Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GECƏ-GÜNDÜZ

1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. - Sənsiz füzun olur gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid. [Nadir] yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi. B.Talıblı. [Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalışırlar. H.Nəzərli.
is. dan. köhn. Keçmişdə qadın paltarı tikilən bir ipək parçanın adı. Gecə-gündüzdən paltar geymək.
□□ Gecəsi-gündüzü olmamaq - gecəgündüz bilmədən işləmək, çalışmaq rahatlıq bilməmək. Tağlar məhsul tökəndə, kişinin gecəsi-gündüzü olmaz(dı).. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif