Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NOTSUZ (ID - 31173)

sif və zərf Notu olmayan, notla ifa edilməyən. Notsuz musiqiçilər dəstəsi. Notsuz çalmaq.

NOV (ID - 31174)

is. Su və s. axıtmaq üçün dəmirdən, ağacdan, daşdan və s.-dən yarımdairə şəklində düzəldilmiş axıntı yolu, su yolu; arx, kanal. Ağac nov. Saxsı nov. - [Qurban:] Onu dəyirmanın novundan salsan donuzluğundan diri çıxar. Ə.Haqverdiyev....

NOVATOR (ID - 31175)

[lat. novator - yenilik yaradan] Hər hansı bir fəaliyyət sahəsində yeni, mütərəqqi fikirlər, prinsiplər, üsullar irəli sürən və həyata keçirən adam; yenilikçi. Novator şair. Istehsalat novatoru. - Alim və novatorlarımız .. məhsuldarlığı...

NOVATORLUQ (ID - 31176)

is. Novatorun fəaliyyəti; yenilikçilik; yenilik. Novatorluq deyəndə, biz Sabirin, Molla Nəsrəddinin, habelə bu gün şerimizin ideya istiqamətini müəyyən edən .. ənənələrdən öyrənmək məsələsini irəli sürməliyik. R.Rza. [Xəlilov:]...

NOVBAHAR (ID - 31177)

is. [fars.] klas. Yazın əvvəli. Novbahar olsun, gül olsun, arədə xar olmasun. Nəsimi. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək novbaharı görəndə. Q.Zakir.
2. məc. Gənclik, cavanlıq mənasında. Ömrünün gülzarı xəzanə...

NOVBAR (ID - 31178)

sif. [fars.] 1. İlk yetişən meyvə; birinci, təzə meyvə. Novbar üzüm. Novbar yemiş. - [Yaylıq üzüm] tez yetişdiyinə görə novbar olur, çox sevilir, az tapılır, baha satılır. Mir Cəlal.
məc. İlk övlad mənasında. [Ananın] ömrünün...

NOVCUQ (ID - 31179)

is. Balaca nov.

NOVÇA (ID - 31180)

is. Balaca nov. Qar şiddətlə əriyirdi, novçalar şırhaşır axırdı. Ə.Əbülhəsən. Qoşabulağın suyu axıb novçaya töküldükcə selin qabağınca gələn daşların şaqqıltısını xatırladırdı. S.Rəhman.

NOVDAN (ID - 31181)

is. [fars.] bax novça. Əriyən qarın axıb getdiyini, novdanlardan suyun töküldüyünü gördükcə yaz yada düşürdü. Mir Cəlal. Novdanları yağış döyür.. pəncərəmi yel qırır; Bir qapının arxasında körpə uşaq hıçqırır. Ə.Cəmil....

NOVELLA (ID - 31182)

NOVELLAÇI, NOVELLAYAZAN (ID - 31183)

is. Novella yazan yazıçı, novella müəllifı.

NOVLU (ID - 31184)

sif Novu olan.

NOVOKAİN (ID - 31185)

[lat. novus - yeni və (ko)kain] Keyləşdirmə və başqa müalicə məqsədləri üçün işlədilən tibbi preparat.

NOVRUZ (ID - 31186)

is. [fars. yeni gün] Baharın girdiyi ilk gün (martın 22-nə uyğun gəlir). Hər gün açır könlümü zövqi-visalın yengidən;
Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli. // Həmin gün edilən bayram. Ax, gözəl bayram,...

NOVRUZGÜLÜ (ID - 31187)

is. İlk baharda açılan sarı çiçəkli ətirli gül. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət. Salamladıq bülbülü; Açıldı novruzgülü. M.Dilbazi.

NOVRUZQABAĞI (ID - 31188)

zərf Novruzdan əvvəlki günlər, novruza bir neçə gün qalmış, novruz ərəfəsi. [Nişanlı qıza] novruzqabağı çərşənbə yemişi, novruz bayramında tel, paxlava.. və s. həlviyyat xonçası, üstə bir əlbəsəlik ipəkparça labüd...

NOYABR (ID - 31189)

[lat.] Təqvim ilinin on birinci ayı. ^

NÖKƏR (ID - 31190)

is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). [Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca...

NÖKƏRÇƏ (ID - 31191)

is. Balaca nökər, nökərçilik edən balaca oğlan uşağı. [Qoca:] Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi. A.Divanbəyoğlu.

NÖKƏRÇİLİK (ID - 31192)

is. Nökər olma, nökərlik etmə. Nökərçilik etmə. - [Rəhim Leylaya:] Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eyləmişəm. N.Vəzirov. Bəxtiyar bütün ömrünü özgələrin qapısında nökərçiliklə keçirdiyindən...

NÖKƏRLİK (ID - 31193)

is. Nökərin işi, vəzifəsi; nökərçilik.

NÖQSAN (ID - 31194)

is. [ər.] 1. Çatışmayan cəhət, çatışmazlıq. Nöqsanları aradan qaldırmaq. Nöqsana göz yummaq onun ömrünü uzatmaq deməkdir. M.İbrahimov.
Qüsur, qəbahət, eyib, naqislik. Onun nöqsanı nədədir? - Indi sənin özün təsəvvür...

NÖQSANLI (ID - 31195)

sif 1. Nöqsanı olan, qüsurlu, eyibli, kəsirli, səhvli. Nöqsanlı kitab. Nöqsanlı yazı. - Şagirdlərin yazı nitqləri çox nöqsanlıdır. M.İbrahimov. Qeyri-kamil, eyibli, zədəli, çatışmayan cəhəti olan. Nöqsanlı mal.

NÖQSANLILIQ (ID - 31196)

is. Nöqsanlı şeyin halı, qeyri-kamillik.

NÖQSANSIZ (ID - 31197)

sif. Heç bir nöqsanı, eybi, kəsiri olmayan; kəsirsiz, qüsursuz. Nöqsansız iş. Nöqsansız yazı.

NÖQSANSIZLIQ (ID - 31198)

is. Nöqsansız şeyin halı; qüsursuzluq, kəsirsizlik.

NÖQTEYİ-NƏZƏR (ID - 31199)

is. [ər.] Müəyyən bir məsələ haqqında fikir, görüş, mülahizə, baxış; baxım. □ Bu nöqteyi-nəzərdən - bu baxımdan. ...nöqteyi-nəzərindən - ..baxımından. Hüquqi nöqteyi-nəzərdən bu sənəd saxtadır. Çəmənzəminli.

NÖQTƏ (ID - 31200)

is. 1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir. // məc. Zorla seçilə bilən, nöqtəyə...

NÖQTƏBƏNÖQTƏ (ID - 31201)

zərfi[ər. nöqtə və fars. ...bə...] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə. Nöqtəbənöqtə danışmaq. Nöqtəbənöqtə yazıb vermək. - Yazılsa nöqtəbənöqtə,...

NÖQTƏCƏ (ID - 31202)

zərf Son dərəcə az, olduqca az; zərrəcə. Dəhənin sirrini sordum, dedi, yoxdan nə deyim; Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. S.Ə.Şirvani.

NÖQTƏLƏMƏ (ID - 31203)

“Nöqtələmək” dən f is.

NÖQTƏLƏMƏK (ID - 31204)

f Nöqtə və ya nöqtələr qoymaq, nöqtə düzmək.

NÖQTƏSİ-NÖQTƏSİNƏ (ID - 31205)

bax nöqtəbənöqtə.

NÖMRƏ (ID - 31206)

[lat. numerus - ədəd] 1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. Evin nömrəsi. Inventar nömrəsi. Biletin nömrəsi.
Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən,...

NÖMRƏBAZ (ID - 31207)

sif [lat. numerus və fars. ...baz] dan. Hiyləgər, fırıldaqçı, kələkbaz. Nömrəbaz adam.

NÖMRƏLƏMƏ (ID - 31208)

“Nömrələmək” dən f.is.

NÖMRƏLƏMƏK (ID - 31209)

f Şeylərə sıra üzrə rəqəm yazmaq, nömrə qoymaq. Kitabları nömrələmək. Yerləri nömrələmək (teatrda, kinoda və s.-də).

NÖMRƏLƏNMƏK (ID - 31210)

məch. Nömrə yazılmaq, nömrə qoyulmaq. Qapılar nömrələnib.

NÖMRƏLƏNMİŞ (ID - 31211)

f.sif Nömrə yazılmış, nömrə vurulmuş. Nömrələnmiş sənədlər. Nömrələnmiş yerlər.

NÖMRƏLİ (ID - 31212)

sif Nömrəsi olan, nömrə yazılmış, nömrə vurulmuş. Nömrəli qapı. Nömrəli maşın. - Qarı daima beş nömrəli yumşaq vaqona minərdi.. Ə.Əbülhəsən.

NÖMRƏSİZ (ID - 31213)

sif Nömrəsi olmayan, nömrə vurulmamış, nömrə qoyulmamış. Nömrəsiz otaq. Nömrəsiz siyahı. - Nömrəsiz kamera bu hay-küydən uzaq idi. Mir Cəlal.

NÖŞ (ID - 31214)

NÖŞÜN (ID - 31215)

“Nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. Ey gözüm, nə dəyib kövrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Məşədi Püstə bacı:] Ay Xeyransa bacı, Inayəti nöşün evləndirmirsən?...

NÖV (ID - 31216)

is. [ər.] 1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. - Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. □ Bir növ birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:]...

NÖVARASI (ID - 31217)

sif. biol. Müxtəlif bitki və ya heyvan növləri arasında əmələ gələn. Növarası cütləşmə.

NÖVBƏ (ID - 31218)

is. [ər.] 1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək. □ Birinci (ilk) növbədə - hər şeydən əvvəl, hamıdan qabaq. Tresti kəsirdən qurtarmaq üçün birinci...

NÖVBƏDƏNKƏNAR (ID - 31219)

sif Növbədə nəzərdə tutulmayan, vaxtı, müddəti qabaqcadan müəyyən olmayan.

NÖVBƏLƏNMƏ (ID - 31220)

"Növbələnmək” dən f.is.

NÖVBƏLƏNMƏK (ID - 31221)

bax növbələşmək.

NÖVBƏLƏŞMƏ (ID - 31222)

“Növbələşmək” dən f.is.

Bu səhifə 153 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla