İzahlı lüğət

NİGAH

is. [fars.] klas. Baxış, baxma, nəzər. Həsrətli nigah. Şəfqətli nigah. - Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min canə dəyər. Q.Zakir. Düşdükcə o istəkli səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət. □ Nigah etmək (qılmaq) - baxmaq, nəzər salmaq. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb, ah edərdi. Füzuli. Mən bir güləgən adəmiyəm bax bu mühitin; Sən gülmə, düşün, canına diqqətlə nigah et! Ə.Nəzmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed