14669)

is. Dağın beli; aşırım. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər. “Koroğlu”. [Toğrul:] Savalan dağlarının gədiklərində Ərtoğrul basılmış, bizimkilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi əyri dağ...

GƏH (ID - 14670)

klas. b ax gah. Gəh zülfün öpər, gəh düşər ayağına; Sənsən mənə həm qibləvü, həm Məkkə, Mədinə. M.P.Vaqif.

GƏH-GƏH (ID - 14671)

klas. bax gah-gah. Gəh-gəh içib sərxoş olaq şərabı; Gündə sürək vəhdət ikimiz belə. M.P.Vaqif. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil; Bari gəh-gəh sor dili biixtiyarımdan məni. S.Ə.Şirvani.

GƏHGİR (ID - 14672)

sif Tərs, inadkar, inadcıl.

GƏHİ (ID - 14673)

klas. bax gahı. Gəhi babi, gəhi mürtəd, gəhi kafir adlandım; Döyüldüm, şaşqalandım, güllələndim, bəlkə odlandım. Ə.Nəzmi.

GƏLDİ-GEDƏR (ID - 14674)

sif. Müvəqqəti, daimi olmayan, qeyri-sabit. [Molla Xəlil:] Bunların hamısı gəldi-gedər adamlardır. S.Hüseyn. Əldən-ələ keçir vəfasız həyat; Biz gəldigedərik, sən yaşa, dünya! S.Vurğun. ..Bu göyərçinlər başqa köçəri quşlar...

GƏLDİ-GEDƏRGİ (ID - 14675)

bax gəldi-gedər.

GƏLDİKCƏ (ID - 14676)

bax getdikcə. ..Pristavın yanında on yeddi il mirzəlik elədim və gəldikcə şöhrət qazandım. C.Məmmədquluzadə.
Yeri gəldikcə - münasib vaxt olduqda, yeri düşdükcə, imkan olan kimi. Yeri gəldikcə qeyd etmək. - Yeri gəldikcə...

GƏLƏCƏK (ID - 14677)

1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. - Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. Şaiq. Düşüncəli...

Bu səhifə 25 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif