ZE+education...

İzahlı lüğət

PUÇ

sif. 1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).
2. məc. Boş, heç, fani, axırı olmayan. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır. R.Rza. □ Puç etmək (eyləmək) - məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq. [Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin. M.F.Axundzadə. Puç eylədin, övrət, bu gözəl, sadə insanı! M.Ə.Sabir. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigarpuç etmək istəyir. N.Nərimanov. Puç olmaq - məhv olmaq, puça çıxmaq, heç olmaq. Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov. [Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov. Puça çıxarmaq - b ax puç etmək. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev. Puça çıxmaq - b ax puç olmaq. Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər Susuzluqdan yanıb puça çıxır... C.Məmmədquluzadə. Şahpərinin ümidi dəpuça çıxdı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yeni video
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Modal sözlər
Modal sözlər
Məktəblərə olan “qeyri-qanuni” müəllimlər. Vahid məktəbli formasina keçilir.
Məktəblərə olan “qeyri-qanuni” müəllimlər. Vahid məktəbli formasina keçilir.
Ədat. Ədatlar. Qüvvətləndirici, Dəqiqləşdirici, Sual, Əmr, Təsdiq, İnkar və Arzu ədatları
Ədat. Ədatlar. Qüvvətləndirici, Dəqiqləşdirici, Sual, Əmr, Təsdiq, İnkar və Arzu...
......
Bağla
Distinct error1552: Unknown column 'height' in 'field list'