Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GİRMƏK (ID - 15078)

f 1. Daxil olmaq, içəriyə keçmək (çıxmaq əksi). Evə girmək. Otağa girmək. Qapıdan girmək. - Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. [Mərcan bəy:] A gədə, qoçaq, mən səni çağırmayınca...

GİROV (ID - 15079)

is. [fars.] köhn. 1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar...

GİROVDAR (ID - 15080)

is. [fars.] köhn. Girov saxlayan, girov alan, girovla pul verən adam.

GİROVDARLIQ (ID - 15081)

is. köhn. Girovdarın işi, peşəsi.

GİROVLU (ID - 15082)

sif. Girovla alınmış. Girovlu borc.

GİROVSUZ (ID - 15083)

zərf Girov almadan, girov götürmədən, girov qoyulmadan. [Məşədi Cəfər:] Ruzigar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev. [Hacı Kərim] ömründə girovsuz kimsəyə pul verməmişdi....

GİRS (ID - 15084)

məh. b ax gürzə2

GİRSİZ (ID - 15085)

sif. dan. Giri olmayan; gücsüz, qüvvətsiz, zəif. Girsiz adam. Girsiz əl. - Bu hikməti babam deyib: “Girsiz dostdan bir qara daş... “ M.Araz.

GİRVƏ (ID - 15086)

is. Keçidlərdə, yollarda qar yığını.

GİRVƏNKƏ (ID - 15087)

is. köhn. 400 qrama bərabər köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ. [Əsgər bəy:] Girvənkəsi bir manata alınan çay burada manat yarıma göydə gedir.. M.F.Axundzadə. Uşaq on dördyaşına çatan kimi, gündə ona iki girvənkə...

GİRVƏNKƏLİK (ID - 15088)

sif. köhn. 1. Çəkisi girvənkə ağırlığında olan. [Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Vəliyev.
Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə...

GİRVƏNKƏ-TƏRƏZİ (ID - 15089)

top. Tərəzi və çəki daşları bir yerdə. Arşın, girvənkə-tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun.

GİRYAN (ID - 15090)

sif. və zərf [fars.] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. □ Giryan etmək (eləmək) - ağlatmaq, sızıldatmaq, gözü yaşlı...

GİRYƏ (ID - 15091)

is. [fars.] klas. Göz yaşı tökmə, ağlama, sızlama, inildəmə. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlümü məhzun elər. A.Səhhət. □ Giryə etmək
ağlamaq, sızlamaq, göz yaşı tökmək.

GİŞ (ID - 15092)

is. Alçaq növlü kəndir və ya kətan lifindən toxunmuş cod parça. 5 metr giş. // Həmin parçadan tikilmiş. Giş kisə. Giş başlıq. - [Səmədin] bütün paltarı bir giş torbadan ibarət imiş. T.Ş.Simurq.

GİTARA (ID - 15093)

[isp.] Mizrabla çalınan, səkkizlik şəklində uzunqollu simli musiqi aləti. Gitara çalmaq.

GİTARAÇALAN, GİTARAÇI (ID - 15094)

is. Gitarada çalan çalğıçı.

GİYAH (ID - 15095)

is. [fars.] köhn. Ot, göy.

GİYİD (ID - 15096)

is. Quşu aldadıb tutmaq üçün işlədilən quş səsi çıxaran alət. ..Quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski.

GİYİŞMƏ (ID - 15097)

"Giyişmək” dən f.is.

GİYİŞMƏK (ID - 15098)

bax gicişmək. [Vaqif:] Ay Mirzə, deyərlər: keçinin buynuzu giyişəndə başını çobanın dəyənəyinə sürtər.. Çəmənzəminli.

GİYOV (ID - 15099)

is. Kürəkən. [Soltan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə giyov olmaq istəyir. Ü.Hacıbəyov. [Zöhrə Fərmana:] Mən istəyirəm, anam sənin ona giyov olduğunu bilsin. Ə.Abasov.

GİYOVLUQ (ID - 15100)

is. Kürəkənlik.

GİZİLDƏMƏ (ID - 15101)

“Gizildəmək” dən f.is.

GİZİLDƏMƏK (ID - 15102)

f. 1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov. Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur,...

GİZİLDƏTMƏ (ID - 15103)

“Gizildətmək” dən f.is.

GİZİLDƏTMƏK (ID - 15104)

f 1. Göynətmək, ağrıtmaq, sancmaq.
2. məc. Titrətmək, həyəcanlatmaq.

