Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GURLANMA (ID - 15578)

“Gurlanmaq” dan f.is.

GURLANMAQ (ID - 15579)

f Şiddətlənmək, güclənmək. Ocaq daha da gurlandı.

GURLAŞMA (ID - 15580)

“Gurlaşmaq” dan f.is.

GURLAŞMAQ (ID - 15581)

f 1. Daha da gurultulu olmaq, əvvəlkindən gur səslənmək. Səsi daha da gurlaşırdı.
Şiddətlənmək, artmaq, güclənmək. Ocaq daha da gurlaşdı. Sel getdikcə gurlaşırdı.

GURLAYICI (ID - 15582)

sif Gurultu səsi çıxaran, gurlayan.

GURP (ID - 15583)

təql. Ağır bir şey düşdükdə çıxan səs.
□□ Ürəyi gurp eləmək - bax ürəyi gup eləmək (“gup”da).

GURPADAN (ID - 15584)

zərf Guppultu ilə, birdən, nagahani. Gurpadan düşmək.

GURSAÇ(LI) (ID - 15585)

sif Saçı gur olan, qalınsaç. Gursaçlı qız.

GURSAÇ(LI)LIQ (ID - 15586)

is. Qalınsaç(lı)lıq.

GURSƏS(Lİ) (ID - 15587)

sif Səsi gur olan, gur səs çıxaran. Gursəs(li) kişi.

GURSƏS(Lİ)LİK (ID - 15588)

is. Səsi gur olma.

GURŞAD (ID - 15589)

sif. Çox bərk və sürətlə yağan. ..Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə. // İs. Gur yağış, şiddətli yağış. Dəli dağın ətəklərində sel və gurşaddan sonra göllər, gölməçələr...

GURTAGURT (ID - 15590)

təql. Ocaqda, sobada odun, kömür, qaz yanarkən çıxan səs. Ocaq gurtagurt saldı.

GURULDAYICI (ID - 15591)

sif Gurultu salan, gurlayan, gur-gur edən.
□□ Guruldayıcı qaz kim. - hidrogenin oksigenlə qarışığından alınan partlayıcı qaz.

GURULDAMA (ID - 15592)

“Guruldamaq” dan f.is.

GURULDAMAQ (ID - 15593)

bax gurlamaq. Yağmasa da guruldayır. (Məsəl). Dərin darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Külək daha da şiddətlənir, yerə sərilmiş Dilşadın üzərində guruldayaraq şahidi olduğu faciəni xəbər verirdi....

GURULDATMA (ID - 15594)

“Guruldatmaq” dan f.is.

GURULDATMAQ (ID - 15595)

icb. Guruldamasına səbəb olmaq. [Tahir] ..öz məharətini göstərmək üçün bir neçə dəfə motoru guruldatdı... M.Hüseyn.

GURULTU (ID - 15596)

is. 1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs. - [Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Çəmənzəminli. Sel gurultu ilə alaçığın içindən...

GURULTULU (ID - 15597)

sif. 1. Gurultusu olan, çox səs salan, gurultu salan. Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur.. A.Divanbəyoğlu. Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq. □...

GURULTULULUQ (ID - 15598)

is. Gurultu qoparan adam və ya şeyin halı.

GURULTU-NƏRİLTİ (ID - 15599)

is. Çox bərk səsküy, gurultu. Çayın tərpətdiyi qayalar toqquşur, gurultu-nərilti qoparırdı. B.Bayramov.

GURULTU-PATILTI (ID - 15600)

bax gurultu-nərilti. Günlərin birində qonşumgildən gurultupatıltı eşitdim. S.Rüstəm.

GURUPPULTU (ID - 15601)

bax guppultu. ..Orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”, yəni “müsəlmanların yuxarıdan guruppultu ilə aşağı düşməyi”. C.Məmmədquluzadə.

GUŞ (ID - 15602)

[fars.] klas. Qulaq. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. □ Guş etmək klas. qulaq asmaq. [Zeyd:] Harun, guş et, bir dəm; Leylayə mən bəndəm. Ü.Hacıbəyov.

GUŞƏ (ID - 15603)

is. [fars.] 1. Künc, bucaq. Otağın guşəsi. - Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın...

GUŞƏBƏND (ID - 15604)

is. [fars.] köhn. Bir şeyin, ya tikilinin guşələrini birləşdirməkdən ötrü metal və ya başqa materialları birləşdirməkdən ötrü metal üçbucaq şəklində bənd; künyə.

