İzahlı lüğət

SAĞ1

sif. 1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik. - Bəy xanımın əlini alıb .. dedi: - Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə. [Sultan bəy:] Ay... rəhmətlik Sona, sağ olaydı.. U.Hacıbəyov. Hər könüldən bir səs gəlir; Ölməmişəm, sağam! - deyə. S.Vurğun.
2. Sağlam. Bu xəstələrin qanını dəyişdirib ondan maya qayırıb onu sağ adamın bədəninə çiçək döyən kimi döyüb onları bu xəstəlikdən mühafizə edirlər. H.Zərdabi. // Salamat, zədəsiz. Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani. □ Sağ gün - xəstə olmayan gün (daim xəstə olan adam haqqında). Cahanın sağ günü yatacaqda keçirdi. İ.Musabəyov. Sağ qalmaq - salamat qalmaq, ölməmək, ölümdən qurtarmaq. Təpə uçdu, dağ qaldı; Maral qaçdı, sağ qaldı; Yar yada qismət oldu; Mənə ağlamaq qaldı. (Bayatı). Sağ-islahat (sağ yer) qoymamaq tamam hər yerini əzmək, zədələmək, şikəst etmək. Hasan paşa yanındakı adamlarda sağ-islahat qoymadı. “Koroğlu” . Sağ yer qalmamaq - salamat yeri qalmamaq, hər yeri zədələnmək; bərk şikəst olmaq. Avariyaya düşüb, sağ yeri qalmayıb. - [Almı] o qədər döydülər ki, ağzının, burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Çəmənzəminli. məc. Saf, xalis, bütöv, düz. [Əlləzoğlu:] Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, ... mən də arxayın olam. I Hüseynov.
□□ (Çox) sağ ol(un)!
təşəkkür edirəm, çox razıyam, minnətdaram. [Şeyx Sənan Özdəmirə:] Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Camadarlar:] Çox sağ ol, Məşədi! Allah bərəkət versin! U.Hacıbəyov; 2) vidalaşıb ayrılanda deyilir: salamat qal(m). [Firidun:] Sağ ol, Gülnaz, gedirəm.
Gülnazı qapıya qədər .. ötürdü. M.Ibrahimov. Sağ olsun - bir kəsin işindən, hərəkətindən məmnunluğu, buna görə də təşəkkürü, razılığı bildirir. Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur! C.Məmmədquluzadə. Bağça müdirəsi dilağız etdi: - Sağ olsun Şirzad yoldaş, gedib rayondan bu avadanlığı aldı, gətirdi. M.Ibrahimov. (Ay) sağ olmuş - xitab, ya təşəkkür kimi işlənən ifadə. [Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir. S.S.Axundov. [Bayram kişi:] Eh, sağ olmuş, hökumət kimdir, biz kimik? Hökumətin bir nümayəndəsi elə lap mən özüm. M.Rzaquluzadə. Sağ olmamış - qarğış məqamında işlənən ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed