İzahlı lüğət

GİZLİ

1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə. // Məxfi. Gizli məktub. Gizli sənəd. □ Gizli qalmaq - heç kəsə məlum olmamaq bildirilməmək. Qalmasın sözlərin qəlbində gizli; Mən görmək istəməm çöhrəni sisli. M.Müşfiq. Gizli saxlamaq - heç kəsə məlum etməmək, başqalarına bildirməmək. Deməli, aldılar əlimdən səni; Nakam məhəbbəti gizli saxladı. M.Rahim. // Özünü büruzə verməyən, gizlin hərəkət edən, hələ üzə çıxarılmamış. Gizli qüvvə. - Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. (Ata. sözü). // Başqalarına məlum olmayan, ürəkdə saxlanan. Gizli fikir. Gizli hiss. - Səndən sənə gizli şikayətim var; Ey mələk ədalı, xuraman gəlin! H.Cavid. Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var. Çəmənzəminli. // Başqaları bilməli olmayan, biri üçün sirr olan. Bağışla, sevgilim, açıq söylədim; Gizli nöqtələrə əl aparma sən. S.Vurğun. // Məhrəmanə, intim. Gizli əlaqə. Gizli görüş. - [Fəzl:] Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər tutsa, beşikdəki körpələrimizə belə rəhm etməyəcək! Ə.Məmmədxanlı. //Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli yol. Gizli cığır. - Səlim məharətlə, gizli yollar ilə düşmənin qərargahına qədər girir, ciddi hərbi əhəmiyyəti olan sənədlərdən əldə edib gətirirdi. S.Rəhimov.
B ax qeyri-leqal. Gizliqəzet. Gizlidərnək. Gizli fəaliyyət.
Açıq fəaliyyət göstərməyən; məxfi. Gizli polis. Gizli xəfiyyə idarəsi.
zərf Xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli qaçmaq. Gizli xəbər vermək.
□□ Gizli seçkilər - gizli səsvermə yolu ilə keçirilən seçkilər. Gizli səsvermə - bülletenləri və ya keçmişdə şarları qutuya salmaq yolu ilə səsvermə üsulu.
gizli-gizli zərf bax gizli 4-cü mənada. Gizli-gizli iş görmək. - Yenə də bir vuraydı qəlbimiz gizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq. [Uşaq] oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed