Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NİKAHLI (ID - 31023)

sif Nikahı olan, nikahlanmış, kəbinli. ..Şəriətdə heç bir müsəlman dörd nikahlı aryaddan artıq arvad ala bilməz, istər xəlifə olsun, istər çoban olsun. C.Məmmədquluzadə.

NİKAHSIZ (ID - 31024)

sif Nikahı olmayan, nikahı kəsilməmiş, qeyri-rəsmi surətdə yaşayan.

NİKBƏT (ID - 31025)

is. [ər.] Talesizlik, bədbəxtlik, iqbalsızlıq. □ Nikbət tutmaq - hər tərəfdən bəla üz vermək, bədbəxtlik basmaq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. S.Hüseyn.

NİKBİN (ID - 31026)

sif [fars.] Həyatdan razı, şən, ümidli, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist (bədbin əksi). Nikbin adam. Niyaz ruhdan düşməmişdi, o yenə nikbin idi. M.Hüseyn. [Haşım] yaşının 100-ə yaxınlaşmasına baxmayaraq...

NİKBİNCƏSİNƏ (ID - 31027)

zərf Nikbin əhvalruhiyyədə, şən, gələcəyə inamla. Şairin nikbincəsinə yazdığı əsər.

NİKBİNLİK (ID - 31028)

is. Həyatda ancaq yaxşı cəhətləri görmə, müvəffəqiyyətə, gələcəyə inanma; şən və gümrah dünyagörüşü; optimizm (bədbinlik əksi). S. Vurğunun lirikasındakı nikbinlik. - Bir də aydın bir nikbinlik haradansa [Zeynalın] ruhunun...

NIKEL (ID - 31029)

[alm. Nickel] 1. Gümüşü-ağ rəngli, parıltılı, çətin əriyən metal - kimyəvi element.
Üzərinə nikel sürtülmüş; nikelli, nikellənmiş. Nikel çaynik. - Kəllə pəncərələrin qabağında iki nikel çarpayı, küncdə yazı stolu...

NİKELÇİ (ID - 31030)

is. Nikel çəkən usta.

NİKELLƏMƏ (ID - 31031)

“Nikelləmək” dən f.is.

NİKELLƏMƏK (ID - 31032)

f Üzərinə nikel çəkmək. Samovarı nikelləmək.

NİKELLƏNMƏ (ID - 31033)

“Nikellənmək” dən f.is.

NİKELLƏNMƏK (ID - 31034)

məch. Üzərinə nikel çəkilmək.

NİKELLƏNMİŞ (ID - 31035)

f.sif Üzərinə nikel çəkilmiş; nikelli. ..Zeynəb xala nikellənmiş, parpar parıldayan samovarı ortalığa gətirdi. M.İbrahimov.

NİKELLİ (ID - 31036)

sif Üzərində nikel olan, üzərinə nikel çəkilmiş.

NİKNAM (ID - 31037)

sif [fars.] köhn. Yaxşı ad qoymuş, yaxşılıqla xatırlanan, yad olunan. Həmiyyətkeş olub əhli-vətəndən ötrü bişübhə; Qazandı o bu niknamı olsun daima məzkur. “Əkinçi” .

NİKOL (ID - 31038)

is. [xüs. is.-dən] İsland mineral maddəsindən düzəldilmiş prizma.

NİKOTIN (ID - 31039)

[xüs. is.-dən] Tütünün tərkibində olan narkotik maddə; tənbəki zəhəri.

NİQAB (ID - 31040)

is. [ər.] 1. Duvaq, üz örtüsü. Niqab çəkib məndən yaşınma, zalım; Pərişan olubdur mənim əhvalım. M.P.Vaqif. ..Bu halda üçüncü qapıdan çıxmış padşahın qızı üzünün niqabını atır. Ə.Haqverdiyev.
Keçmişdə döyüşçülərin,...

NİQABLI (ID - 31041)

sif Üzündə niqab olan, üzünə niqab salmış; duvaqlı. Qara saqqallı, üzü niqablı şəkillər xəmirlənərək taxçanın yanlarında divara yapışdırılmışdı. S.Rəhimov.

NİLUFƏR (ID - 31042)

is. [fars.] Suzanbağı. [Lətif dostuna:] Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər nə desən taparsan. Mir Cəlal.

NİMCAN (ID - 31043)

is. [fars.] köhn. Çox zəif, yarımcan. Qonşuda lakin neçə üryan da var, - qış, boran; Giryə də var, naləvü əfğan da var, nimcan; Sən ki şəriətçisən, ey binəva, qıl həya! M.Ə.Sabir. Gördü qar üstündə yatıb bir ilan; Şiddəti-sərmadan...

NİMÇƏ (ID - 31044)

is. 1. Boşqab. Dərin nimçə. Dayaz nimçə. - Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi birparça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. S.Hüseyn. Balaca mis sini. Kürsünün üstə nimçə və üstə...

NİMÇƏVARİ (ID - 31045)

sif. Nimçə kimi; girdə, dəyirmi.

NİMDAŞ (ID - 31046)

sif. [fars.] Bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə olmayan. Nimdaş ayaqqabı. Nimdaş xalça. - Günlərin bir günü yenə də Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib beləcə gəzməyə çıxmışdı....

NİMDƏR (ID - 31047)

is. [fars.] Balaca döşək, döşəkcə. [Bülənd] dərhal ..Nazlının saldığı nimdərin üstündə oturub yastığa söykəndi. Ə.Əbülhəsən.
s

NİMFA (ID - 31048)

is. [yun.] Qədim yunan mifologiyasına görə, daşlarda, meşələrdə, bulaqlarda və s. yaşayan təbiət ilahələri.

NİMTƏN(Ə) (ID - 31049)

is. [fars.] Qolsuz üst qadın geyimi, gödəkcə. Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. [Sayalı xala] sonra köhnə nimtənəsinin cibindən üç manatpul çıxarıb, Xasayın yastığının altına...

NİMTƏNƏLİ (ID - 31050)

sif. Nimtənə geymiş, əynində nimtənə olan. Atlaz nimtənəli, ipək köynəkli; Yastı başı tirmə şallı Sənəm, gəl! Xəstə Qasım.

NİNNİ (ID - 31051)

is. Layla, beşik mahnısı. // Məc. mənada. Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haqquşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu....

NİSAR (ID - 31052)

is. [ər.] klas. Bağışlama, qurban etmə, vermə. Ələsgərəm, ismim deyim aşikar; Qədir bilən dosta başü-can nisar. Aşıq Ələsgər. □ Nisar etmək - vermək, bağışlamaq, qurban etmək. Sənə gülşəndə nisar etmək üçün hər nərgis;...

NİSBƏT (ID - 31053)

is. [ər.] 1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. - Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.
Iki...

NİSBƏTƏN (ID - 31054)

zərf [ər.] Nisbət götürülərsə, müqayisə edilərsə; görə. Bu otaq o birisinə nisbətən böyükdür. Gecə gündüzə nisbətən sərindir. - [Qəhrəmanini] böyük bir həyətdən keçirib ikinci, nisbətən kiçik həyətə gətirdilər....

NİSBƏTLƏ (ID - 31055)

1. Bax nisbətən. Zəki Məmmədbağıra nisbətlə çox qüvvətli idi. S.Hüseyn.
2. Münasibətlə, ...görə. Bizə, ya nə nisbətlə töhmət gəlir; Qaç, oğlan, qaç, at basdı, millət gəlir. M.Ə.Sabir.

NİSBİ (ID - 31056)

sif. Müqayisə üçün olan, qiyas və müqayisə ilə olan, başqa bir şey (şərait, vəziyyət və s.) ilə müqayisə edilməklə müəyyənləşdirilən. Nisbi anlayış. Nisbi temperatur.

NİSBİLİK (ID - 31057)

is. Nisbi şeyin halı.

NİSF (ID - 31058)

is. [ər.] Yarı, yarım. [Aşıq Cünun] gecənin bir nisfinə qədər çalıb-oxudu. “Koroğlu” . [Hacı Nuru şair:] [Əvvəllər] yanına.. nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə...

NİSGİL (ID - 31059)

is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin...

NİSGİLLƏNMƏ (ID - 31060)

“Nisgillənmək” dən f.is.

NİSGİLLƏNMƏK (ID - 31061)

f Qəmlənmək, kədərlənmək, qüssələnmək, nisgil eləmək. Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi. Çəmənzəminli.

NİSGİLLİ (ID - 31062)

sif Ürəyində nisgil olan, daim qüssə çəkən, dərd çəkən, dərdli görünən; məhzun, kədərli, könlü tutqun. Nisgilli uşaq. Nisgilli qız. // Həsrət və dərdlə dolu; kədərli, yanıqlı. Ağıçının gözəl səsi və nisgilli ağısı...

NİSTAQM (ID - 31063)

is. [yun.] Göz almasının qeyriiradi, ritmik hərəkəti ilə səciyyələnən patoloji hal.

NİSTATİN (ID - 31064)

is. [lat.] Antibiotiklər qrupundan dərman preparatı.

NİSVAN (ID - 31065)

is. [ər.] köhn. Qadın (çox vaxt tərkib şəklində işlənir). Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan; Bir yanda dəxi məktəbisənət, uçitellər! M.Ə.Sabir. [Sarıqlı molla:] Insaf eləyin! Əhli-nisvan nə günahın sahibidir, bəradər!...

NİSYAN (ID - 31066)

[ər.] klas. Unutma, yaddan çıxartma. Vətənin neməti nisyan olmaz; Naxələflər ona qurban olmaz. A.Səhhət. □ Nisyan olmaq - unudulmaq, yaddan çıxmaq. Iş necə oldu, onu alma xəbər; Bayaq ərz etdim,
o, nisyan oldu. M.Ə.Sabir.

NİSYƏ (ID - 31067)

is. 1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması. // Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. Nisyə girməz kisəyə. (Məsəl). [Məşədi Cabbar tacir:]...

NİŞ (ID - 31068)

is. [fars.] bax neştər. Nuşun dadan, nişin də dadmalıdır. (Ata. sözü). [Məstavər:] Gör mən sənə neylərəm, a dərviş; Gəlcək sənə öylə sancaram niş; Ta xalq tamam vəhşətə gəlsin. Ü.Hacıbəyov.

NİŞAN (ID - 31069)

is. [fars.] 1. Əsər, əlamət, iz. Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi. Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət. Coşqun irmaq kənarında; Nə qızlardan bir...

NİŞANBAZLIQ (ID - 31070)

is. bax adaxlıbazlıq. [Laçın bəy:] ..Nişanbazlığa getmişmiş, bədbəxt, evdə duyublar .. nə yemisən turşulu.., vurublar ha.. N.Vəzirov. Mehtər Zamanın dünya vecinə deyildi. Əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı...

NİŞANBƏNİŞAN (ID - 31071)

zərf[fars.] Bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə. Nişanbənişan tanıtmaq. Nişanbənişan soraq vermək. - [Xudaverdi:] Əyərçi oğlum nişanbənişan səni [Hacı Qaranı] deyirdi. M.F.Axundzadə.

NİŞANÇI (ID - 31072)

is. 1. Mahir nişan atan, düzgün nişan vuran; snayper. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxardıb, xurma ağacları içərisinə yüyürürlər....

Bu səhifə 42 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....