GUŞƏDAŞI (ID - 15605)

is. 1. Tikilərkən binanın tinlərinə qoyulan və başqa bütün daşların qoyulması üçün əsas olan daş. Guşədaşı yerdə qalmaz. (Ata. sözü).
məc. kit. Əsas, başlıca ideya, çıxış nöqtəsi.

GUŞƏNİŞİN (ID - 15606)

is. [fars.] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid. Guşənişin olmaq - bir yerdə qapanıb
qalmaq, evdən bayıra çıxmamaq. [Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev....

GUŞƏNİŞİNLİK (ID - 15607)

is. Guşənişin adamın halı; asketlik, zahidlik.

GUVULDAMA (ID - 15608)

"Guvuldamaq” dan f.is.

GUVULDAMAQ (ID - 15609)

f Guvultu səsi çıxarmaq, uğuldamaq. Budur şimal yeli qopub guvuldar; Sürükləyib buludları vıyıldar. Səhhət. Daşlar səslənir, qalın meşələr guvuldayır. S.Rəhimov.

GUVULTU (ID - 15610)

is. Geniş sahəni əhatə edən dəhşətli səs; uğultu.

GUYA, GUYA Kİ (ID - 15611)

bağl. Sanki, elə bil. Guya bilmirsən. - ..Axurun içində guya ki, fənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Məmmədquluzadə. Mirzə Mustafa cəsarətlə gəlib onun qabağında əyləşdi, guya ki, heç naməhrəm deyil. E.Sultanov....

GÜBRƏ (ID - 15612)

is. Bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığını artırmaq üçün torpağa qatılan üzvi və ya qeyri-üzvi maddə. Üzvi gübrə. Mədən gübrəsi. Torpağa gübrə vermək.

GÜBRƏLƏMƏ (ID - 15613)

“Gübrələmək” dən f.is.

GÜBRƏLƏMƏK (ID - 15614)

f. Torpağa gübrə vermək. Tarlanı gübrələmək.

GÜBRƏLƏNDİRİLMƏ (ID - 15615)

“Gübrələndirilmək” dən f.is.

GÜBRƏLƏNDİRİLMƏK (ID - 15616)

məch. Gübrə vurdurulmaq, gübrə səpdirilmək.

GÜBRƏLƏNDİRMƏ (ID - 15617)

“Gübrələndirmək” dən f.is.

GÜBRƏLƏNDİRMƏK (ID - 15618)

icb. Gübrə vurmaq, gübrə vermək.

GÜBRƏLƏNMƏ (ID - 15619)

“Gübrələnmək” dən f.is.

GÜBRƏLƏNMƏK (ID - 15620)

məch. Gübrə vurulmaq, gübrə verilmək. Tarla gübrələndi.

GÜBRƏLƏTMƏ (ID - 15621)

“Gübrələtmək” dən fis.

GÜBRƏLƏTMƏK (ID - 15622)

icb. Gübrə verdirmək, gübrə vurdurmaq. Sahəni gübrələtmək.

GÜBRƏLİ (ID - 15623)

sif Gübrəsi olan, gübrə verilmiş, gübrələnmiş. Gübrəli torpaq.

GÜBRƏSƏPƏN (ID - 15624)

sif. k.t. Torpağı gübrələyən; gübrəverən. Gübrəsəpən maşın. // İs. mənasında. Gübrəsəpəni təmir etmək.

GÜBRƏSİZ (ID - 15625)

sif Gübrə verilməmiş, gübrəsi olmayan. Gübrəsiz torpaq.

GÜC (ID - 15626)

is. 1. Canlıların əzələlərini gərginləşdirmə vasitəsilə fiziki hərəkətlər etmə qabiliyyəti; insanın (heyvanın) fıziki enerjisi, qüvvəsi; qüvvə. Görsün mən dəlinin indi gücünü. “Koroğlu”. Gücünə bax, şələni bağla....

GÜC-BƏLA (ID - 15627)

zərf Çox çətinliklə, böyük əziyyətlə; zorla. Güc-bəla onları gətirib yola; Deyirəm: - Adıma vurmayın ləkə! S.Rüstəm. ..Sarı keçi bir günü acgöz-acgöz çoxyaman tıxdı, güc-bəla evə döndü. S.Rəhimov.

Bu səhifə 99 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....