Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NƏHƏNGLİK (ID - 30823)

is. Həddindən artıq böyüklük; yekəlik, irilik, azmanlıq.

NƏHR (ID - 30824)

is. [ər.] Böyük çay, axar su. Heç maraq etmə, yaxınlarda səni; Yenə Kür nəhri öpər. H.Cavid. Tərlan keçən ilin yazında olduğu kimi indi də Kür nəhrinin qudurğan bir sürətlə daşacağını heç gözləmirdi. M.Hüseyn.

NƏHS (ID - 30825)

[ər.] 1. sif Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq. - Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə. [Vaqif Əliməmmədə:]...

NƏHSLİK (ID - 30826)

is. Uğursuzluq, məşumluq, pislik, bədlik. Kim isə bütün bu işləri bu yerin adının nəhsliyinə yozur.. Ə.Sadıq.

NƏHV (ID - 30827)

[ər.] bax sintaksis.

NƏHVİ (ID - 30828)

[ər.] bax sintaktik. Aman, ay Molla, bu şeri oxu, mənasına bax! Sərfinə, nəhvinə, imlasına, inşasına bax! Ə.Vahid.

NƏHY (ID - 30829)

is. [ər.] 1. Qadağan, qadağan etmə. Zahid şərab nəhyi üçün ayə söyləyir; Lakin sorulsa, anlamayır hansı ayədir. Ə.Vahid.

NƏXŞ (ID - 30830)

bax naxış.

NƏİNKİ (ID - 30831)

Mənaca güzəşt bildirən mürəkkəb bağlayıcı. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə.

NƏKARƏ (ID - 30832)

dan. “Kimdir?” , “Nəçidir?” , “Nə cürətin sahibidir?” , “Ağzı nədir?” mənalarında sual əvəzliyi məqamında işlənir. O nəkarədir bu sözü desin? - [Heydər bəy:] Ozü sövdəgər, tacir kişidir, ta mənim kimi adama...

NƏQAHƏT (ID - 30833)

is. [ər.] Xəstəlikdən təzə qalxıb özündə əzginlik hiss edən, hələ tamamilə sağalmamış adamın halı; zəiflik, süstlük, əzginlik, nasazlıq. [Əliqulu:] Ancaq ərbabın bir balaca nəqahəti var. S.S.Axundov.

NƏQƏRAT (ID - 30834)

is. [ər.] mus. Nəğmənin hər bəndindən sonra təkrarlanan beyt və misralar. Kupletlər bir-birindən nəqərat vasitəsilə ayrılır. Ə.Bədəlbəyli.

NƏQL (ID - 30835)

is. [ər.] 1. bax nağıl. Qəhrəman balaca Sabir üçün müxtəlifi nəql danışırdı. S.Rəhimov. □ Nəql etmək - bir əhvalatı, hadisəni, hekayəni və s. ardıcıllıqla danışmaq, söyləmək. O qədər çox ki, böyük işlərimiz; Onu...

NƏQLİ (ID - 30836)

[ər.]: nəqli cümlə qram. - müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilən cümlə növü.

NƏQLİYYAT (ID - 30837)

is. [ər. “nəql” söz. cəmi]
Xalq təsərrüfatının, adamların və yüklərin daşınması ilə əlaqədar olan sahəsi, habelə bu və ya başqa daşıma vasitələrinin hər hansı bir növü. Avtomobil nəqliyyatı. Dəmiryol nəqliyyatı....

NƏQLİYYATÇI (ID - 30838)

is. Nəqliyyat işçisi. Nəqliyyatçılar.. motovozları vaxtından qabaq təmir edib işə salmışlar. (Qəzetlərdən).

NƏQŞ (ID - 30839)

[ər.] klas. bax naxış. O, gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi. M.S.Ordubadi. Xalının rəngi, çeşnisi, nəqşi tərifəlayiq idi. Ə.Vəliyev.

NƏQŞƏ (ID - 30840)

[fars.] bax plan 1 və 3-cü mənalarda. [Məsmə:] Indi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Nagəhani qərarla pozur bütün nəqşəni; Bir hərəkətlə yarır...

NƏQŞLİ (ID - 30841)

b ax naxışlı 1-ci mənada. Belində zərif nəqşli tirmə .. var idi. M.Rzaquluzadə. [Aslan:] [Anamın] toxuduğu nəqşli ərəqçinlər hamını valeh edirdi. S.Vəliyev.

NƏLBƏKİ (ID - 30842)

is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab. Dilşadxanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq. Sona .. öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi.. Ə.Əbülhəsən. Nəlbəki...

NƏLEYİN (ID - 30843)

is. [ər.] köhn. Başmağa oxşar ayaqqabı. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski. Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar ağır-ağır yeriyirdilər....

NƏM (ID - 30844)

is. 1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq. // sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəmpaltar. // Rütubət. Insanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl). Gəldiyev əlindəki kibrit...

NƏMÇİLƏMƏ (ID - 30845)

“Nəmçiləmək” dən f.is.

NƏMÇİLƏMƏK (ID - 30846)

f Narın-narın yağmaq, yağış çiləmək. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. C.Cabbarlı.

NƏMÇİMƏ (ID - 30847)

“Nəmçimək” dən f.is.

NƏMÇİMƏK (ID - 30848)

f 1. Nəm çəkmək, yaş olmaq, nəm olmaq. Indi bildim ki, qocalmışam. Yoxsa mən olam, iş görəndə alnım nəmçiyə. Ə.Vəliyev.
2. Yaşarmaq, doluxsunmaq, sulanmaq. Pası nəmçimiş (f.sif.) gözlərini silə-silə: - Ya bizi, ya da .....

