Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NİŞANÇILIQ (ID - 31073)

is. Nişana atmaqda məharət, hədəfə vurmaq məharəti; snayperlik.

NİŞANƏ (ID - 31074)

1. Bax nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. □ Nişanə olmaq hədəfə çevirmək,...

NİŞANGAH (ID - 31075)

is. [fars.] 1. Bax nişan 3-cü mənada. Odlu

NİŞANLAMA (ID - 31076)

“Nişanlamaq” dan f.is. Ailənin başqa üzvləri də altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır, bugünkü naharı rəsmi nişanlama kimi bir şey hesab edirdilər. M.İbrahimov.

NİŞANLAMAQ (ID - 31077)

f 1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq. - Turab Rəşidi buraxıb, qızın dalınca getdi, onun girdiyi evi nişanladı. M.Hüseyn.
Ad...

NİŞANLANDIRMA (ID - 31078)

“Nişanlandırmaq” dan f.is.

NİŞANLANDIRMAQ (ID - 31079)

b a x nişanlamaq ci mənada. Ikinci xəbər bu idi ki, bacısını dayısı nişanlandırmışdı. S.Rəhman.

NİŞANLANMA (ID - 31080)

“Nişanlanmaq” dan f.is.

NİŞANLANMAQ (ID - 31081)

məch. 1. Bir nişan və ya fərqləndirici işarə qoyulmaq.
2. Ad olunmaq, nişan taxılmaq, adaxlanmaq. Bir həftə sonra doktor, Zibeydənin nişanlanmağını eşitdi. Çəmənzəminli. Bilmədən öylə nişanlandı ərə; Tutulub qaldı tükənməz...

NİŞANLATMA (ID - 31082)

“Nişanlatmaq” dan f.is.

NİŞANLATMAQ (ID - 31083)

t-li. Nişan taxdırmaq, üzük verdirmək, ad elətdirmək.

NİŞANLI (ID - 31084)

sif 1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan. // İs. mənasında. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu...

NİŞANSIZ (ID - 31085)

sif Heç bir nişanı, əlaməti, izi olmayan. Bu oxu kim atıb, nişansız hədəf Hara dəyəcəkdir bu ox görəsən? S.Tahir.

NİŞASTA (ID - 31086)

is. [fars.] 1. Bitkilərdən hasil edilən tərkibi una oxşar karbohidrat: kraxmal. Nişasta zavodu.
2. Bəzi bitkilərdən hazırlanan ağ, dadsız ovuntu (yeyinti, kimya, toxuculuq sənayesində işlənir). Kartof nişastası. Düyü nişastası....

NİŞASTALAMA (ID - 31087)

“Nişastalamaq” dan f.is.

NİŞASTALAMAQ (ID - 31088)

f Dəyişək döşəkağı və s. bu kimi şeylərə parıltı, bərklik vermək üçün nişastalı suya salmaq, nişasta vurmaq; kraxmallamaq. Balışüzlərini nişastalamaq.

NİŞASTALANMA (ID - 31089)

“Nişastalanmaq” dan f.is.

NİŞASTALANMAQ (ID - 31090)

məch. Nişasta vurulmaq, nişastalı suya salınmaq; kraxmallanmaq. ..[Muradın] nişastalanıb ütülənmiş, yaxası açıq ağ köynəyinə baxdım. İ.Əfəndiyev.

NİŞASTALANMIŞ (ID - 31091)

f.sif Nişasta vurulmuş; nişastalı suya salınmış; kraxmallanmış. Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzülən ağ örtüklü stollarda sükut hökm sürürdü. M.S.Ordubadi. [Zülfüqar oğlanın] .. nişastalanmış,...

NİŞASTALI (ID - 31092)

sif 1. Nişasta vurulmuş, nişastaya salınmış; kraxmallı. Nişastalı yaxalıq. - Əynində qara bir libas; Başında nişastalı ləçək. N.Rəfibəyli.
2. Tərkibində nişasta olan. Kartof nişastalı bitkidir.

NİŞASTASIZ (ID - 31093)

sif 1. Nişasta vurulmamış; kraxmalsız. Nişastasız döşəkağı.
2. Tərkibində nişasta olmayan.

NİTQ (ID - 31094)

is. [ər.] 1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi;
tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək...

NİTQPƏRDAZ (ID - 31095)

is. [ər. nitq və fars. ...pərdaz] Nitq söyləməyi sevən, həmçinin nitq söyləmək qabiliyyəti olan (çox vaxt istehza məqamında deyilir). Həmişə nitqpərdaz olan Ağasəfər indi nə üçünsə zıqqana-zıqqana bir-iki söz güclə dedi....

NİTRASİYA (ID - 31096)

is. [yun.] Üzvi birləşmələrin molekullarına nitro qrupu daxil edilməsi.
nitr..., nitro... [yun.] Azota aidlik bildirən kimyəvi, bioloji və s. terminlərin tərkib hissəsi; məs.: nitridlər, nitrifikasiya.

NİTROQLİSERİN (ID - 31097)

[yun.] Təbabətdə işlənilən, qan damarlarını genişləndirən dərman preparatı. Xəlilov uzun xiyabandakı ağac skamyada yanakı oturub.. nitroqliserin atırdı. M.Hüseyn.

NİVAL (ID - 31098)

sif. [lat.] Qarlı, soyuq. Nival iqlim.

NİVXLƏR (ID - 31099)

Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq (giləklərin köhnə adı).

NİYABƏT (ID - 31100)

is. [ər.] Vəkillik, naiblik.

NİYAZ (ID - 31101)

is. [fars.] klas. 1. Yalvarış, yalvarma, mərhəmət istəmə, rica. □ Niyaz etmək (qılmaq) - yalvarmaq, mərhəmət istəmək, təmənna etmək.
köhn. Allah yolunda verilən şey, nəzir, sədəqə. Niyaz vermək. - Dua və niyazdan bir nəticə...

NİYƏ (ID - 31102)

“Nə üçün?” , “nə səbəbə?” , “nəyə görə?” mənalarında işlənən sual əvəzliyi (bəzən “niyə görə?” şəklində işlənir). Niyə dünən gəlmədin? Niyə bu işə razı oldun? [Telli:] Nə üçün, ay xanım, niyə...

NİYYƏT (ID - 31103)

is. [ər.] 1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. - Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə...

NİYSAN (ID - 31104)

is. [sür.] Aprel (canlı dildə “leysan” şəklində işlənir). Niysan yağışı. // Niysanda yağan yağış.

NİZA (ID - 31105)

is. [ər.] köhn. Çəkişmə, mübahisə, tutaşma, küsüşmə, qovğa, ixtilaf. Firqələr təşkil edilmiş anbaan; Olmamış əskik niza heç bir zaman. H.Cavid. [Aslan:] Ər ilə övrət arasında birlik olmayıb, niza, nifaq olarsa, onların övladları...

NİZAM (ID - 31106)

is. [ər.] 1. Qayda, tərtib, üsul. Nizam yaratmaq, - ..Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə. □ Nizam qoymaq qayda-qanun yaratmaq. [Mirzə Rza Fərhada:] Iranda dəmir yol çəkmək istəyirdin,...

NİZAMİ (ID - 31107)

sif. [ər.] 1. Düzgün, tərtibli, mütəşəkkil, müntəzəm.
Ardıcıl hərbi hazırlıq keçmiş. Bir dəfə bizə əmr etdilər ki, orduda aşpaz olanlar bir tərəfə, nizami soldatlar isə başqa tərəfə keçsin. S.Vəliyev. □ Nizami qoşun...

NİZAM-İNTİZAM (ID - 31108)

is. [ər.] Müəyyən edilmiş qayda, üsul, qayda-qanun. Işdə nizam intizama riayət etmək. - Qabaq cərgələrdə nisbətən nizam-intizam vardı. S.Rəhman. Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam...

NİZAMLAMA (ID - 31109)

“Nizamlamaq” dan f.is.

NİZAMLAMAQ (ID - 31110)

f Nizama salmaq, qaydaya salmaq, müəyyən sistemlə düzmək.

NİZAMLANMA (ID - 31111)

“Nizamlanmaq” dan f.is.

NİZAMLANMAQ (ID - 31112)

f Nizama salınmaq, müəyyən qayda və sistemlə tənzimlənmək.

NİZAMLAYICI (ID - 31113)

sif. 1. Nizama salan, qoyulmuş nizamı, qaydanı həyata keçirən. Küçə uzunu təhlükəsizlik xətləri çəkilir, habelə nizamlayıcı milis nəfərinin budkası və işıq fənərlərinin sütunları qoyulur. (Qəzetlərdən).
2. tex. Mexanizmin...

NİZAMLI (ID - 31114)

1. Bax nizami. [Məmmədhəsən ağa:] Rusiyyə ilə, - dedi, - anlaşmaq lazımdır, vaxta ki, özləri də buna müştaqdır, böyük məmləkətdir, nizamlı qoşunu var. Çəmənzəminli.
2. İntizamlı, nizam və intizama, qoyulmuş qayda-qanuna...

NİZAMNAMƏ (ID - 31115)

is. [ər. nizam və fars. namə] Hər hansı bir şeyin icrası və tətbiqi üçün müəyyən üsul və qaydalar; qanun, qərar, əmrnamə. Nizamnamə üzrə hərəkət etmək. // Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən...

NİZAMSIZ (ID - 31116)

sif və zərf 1. Səliqəsiz, qaydasız, qarmaqarışıq. Nizamsız ev. - Qız saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski. Elə həmən gün Ülkər; Açaraq dolabları; Töküb yerə nizamsız; Düzülmüş kitabları. B.Vahabzadə.
2....

NİZAMSIZLIQ (ID - 31117)

is. 1. Tərtibsizlik, qaydasızlıq, səliqəsizlik, qarı-şıqlıq, dağınıqlıq. Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. Mir Cəlal.
2. Qayda-qanunsuzluq, hərc-mərclik, qarmaqarışıqlıq, intizamsızlıq. Bir...

NİZƏ (ID - 31118)

is. [fars.] köhn. Uzun ağaca keçirilmiş ucu şiş, deşici qədim silah; cida, mizraq. Qarovul çiynində nizə o tərəf-bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. M.S.Ordubadi. O gündən şair Afaq ilə bərabər...

NİZƏÇİ (ID - 31119)

is. köhn. Nizə ilə vuruşan; nizə gəzdirən, nizə ilə silahlanmış əsgər.

NİZƏLƏMƏ (ID - 31120)

"Nizələmək” dən f.is.

NİZƏLƏMƏK (ID - 31121)

f Nizə ilə vurmaq, nizə ilə deşmək.
□ Ürəyini nizələmək - b ax ürək.

NOĞUL (ID - 31122)

is. İçərisinə keşniş tumu qoyulmuş xırda, üstü kələ-kötür, yumru şimi növü. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. Iyirmi-otuz adam qız evində yeyib-içib, hərə cib yaylığına...

Bu səhifə 46 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....