İzahlı lüğət

GETDİKCƏ

zərf 1. İrəlilədikcə, irəli hərəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol getdikcə söhbət etmək. - Maşın getdikcə onun çarxlarının buraxdığı izlər qumun üstündə qalırdı. H.Seyidbəyli. Uzandıqca. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq.
məc. Tədricən, yavaş-yavaş, zaman keçdikcə. Getdikcə bu məhəllənin halı fənalaşdı. N.Nərimanov. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiyyətini andırırdı. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed