GÜDMƏKf 1. Gizlicə birinin dalınca baxmaq, gözdən qoymamaq; gözləmək. O, yolda adam qoymağa, Qədimin yolunu güdməyə başladı. S.Rəhimov. Səni tale günəşim güdməklə; Keçməsin qorxulu vadilərdən. M.Müşfiq.
2. Qorumaq, mühafizə etmək, gözləmək, qayğısına qalmaq. Süd bişirdi, səs-səmir yox, heyvangüdən (f.sif.) uşaqlar; Bir çalanın ətəyində od qalamış isinir. A.Şaiq. □ Öz xeyrini (mənfəətini) güdmək - ancaq öz xeyri (mənfəəti) haqqında düşünmək və buna müvafiq hərəkət etmək. Paylaşın - Hamı bilsin
|