 
      
      
        
       
      
      
        
      | GURULTUis. 1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs. - [Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Çəmənzəminli. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. A.Şaiq.   2. Qarışıqlıq, çaxnaşma, hay-küy. Küçədə böyük bir gurultu vardı. S.Hüseyn. Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. M.S.Ordubadi. □□ Gurultuya vermək - günahı olmayan bir adamın məhvinə səbəb olmaq, bada vermək. Gurultuya getmək - günahı olmadan məhv olmaq, bada getmək.  Paylaşın - Hamı bilsin |