İzahlı lüğət

NİCAT

is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl Iranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı. [Qızın] gözləri nicat uman yazıq bir ifadə aldı. İ.Əfəndiyev. □ Nicat tapmaq - xilas olmaq, azad olmaq, qurtulmaq. Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. M.S.Ordubadi. Nicat vermək - xilas etmək, azad etmək, qurtarmaq. [Əbülhəsənbəy qıza:] Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. M.S.Ordubadi. Nicat yolu - qurtuluş yolu, çıxış yolu, çarə, əlac. [İskəndər xan:] ..Nə qədərfikir eləyirəm, nicatyolu tapa bilməyirəm.. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

NEN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed