1
GƏNC1 sözünün izahı / GƏNC1 sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

GƏNC1

1. sif Yeniyetmə, cavan, hələ yaşa dolmamış (qoca ziddi). - Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc idi. A.Şaiq. Bizim aramızda .. yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. Içəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. // Gəncliyə xas olan, aid olan. Gənc qüvvələr. Gənc həyat eşqi. // is. Cavan, yeniyetmə oğlan. Qocalar və gənclər. - Susanna kimi bir qızı hər bir gənc sevə bilər. M.S.Ordubadi. Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb zəngi çaldı. Çəmənzəminli. Mirzağa iyirmi beş yaşlarında bir gənc idi. S.Hüseyn.
sif Cavan (ağac və s. haqqında). Gənc ağac. - Ey bu gənc dağların biqərar yolçusu; Qanatlan! Çalındı yüksəliş borusu. M.Müşfıq.
sif Meydana yeni gəlmiş, təcrübəsi az olan. Frazeologiya dilçilik elminin gənc sahələrindən biridir. // məc. Hər hansı bir sahədə fəaliyyətə yenicə başlamış. Gənc yazıçı. Gənc mütəxəssislər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif