Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NƏZƏRİYYƏÇİLİK (ID - 30973)

is. Təcrübə deyil, yalnız nəzəri mülahizələrə əsaslanma.

NƏZİR (ID - 30974)

is. [ər.] Dindar, mövhumatçı adamların, istək və arzu etdikləri bir şeyin yerinə yetiril-məsi ümidi ilə yoxsullara və ya din xadimlərinə verdikləri pul və s. Qadınların mərsiyəxanlara ver-dikləri nəzir köhnə tuman-köynəkdən...

NƏZİRƏ (ID - 30975)

is. [ər.] ədəb. Bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir; bənzətmə (2-ci mənada). Şəhriyar .. Seyid Əzimin “Gəlim” rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır... B.Nəbiyev.

NƏZİRƏÇİ (ID - 30976)

is. Nəzirə yazan şair; təqlidçi.

NƏZİRƏÇİLİK (ID - 30977)

is. Nəzirə yazma, bənzədərək yazma; təqlidçilik.

NƏZİRLİ (ID - 30978)

sif. köhn. Nəzir üçün olan, nəzir edilmiş, nəzir məqsədilə edilən (b ax nəzir).

NƏZİR-NİYAZ (ID - 30979)

bax nəzir. [Murad] vaxtilə yüzlərcə zəvvarın nəzir-niyaz gətirdikləri bu daşa diqqətlə baxdı. S.Hüseyn.

NƏZM (ID - 30980)

is. [ər.] Poema, şeir tərzində yazılmış və ya söylənmiş mənzum ədəbiyyat (nəsr əksi). □ Nəzm etmək, nəzmə çəkmək - bir hadisəni, vaqiəni nəzmlə təsvir etmək. [Ağa Zaman:] Ağzımda söz danışıram, məsləhət edirik,...

NƏZMƏN (ID - 30981)

sif. [ər.] Nəzmlə, mənzum olaraq, şeirlə. [M.Ə.Sabirin] məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır... F.Köçərli.

NƏZMİYYƏ (ID - 30982)

is. [ər.] İranda polis, jandarm idarəsinin adı. Axşamüstü meyiti nəzmiyyəyə apardılar. P.Makulu.

NIĞIRTI (ID - 30983)

b a x nıqqıltı. Düşməyə hazırlananların əvvəl nığırtıları, sonra da bağırtıları mənə dad verirdi. Qantəmir.

NIX (ID - 30984)

is. dan. İnadlıq, tərslik, sözündən dönməmə. □ Nıx demək - inad göstərmək, sözünün üstündə durmaq, dediyindən dönməmək. Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qız nıx dediyin dedi. (Nağıl). [Molla Teymura:]...

NIQQILDAMA (ID - 30985)

“Nıqqıldamaq” dan f.is.

NIQQILDAMAQ (ID - 30986)

f Xəstəlikdən, ağrıdan inildəmək, zarıldamaq, şikayətlənmək, ax-uf etmək. Bir də məni vurma, aman, səngdil; Rəhm elə, nıqqıldayıram indi mən. M.Ə.Sabir. Sübhanverdizadə ağ mələfəli yorğan-döşək üzərində oturaraq xəstə...

NIQQILTI (ID - 30987)

təql. İnilti, sızıltı, ax-uf (xəstəlikdən, ağrıdan). Xəstənin nıqqıltısı eşidilirdi.

NIRÇ (ID - 30988)

təql. Dili basaraq, “yox” demə mənasında səs çıxartma. Lal Hüseyn nırç edib dodağını tərpətdi. M.İbrahimov.

NIRÇILDAMA (ID - 30989)

“Nırçıldamaq” dan f.is.

NIRÇILDAMAQ (ID - 30990)

f “Yox” mənasında nırç eləmək. Nə nırçıldayırsan? -Kətxuda nırçıldayaraq əlini havada oynatdı. M.Hüseyn.

NIRX (ID - 30991)

is. Ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət. Nırx kəsmək. - Gecə get cibinə beş, on manat sal; Gündüz gəlib nırxa, bahayə bir bax. Q.Zakir. [Hacı Murad:] Mən deyirəm, biz bazarın...

NIRILDAMA (ID - 30992)

“Nırıldamaq” dan f.is.

NIRILDAMAQ (ID - 30993)

f Nərə çəkmək, bağırmaq, bərkdən qışqırmaq. Maral yerə uzanıb nırnır nırıldayır. (Nağıl).

NITIQ (ID - 30994)

sif Burnunda danışan. Nıtıq adam.

NİCAT (ID - 30995)

is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl Iranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı. [Qızın] gözləri nicat uman yazıq bir...

NİCATVERİCİ (ID - 30996)

sif. Qurtarıcı, xilasedici, azad edən.

NİDA (ID - 30997)

is. [ər.] 1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hüseyn. Nisə xala! - deyə nida ucalanda qadın ətrafına baxındı....

NİFAQ (ID - 30998)

is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək.. nifaqa səbəb oldu. S.S.Axundov....

NİFRƏT (ID - 30999)

is. [ər.] 1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. ..Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli. [Qəhrəman:] Mən [xanımın] hiyləgər...

NİFRƏTAMİZ (ID - 31000)

sif. [ər. nifrət və fars. ...amiz] Nifrət oyadan, nifrətə səbəb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət. // Nifrət bildirən, nifrətlə dolu, nifrətli. Keçmişdə “millət” sözü bizim dilimizdə az işlənərdi və...

NİFRƏTƏŞAYAN (ID - 31001)

sif. [ər. nifrət və fars. ...şayan] Nifrətə layiq, ancaq nifrətə səbəb olan; pis, alçaq, mənfur. Nifrətəşayan adam.

NİFRƏTLƏNDİRİCİ (ID - 31002)

sif Nifrət oyadan, nifrət doğuran, nifrət hissi oyadan; pis, alçaq. Nifrətləndirici hərəkət.

NİFRƏTLƏNDİRMƏ (ID - 31003)

“Nifrətləndirmək” dən f.is.

NİFRƏTLƏNDİRMƏK (ID - 31004)

f Nifrət oyatmaq, nifrət doğurmaq, ikrah etdirmək. [Uşaqlar] “atacan” - deyə onun üstünə gələndə, onları döyüb özündən nifrətləndirirdi. İ.Musabəyov.

NİFRƏTLƏNMƏ (ID - 31005)

“Nifrətlənmək” dən f.is.

NİFRƏTLƏNMƏK (ID - 31006)

f. Nifrət etmək, zəhləsi getmək, acığı gəlmək, qətiyyən xoşlamamaq. [Əbülhəsənbəy:] ..Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim. M.S.Ordubadi.

NİFRƏTLİ (ID - 31007)

sif. Nifrət doğuran, mənfur, iyrənc.

NİFRİN (ID - 31008)

is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və...

NİGAH (ID - 31009)

is. [fars.] klas. Baxış, baxma, nəzər. Həsrətli nigah. Şəfqətli nigah. - Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min canə dəyər. Q.Zakir. Düşdükcə o istəkli səmtə nigahım; Əflakə ucaldı o zaman...

NİGAHBAN (ID - 31010)

NİGAR (ID - 31011)

is. [fars.] Əsil mənası “rəsm” , “şəkil” , “surət” olub, şeirdə məcazi olaraq “gözəl” , “məhbubə” mənasında işlənir. Yox, - dedim! - Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun....

NİGARAN (ID - 31012)

sif və zərf[fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu” . [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə...

NİGARANÇILIQ (ID - 31013)

is. Nigaran hal, narahat vəziyyət, narahatçılıq. Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək. - ..Son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Ata, ana, Zöhrə böyük nigarançılıq...

NİGARANLIQ (ID - 31014)

bax nigarançılıq. Dördüncü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqla oturublar. M.F.Axundzadə. Səkinə ..
uzun intizar və nigaranlıqdan silkinərək evə qayıtdı. Mir Cəlal.

NİHAN (ID - 31015)

sif [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm.. X.Natəvan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. Nihan etmək (eyləmək) - gizlətmək, gizli saxlamaq, üstünü...

NİHİLİST (ID - 31016)

[lat. nihil - heç nə] 1. XIX əsrin 60-cı illərində Rusiyada: zadəgan cəmiyyətinin ənənə və adətlərinə, təhkimçiliyə qarşı mənfi münasibət bəsləyən raznoçin ziyalı.
Hamının qəbul etdiyi norma, qayda və qanunlara, prinsiplərə...

NİHİLİSTCƏSİNƏ (ID - 31017)

zərf Nihilist kimi; heç bir norma, prinsip, ənənə qəbul etməyərək. Məsələyə nihilistcəsinə yanaşmaq. - [Səmirə:] Yox, Rima! Sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. M.Hüseyn.

NİHİLIZM (ID - 31018)

[lat.] 1. XIX əsrin 60-cı illərində Rusiyada: burjua-zadəgan ənənə və adətlərinə, təhkimçilik ideologiyasına mənfi münasibət bəsləyən mütərəqqi ictimai cərəyan.
Heç bir ənənə, qayda-qanun, prinsip qəbul etməmə. [Cəlil...

NİJAD (ID - 31019)

is. [fars.] köhn. Nəsil, nəsəb, soy. Nijadın sual eylədi pəhləvan. M.Ə.Sabir.

NİKAH (ID - 31020)

is. [ər.] Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər birisi ki, razı olmasa, haman saat buraxıla.. M.F.Axundzadə....

NİKAHLANMA (ID - 31021)

“Nikahlanmaq” dan f.is.

NİKAHLANMAQ (ID - 31022)

f Kəbini kəsilmək.

Bu səhifə 53 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....