İzahlı lüğət

GİROV

is. [fars.] köhn. 1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar bəy Kərbəlayı Cəfərə:] ..Sən bir elə adam tap ki, mənəyeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Məmmədquluzadə.
Bir dövlət və ya təşkilatın öhdəsinə götürmüş olduğu iltizam və ya tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə zorla tutulub saxlanılan adamı. [Qara Məlik] o tərəf-bu tərəfdə Nüsrəddinin adamlarını tutub girov saxlamağa başladı. M.S.Ordubadi. Bayındır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed