![main main](/images/breadcrumbs-image-1-min.webp)
not foundTable './shagird_myusers/viewed1' is marked as crashed and last (automatic?) repair failed
SIXMA-BOĞMAis. Bir-birini sıxma, sıxışdırma, basabas. [Əliqulu:] Sonra yavaş-yavaş sıxma-boğma başlandı. S.Rəhman. Bu sonsuz sıxma-boğmaya daha nə qədər dözmək olar. İ.Hüseynov.
□□ Sıxma-boğmaya salmaq - çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. [Pərişan:] Telli xala kimi ağbirçəklər milçəkdən dəvə qayıranda yazıq kişilər neyləsin, qulaqlarına çatır, arvadı salırlar sıxma-boğmaya. M.İbrahimov. Sona.. içəridə əmisi arvadını sıxmaboğmaya salanlara da eşitdirmək istəyib bərkdən dedi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|