NƏMƏKBƏHARAM (ID - 30849)

sif. və is. [fars. nəmək bə... və ər. həram] Yaxşılığı itirən, nankor, duz-çörək itirən (çox vaxt söyüş mənasında). [Xan:] Ikinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəharamlar! Ə.Haqverdiyev. [Hacı Nəsir:]...

NƏMƏKDAN (ID - 30850)

is. [fars.] Duzqabı. Süfrəyə nəməkdan qoymaq. - Dedim ki, nankorsan, duz-çörək yedin; Həyat süfrəsində sındı nəməkdan. Şəhriyar.

NƏMƏKİ (ID - 30851)

sif. [fars.] Təbiətcə şux, məzəli, duzlu. O çox nəməki adamdır. - [Mirzə Ələkbər Sabir] nəməki danışmağı, şux, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və əyanın yanında məruf və məşhur olur və ümumun...

NƏMƏKOV (ID - 30852)

is. [fars.] Xarab olmamaqdan ötrü yağı, pendiri və s. qoymaq üçün hazırlanan duzlu su.

NƏMƏNƏ (ID - 30853)

dan. köhn. “Nə?” , “necə?” mənalarında sual əvəzliyi. [Molla Səfi:] Ay Cəbi, bu qutudakı nəmənədir? N.Vəzirov. [Xortdan:] Mərdəki, burada nəmənə qayırırsan? Ə.Haqverdiyev. [Qafar arvadına:] Nəmənə? Səni teatra aparım?...

NƏMƏR (ID - 30854)

is. etnoqr. Xalq adətincə toyda, nişanda paylanan şimi, pul və s. [Toyda] o qədər xələt, o qədər nəmər yığıldı ki, hədsizhesabsız. “Koroğlu” . Xanım nəmər bağışladı; Ələsgər yazdı dəftərə. Aşıq Ələsgər.

NƏMİ (ID - 30855)

is. məh. Alaçığın içəri-sində qarğıdan hörülmüş bağlı yer; anbar. [Güldəstə:] Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir. Ə.Haqverdiyev. Qəhrəman alaçıqdakı nəmidə gizləndi. Ə.Vəliyev.

NƏMİŞ (ID - 30856)

sif Rütubətli, yaş, nəm. Nəmiş külək. - [Odunçuoğlu] arxası üstə nəmiş torpaq döşəmə üstündə uzanmışdı. Ə.Məmmədxanlı. Nəmiş hava dərdli ana kimi ağlayır, göz yaşını quruda bilmirdi. Ə.Vəliyev.

NƏMİŞLƏNMƏ (ID - 30857)

“Nəmişlənmək” dən f.is.

NƏMİŞLƏNMƏK (ID - 30858)

bax nəmlənmək.

NƏMİŞLİK (ID - 30859)

is. 1. Yağmurluluq, yağışlılıq, yağıntı. Yaz nəmişlik (z.) keçdi. - [Babakişi:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar quru keçdi, mən də borca düşmüşəm. Cabbarlı. [Ana:] Keçən il nəmişlik, bu il də quraqlıq....

NƏMLƏNDİRMƏ (ID - 30860)

“Nəmləndirmək” dən f.is.

NƏMLƏNDİRMƏK (ID - 30861)

f Nəm etmək, rütubətləndirmək.

NƏMLƏNMƏ (ID - 30862)

“Nəmlənmək” dən f.is.

NƏMLƏNMƏK (ID - 30863)

f Nəm olmaq, canına su çəkmək; rütubətlənmək. Torpaq yağışdan sonra nəmlənib.

NƏMLƏŞMƏ (ID - 30864)

“Nəmləşmək” dən f.is.

NƏMLƏŞMƏK (ID - 30865)

f Nəm olmaq, rütubətlənmək, yaş olmaq.

NƏMLİ (ID - 30866)

sif 1. Bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar. - [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa dayerim. S.Vurğun. [frudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi....

NƏMLİK (ID - 30867)

is. Yaşlıq, rütubətlik, rütubət. Havanın nəmliyi. Küləyin nəmliyi. - Qar az yağdığından torpağın nəmliyi kifayət deyil. Ə.Vəliyev.

NƏMLİLİK (ID - 30868)

is. Nəm şeyin halı. Torpağın nəmliliyi. Havanın nəmliliyi.

NƏM-NÜM (ID - 30869)

nəm-nüm etmək (eləmək) dan. - özünü naza qoy-maq, zahirən narazılıq göstərmək, razı olmamaq. [Pərzad:] ..Bunun qabağında beş min manat başlıq nədir ki, ona [Hacı Seyidgil] nəm-nüm edirlər? Mir Cəlal. [Atam:] [Mirzə Cəmil]...

NƏNƏ (ID - 30870)

is. 1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. ..Ikramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən.
Bəzi yerlərdə anaya deyilir.
Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə...

NƏNƏCAN (ID - 30871)

is. Nənəyə, yaxud qoca qadına mehribanlıqla müraciət. Nənəcan, bir az oturub dincinizi alın. - [Qumru:] Köməyə gəl, nənəcan, mən tapa bilmirəm, o [boyaqgülü] hansıdır?.. Ə.Məmmədxanlı.

NƏNƏCİK (ID - 30872)

bax nənəcan.

Bu səhifə 44 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....