GİZİLTİ (ID - 15105)

is. Yorğunluqdan, ağrıdan, soyuqdan bədənin bir yerində duyulan ağrı, sızıltı, göynəmə, sancı. Bədənində gizilti duymaq. - Talıb xan yüzbaşının bütün vücudunda bir odlu gizilti gəzdi. S.Rəhimov. Tahir .. gözədəyən bir iş...

GİZİLTİLİ (ID - 15106)

sif. Ağrılı, sızıltılı, sancılı.

GİZİR1 (ID - 15107)

is. köhn. 1. Aşağı rütbəli inzibati işçi. [Giziroğlu Mustafa bəyin] atası keçmişdə gizir olmuşdu. “Koroğlu”. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı, bu da çəkil-çəkil deyib, tatarını oyza tovladı, buyza tovladı,...

GİZİR2 (ID - 15108)

is. Aşıq-aşıq oyununda aşığın toxan tərəfinə əks olan tərəfə verilən ad. Aşıq toxan durdu, ya gizir?

GİZLƏDİLMƏ (ID - 15109)

“Gizlədilmək” dən f.is.

GİZLƏDİLMƏK (ID - 15110)

məch. 1. Gizli yerə qoyulmaq, gizli yerdə saxlanılmaq, yeri bildirilməmək, qapadılmaq. Şeylər gizlədilmişdir. Gizli saxlanılmaq, açılmamaq, deyilməmək (fikir, niyyət).

GİZLƏDİLMİŞ (ID - 15111)

f sif. Gizli yerə qoyulmuş, gizli yerdə saxlanılan. Gizlədilmiş şeylər.

GİZLƏMƏ (ID - 15112)

“Gizləmək” dən f.is.

GİZLƏMƏK (ID - 15113)

b a x gizlətmək. Oxunu atıb, yayını gizləmə! (Ata. sözü). ..Anası, Səlminazı o biri evə salıb Əmrahdan gizlədi. “Əmrah”. Eyibsiz gözəlin xoş olur xoyu; Gizləməz cəmalı, qaməti, boyu. M.P.Vaqif. [Musanın nəvəsi] sarı portfelini...

GİZLƏNC (ID - 15114)

is. Gizlədilmiş, gizli saxlanılmış hər hansı bir şey.

GİZLƏNQAÇ (ID - 15115)

bax gizlənpaç.

GİZLƏNMƏ (ID - 15116)

“Gizlənmək” dən f.is.

GİZLƏNMƏK (ID - 15117)

f. Başqalarının görə və tapa bilməməsi üçün örtülü bir yerə girib qapanmaq. Pərdənin dalında gizlənmək. - Bəlli Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına girib gizlənsin. “Koroğlu”. Ozüm də.. kürkü tərsinə geyib...

GİZLƏNPAÇ (ID - 15118)

is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla....

GİZLƏTMƏ (ID - 15119)

“Gizlətmək” dən f.is.

GİZLƏTMƏK (ID - 15120)

f. 1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər .. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən...

GİZLİ (ID - 15121)

1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə. // Məxfi. Gizli məktub. Gizli sənəd. □ Gizli qalmaq - heç kəsə məlum olmamaq bildirilməmək....

GİZLİCƏ (ID - 15122)

zərf 1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. - Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar...

GİZLİQOVUŞANLAR (ID - 15123)

cəm biol. Sporlar vasitəsilə cinsi törəyib artan bitkilər (məs.: göbələk, yosun və s).

GİZLİLİK (ID - 15124)

is. Gizli olma; naməlumluq, məxfilik.

GİZLİN (ID - 15125)

bax gizli 1 və 4-cü mənalarda. [Nabat:] Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyərəm? S.S.Axundov. [Yetər:] Məşədi Fatma, Allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun, sənin qızın bizə çox xoş gəlib....

GİZLİNC, GİZLİNCƏ (ID - 15126)

bax gizlicə. Sonra [qızı] toysuz, gizlincə dəliyə gəlin aparırlar. S.S.Axundov. O səs yenə gizlincə; Dedi: - Ay qəlbi incə! M.Dilbazi. Sultan darıxmış halda gizlincə köksünü ötürdü. İ.Hüseynov.

GOD (ID - 15127)

is. məh. Çəllək, boçka. [Həsən] ..həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətlipilləkənə yanaşdı. Çəmənzəminli.

Bu səhifə 24 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif