İzahlı lüğət

SİĞƏ

is. [ər.] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü). Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi. □ Siğə etmək (eləmək) - köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:] Ağa, qulluq deyil, şəriətipeyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm. Çəmənzəminli. Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız siğə eləyib ocağın qırağında əyləşdi. Ə.Haqverdiyev. // Siğə qardaş, siğə bacı - köhnə məişətdə: əslində qardaş və ya bacı olmayıb müəyyən dini mərasimlə əhd-peyman bağlama nəticəsində qardaş, ya bacı olmuş oğlan, ya qız. Qərvənddə Zaman xan oğlu Qaraynan Aşıq Ələsgər siğə qardaşıydılar. “Aşıq Ələsgər” . Deyilməyə görə, Usta Ağabala Ələsgər Ağa ilə siğə qardaş imiş və ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd etmiş imiş. Çəmənzəminli. □ Siğə oxutdurmaq - siğələşmə ayini icra etmək. [Dursun:] Sabah şəhərə get, bir axunda bacı-qar daşlıq siğəsi oxutdur.. Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed