Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NAGÜMANLIQ (ID - 30423)

is. Gümansızlıq, inamsızlıq, ümidsizlik.

NAGÜVARA (ID - 30424)

sif. və zərf [fars.] köhn. Qeyridüzgün; zor, ağır, çətin. Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü. C.Məmmədquluzadə.

NAĞARA (ID - 30425)

is. Hər iki üzünə dəri çəkilmiş silindrik gövdəli zərb musiqi aləti. Nağara çalmaq. - Kəndin yuxarı tərəfində qarazurna mələyir, nağara gumbuldayır, tar, qaval səslənir, kim isə şirin-şirin oxuyurdu. Ə.Vəliyev. Nağara ağacı...

NAĞARAÇALAN, NAĞARAÇI (ID - 30426)

is. Nağara çalan çalğıçı. [Cənnətəli ağa:] Qız uşağını öz başına qoysan ya aşığa gedər, ya nağaraçıya. N.Vəzirov.

NAĞARAÇILIQ (ID - 30427)

is. Nağaraçının sənəti, peşəsi. Nağaraçılıq etmək.

NAĞD (ID - 30428)

is. [ər.] 1. Pul (hər şəkildə olur olsun). [Hacı Saleh:] Pul istəyir, deyir pulu nağd verin. S.Rəhman. □ Nağd etmək (eləmək) - hər hansı bir şeyi satıb pul etmək (eləmək). Puldan ibarət var, dövlət, sərvət. Min manat nağdı...

NAĞIL (ID - 30429)

is. [ər. nəql] Adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə, rəvayət (şifahi xalq yaradıcılığının bir növü). Azərbaycan nağılları. Sehirli nağıllar....

NAĞILBAŞI (ID - 30430)

is. folk. Dinləyiciləri maraqlandırmaq, güldürmək üçün nağılların əvvəlində söylənən yüngül məzmunlu müqəddimə, giriş; məsələn, Hamam hamam içində; Xəlbir saman içində; Dəvə dəlləklik elər; Köhnə hamam içində...

NAĞILBAZ (ID - 30431)

is. [ər. nəql və fars. ...baz] Nağıl danışmağı, yaxud nağıla qulaq asmağı çox sevən adam. İkinci gün [Sabirin] yadına.. nağılbaz qocalar düşürdü. S.Rəhimov.

NAĞILBAZLIQ (ID - 30432)

NAĞILÇI (ID - 30433)

is. 1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. (Ata. sözü). [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?.. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm?...

NAĞILÇILIQ (ID - 30434)

is. Uzunçuluq, sözçülük. Yazıçı.. özbaşına təsviri istədiyi yerdə kəssə və ya əlavə edib uzatsa, nağılçılıq meydana çıxar. M.İbrahimov.

NAĞILVARİ (ID - 30435)

zərf və sif Üslub və məzmun etibarilə nağıl kimi olan, nağıla oxşar. Nağılvari danışmaq. Nağılvari yazmaq.

NAHAQ (ID - 30436)

sif. [fars. na... və ər. həqq] 1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.
2. Əbəs, yersiz,...

NAHAQCA (ID - 30437)

zərf Nahaq yerə, əbəs yerə. Qəlbini incitməsin nahaqca vicdanın sənin! Ə.Nəzmi.

NAHAQDAN (ID - 30438)

zərf Heç bir əsas və dəlil olmadan, haqsız olaraq. Nahaqdan işə düşmək. - Məsləhətçin eləyiblər neçə əşxası qaçaq; Neçə kəs var ki, nahaqdan olubdur dustaq.. S.Ə.Şirvani. // Nahaq yerə, əbəs yerə. [Rəhman:] Lap nahaqdan...

NAHAQLIQ (ID - 30439)

is. Haqsızlıq, ədalətsizlik, insafsızlıq. [Məhərrəm:] [İki cavanı zor ilə ayırmaq] ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi. C.Cabbarlı.

NAHAMAR (ID - 30440)

sif. [fars. nahəmvar] 1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta. - Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli. Nahamar...

NAHAMARLIQ (ID - 30441)

is. Nahamar şeyin halı. Sahənin nahamarlığını düzəltmək.

NAHAMVAR (ID - 30442)

klas. b a x nahamar.

NAHAR (ID - 30443)

is. [ər. nəhar] 1. Günorta yeməyi. Nahar etmək. - Mirzə iştahasız nahar yeyib yatmaq istədi. Ə.Haqverdiyev. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. // Bu məqsədlə hazırlanmış yemək, xörək....

NAHARLIQ (ID - 30444)

sif Nahara məxsus, nahara aid, nahar üçün. Naharlıq ərzaq tədarük etmək. - [Cəfər:] Qardaş, indi növbətdən çıxa bilərsən, iki naharlıq biletimiz var. Çəmənzəminli.

NAHARSIZ (ID - 30445)

zərf Yeməksiz, ac. Naharsız saxlamaq. - [Qaraca qız:] ..Anam sağ olanda məni də naharsız qoyardı. S.S.Axundov.

NAHİYƏ (ID - 30446)

is. [ər.] 1. 1917-ci il inqilabından əvvəl və inqilabın ilk dövründə qəza tərkibinə daxil olan inzibati-ərazi vahidi; rayon. [Kəndli:] Dedim heç belə bir iş olmaz, getdim nahiyəyə, ispolkoma dedim, dedi ərizə ver. T.Ş.Simurq. [Bəhram:]...

NAX (ID - 30447)

is. Qafqaz qrupuna daxil olan dillərdən biri.

NAXA (ID - 30448)

NAXAH (ID - 30449)

[fars.] köhn. İstəmədən, istəməyərək, istəməyə-istəməyə. Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır. Xan ona tərəf baxanda naxahi baş əyir. Ə.Haqverdiyev.

NAXƏLƏF (ID - 30450)

sif [fars. na... və ər. xələf] Əcdadına, əslinə, əsli-nəsəbinə layiq olmayan. Naxələf övlad. - Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. Ax, naxələf oğlum, nə yaman eşqə düşübsən; Ey kaş,...

NAXƏLƏFLİK (ID - 30451)

is. Ata-anaya qarşı nankorluq; naşükürlük. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə. C.Məmmədquluzadə. // Nanəciblik, rəzillik, pislik, yamanlıq. [Göyçək Fərruxa:] Bizdə nə naxələflik...

NAXIR (ID - 30452)

is. Bir yerdə otlayan mal-qara sürüsü. ..Şiddətli çovğun başladığı üçün naxır çöldən tez qayıtdı. S.Hüseyn. Naxır tozlu yollardan axışıb gəlirdi. Mir Cəlal. □ Naxıra getmək - naxır otarmaq, naxırçılıq etmək. ..Mövlamverdi...

NAXIRÇILIQ (ID - 30453)

is. Naxırçının işi, peşəsi. Naxırçılıq etmək.

NAXIROTARAN, NAXIRÇI (ID - 30454)

is. Mal-qara otaran, naxıra baxan adam. [Kərbəlayı Məmmədvəli:] Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq! N.Vəzirov. [Gülsənəm:] ..Ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış....

NAXIŞ (ID - 30455)

is. [ər. nəqş-dən] 1. Rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət şəkil, çəki, bəzək və s. Onun divarları aləlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun. Zərqələmin yadigarı üzərində naxışlar...

NAXIŞAÇAN (ID - 30456)

is. Ağac, metal, daş və s. üzərində cürbəcür naxışlar salan, naxışlar həkk edən usta; naxış ustası. // Sif. mənasında. Naxışaçan usta.

NAXIŞÇI (ID - 30457)

is. Naxış vuran, naxış salan usta, naxışaçan.

NAXIŞLAMA (ID - 30458)

“Naxışlamaq” dan f.is.

NAXIŞLAMAQ (ID - 30459)

f 1. Cürbəcür rənglər, boyalar, saplar və s. ilə şeylərin üzərinə naxış salmaq, naxış vurmaq. Evin divarlarını naxışlamaq. Köynəyin yaxasını naxışlamaq. Yaylıq, səni yar işlədi; Ətrafını naxışladı.. Aşıq Kərəm.
2....

NAXIŞLANMA (ID - 30460)

“Naxışlanmaq” dan f.is.

NAXIŞLANMAQ (ID - 30461)

məch. Naxış vurulmaq, naxış salmmaq, naxışla bəzənmək. Evin divarları naxışlanıb qurtarmışdır.

NAXIŞLANMIŞ (ID - 30462)

f.sifi Üzərində naxış açılmış, naxış vurulmuş, naxışla bəzədilmiş; naxışlı. Naxışlanmış kəlağayı. Naxışlanmış divar.

NAXIŞLI (ID - 30463)

sif. 1. Naxış vurulmuş, naxış salınmış, naxışla bəzədilmiş. Naxışlı dəsmal. Naxışlı qab. Naxışlı mal. - Katib.. bir cüt qırmızı dilim naxışlı çaynik çıxartdı. S.Rəhimov. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə...

NAXIŞSIZ (ID - 30464)

sif. Naxışı olmayan; saya. Naxışsız parça. Naxışsız qab.

NAXOŞ (ID - 30465)

is. [fars.] Xəstə, azarlı. Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən.. C.Məmmədquluzadə. [Sultan bəy:] Nə olub ki, naxoş deyilsən ki? Ü.Hacıbəyov. // Sif. mənasında. Naxoş adam.
□ Səndən...

NAXOŞLAMA (ID - 30466)

“Naxoşlamaq” dan f.is.

NAXOŞLAMAQ (ID - 30467)

f Xəstələnmək, azarlamaq. [Imran:] Yadındadırmı, anacan, atam bir dəfə naxoşladı.. Ə.Haqverdiyev. [Aydın Səkinəyə:] Əgər naxoşlayıb eləsən, yanıma gəl. H.Seyidbəyli.

NAXOŞLATMA (ID - 30468)

“Naxoşlatmaq” dan f.is.

NAXOŞLATMAQ (ID - 30469)

f. Xəstələndirmək, azarlatmaq, xəstəliyə salmaq, naxoşlamasına səbəb olmaq. Uşağı soyuğa verib naxoşlatmaq. - [Nisə xala:] Tərli-tərli içəndə su bizə ləzzət verir. Amma sizləri naxoşladır. Qantəmir.

NAXOŞLUQ (ID - 30470)

is. Xəstəlik, azarlılıq. Naxoşluğu uzun çəkmək. - [Əvvəlinci azarlı:] ..Bu zəhrimar naxoşluq yapışıb yaxamdan. C.Məmmədquluzadə. [Baxışoğlu Həsən] .. özünü azardan və naxoşluqdan hifz etməzdi. Talıblı. □ Naxoşluğa...

NAXÜNƏK (ID - 30471)

is. Birinin üzüyumşaqlığmdan istifadə edərək şeyini götürmə (adətən naxünək vurmaq, naxünək etmək şəklində işlənir). - Ye bala, ye!.. - deyə Kərbəlayı özü də böyürdən naxünək vurmağa başladı. M.Hüseyn. Prokurorformalı...

NAXÜNƏKÇİ (ID - 30472)

is. Naxünək vurmağı adət etmiş adam. Naxünəkçinin cibi gen olar. (Məsəl).

Bu səhifə 36 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....