İzahlı lüğət

GUR

sif 1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları. - Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma. R.Rza. Üfüqdən, buludlar arasından meşənin üzərinə alov rəngində gur şüalar çilənirdi. İ.Hüseynov. // Bərk. Ocaq gur (z.) yanır. // Qızğın. Gur alver gedir.
Bol və qüvvətli, güclü, coşqun. Gur çay. Gur çeşmə. - Sərin göllər, dərin çaylar keç
mişəm; Bulaqların gur suyundan içmişəm. Ə.Cavad.
Güclü, qalın. [Anatolunun] gur səsindən pəncərələrin şüşələri cingildədi. S.Vəliyev.
Qalın, sıx. [Xədicənin] ..gur saçları nəzər-diqqəti cəlb edirdi. I.Hüseynov. Qaşqanın gur yalı doğrudan da dəniz kimi ləpələnirdi. Q.İlkin.
Çox adam olan, qələbəlik, səs-küylü; gediş-gəliş, hərəkət çox olan, izdihamlı. Gur bazar. Gur şəhər.
gur-gur zərf 1) gurultu ilə, bol və güclü çıxan və ya axan suyun çıxardığı səs haqqında. Çay gur-gur axır; 2) alışaraq, şiddətlə. Ocaq gur-gur yanır.
□□ Gur-gur guruldamaq məc. - şöhrəti aləmə yayılmaq, məşhur olmaq, məşhurlaşmaq. Ağır toplar kimi gur-gur gurulda; Daim döyüşkən ol, daim qıvraq ol! M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed