PƏRDƏis. [fars.] 1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək. Qapıya pərdə salmaq. - Gün Imranın üstünə düşəndə qarı dirəklərin arasına pərdə tutardı. İ.Şıxlı.
Teatrda səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü. Pərdə qalxır, Əsgər oxuyur.. Ü.Hacıbəyov. Səhnədən yenipərdə asılmışdı. Ə.Sadıq. Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri. Iki şəkildən ibarət pərdə. Balet üç pərdədən ibarətdir. Birinci pərdədə çıxış etmək. - Əsərin ən gərgin yerləri olan IV və Vpərdələrdə Almaz şiddətli həyəcanlar keçirir. M.Arif. Tamaşanın ikincipərdəsi oynanırdı. Mir Cəlal. Bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır). Oğlan sazın zil pərdəsini dilləndirir. A.Şaiq. [Məmməd aşığa:] Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. Muğamdakı həzin-həzin pərdələrdən; Divarların dönəminə naxış vurdun. B.Vahabzadə. Mayenin üzərində əmələ gələn təbəqə. Südün üzərindəki yağ pərdəsi. Gölməçə neft pərdəsi ilə örtülüdür. məc. Bir şeyi hər tərəfdən örtən, bürüyən, qapayan nazik təbəqə. Toz pərdəsi. Duman pərdəsi. - Gecənin pərdəsi tamam söküldü; Günəşin telləri yerə töküldü. H.K.Sanılı. Çiçək öz gülüşü ilə Muxtarın sifətindəki xəcalətpərdəsini yırtdı. Ə.Vəliyev. anat. Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə. Qulaq pərdəsi. Göz pərdəsi. məc. Çarşab, ümumiyyətlə, görməyə mane olan şey mənasında. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. M.Hadi. □ Pərdə çəkmək məc. - b ax pərdələmək. Məni çox gənc ikən ağlatdı zaman; Çəkərək pərdə o xoş mənzərəyə. Ə.Cavad. Pərdəyə bürünmək üstü örtülmək, görünməz olmaq. Bütün şəhər qaranlıq birpərdəyə bürünmüşdü. S.Rəhman. məc. Örtü, örtük. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkiliryaşıl birpərdə. A.Şaiq. Qara buludlar qalın birpərdə kimi göy üzünü örtmüşdü. M.İbrahimov. Elə bil üfüqə .. bozumtulpərdə çəkilmişdi. Ə.Əbülhəsən. məc. Böyüklə kiçik, yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır-həya hissi. Arada pərdə olmalıdır. □Pərdəni aradan götürmək- bax pərdəni yırtmaq. [Məzlum:] Aslan, belə danışma, gəlpərdəni aradan götürməyək. S.Vəliyev. Pərdəni yırtmaq - böyüklə kiçik arasında gözlənilməli olan hörmət münasibətini pozmaq, gözləməmək; abır, həya hissini itirmək. Insan nə iş görsə gərəkpünhani görsün, pərdəni yırtmasın. S.Rəhimov. Pərdəsini qaldırmaq - açıb göstərmək, aşkara çıxarmaq, üzə çıxarmaq, aşkar etmək. Qaldır pərdəsini keçmişin bir az; Bax! Kimdir sahildə duran ixtiyar.. R.Rza. Gözdən pərdə asmaq - b ax göz. [Kazım:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?! İ.Şıxlı. pərdə-pərdə zərf Bir pərdədən o biri pərdəyə keçərək, pərdələri səsləndirərək (b ax pərdə 4-cü mənada). Səsləndipərdəpərdə ruhumdakı rübabım. M.Müşfiq. Tarçı çalaraq pərdə-pərdə qalxmağa başladı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|