İzahlı lüğət

GÜL

is. [fars.] 1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək. - ..Bir dəstə gül olaydım; Asılaydım yaxannan. (Bayatı). Bir gül ilə bahar olmaz. (Ata. sözü). ..Hər gülün, hər çiçəyin öz adı, öz surəti var. S.Vurğun.
Buxara dərisinin üzərindəki incə qıvırcıqlar. Bu dərinin gülləri çox xırdadır. Hacı güldü. Börkünü əlinə götürüb onun güllərini yatırmaq üçün əlilə tumarladı. M.S.Ordubadi. Həcərpapağı oxşadı, gümüşü güllər parıldadı. S.Rəhimov.
Toxunma şeylərin, xalçanın və s.-nin üzərində olan buta və s. Xalçanın gülləri. Parçanın gülləri qəşəngdir. [Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır. U.Hacıbəyov.
Çörəkdə xırda-xırda yanmış yer; yanıq qabarları. Çörəyin çoxlu gülü var. □ Gül vermək - çörəkdə gül əmələ gəlmək; qabarlanmaq. Çörək gül verib.
Qızılcanın ən şiddətli anındakı səpgi. Uşağın bədənini gül basıb.
bayt. Qoyun xəstəliklərindən birinin adı. Qoyuna gül düşdü, qırıldı.
məc. Əziz, istəkli, sevimli, sevgili adam. Biçarə Vamiq oldu avarə öz elindən; Məcnunu sən ayırdın Leyli kimi gülündən C.Cabbarlı. Gülüm şəklində - əziz, istəkli, sevimli bir adama nəvazişli müraciət. Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin; Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin. Füzuli.
məc. Gözəl, qəşəng, məsum. Gül kimi uşaq. Gül kimi qız. Gül surət. Gül yanaq.
Mən aşıq gül üzünə; Şeh düşmüş gül üzünə. Sarı Aşıq.
□□ Gül açmaq məc. - 1) gözəlləşmək, təravətlənmək, qəşəngləşmək. Gözəl qız, yaxşı vaxtda; Başladın gül açmağa. Ə.Cavad;
həyata keçmək, rövnəq tapmaq, çiçəklənmək. Arzuları gül açdı. Əməllər gül açır. [Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim. Gül ağız isteh. - söyüşkən, ağzından pis sözlər çıxan, acıdanışan adam haqqında. [Səkinə Məşədi Ağabanıya:] Açma mənim gül ağzımı, yoxsa açaram sandığı, tökərəm pambığı. M.Əliyev. Gül gülü çağırmaq (səsləmək, dindirmək) şair. - təbiətin, ətraf mənzərənin gözəlliyini ifadə etmək üçün işlədilir. Çaylar axırdı, hovuzlar fəvvarə vururdu, gül gülü çağırırdı. Çəmənzəminli. Fələkdən bac verib, bac alan könlüm; Indi uşaq kimi ağlar səninçün; Gül gülü çağırır, çiçək çiçəyi; Gülər aşiqlərin qönçə diləyi. M.Müşfiq. Gül kimi - çox yaxşı, gözəl. Gül kimi (tək) açılmaq - 1) gözəlləş
mək, qəşəngləşmək. Uşaq böyüdükcə gül kimi açılır; 2) sevinmək, ürəyi açılmaq, şadlanmaq. Mən yanına gəlsəm tutulur ol mahitaban; Gültək açılır yanına əğyar gələndə. S.Ə.Şirvani. Gül kimi təmiz - haqqında heç bir pis söz deyilməmiş; təmiz, məsum. [Şahnigar:] ..O bircə canına andolsun ki, mən gül kimi təmizəm, ay qardaş, heç elə şey olarmı? İ.Şıxlı. Gül vaxtı (çağı və s.) - güllər açan vaxt, ilk bahar, ilk yaz. Hər yan dedilər ki: - Ey bəlakəş! Gül çağıdır, olmagil müşəvvəş. Füzuli. Bu bahar fəslində, gül mövsümündə; Hər kimin ki, ola yarı yanında; Bil ki, bəxtəvərdi tarı yanında. Q.Zakir. Indi gül dəmidir, fəsli-bahardır; Hər gülün, çiçəyin bir sirri vardır. S.Vurğun. Gül fəsli yetişmişdi. M.Rzaquluzadə. Gül yağı - güldən çəkilib yeyinti sənayesində və ətriyyatda işlədilən xoşiyli yağ. Üç min gül ləçəyindən; bir gül yarpağının çəkisi qədər; gül yağı çəkirlər. R.Rza. Gül yarpağı kimi əsmək (titrəmək) - qorxudan, həyəcandan, bəzən də soyuqdan titrəmək. Sürmənin dodaqları gül yarpağı kimi titrəyir, uzun kirpikləri tez-tez qırpınır, gözləri xumarlanırdı. M.Süleymanov. Gül(ünü) vurmaq - bir şeyin ən yaxşısını, yaxud ən siftəsini seçib götürmək. ..Meşinov dönüb Əlyarova dedi:
Sən öl yoldaş silistçi, telefonçu gülünü vurdu. S.Rəhimov. Güldən ağır söz - incidəcək, qəlbə toxunacaq söz. Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona güldən ağır söz demişdi. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed