Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NAXÜNƏKÇİLİK (ID - 30473)

is. Naxünəkçinin xasiyyəti, sifəti. Naxünəkçilik eləmək.

NAİB (ID - 30474)

is. [ər.] tar. 1. Böyük bir şəxsin yerini dolandıran şəxs; vəkil, canişin. Padşahın naibi.
Yerli inzibati idarə rəisi, kənd icması başçısı. Nahiyə naibi. Qəza naibi. Şəhər naibi. - Keşikçi [qasidi] naibin yanına götürdü....

NAİBLİK (ID - 30475)

is. 1. Naibin işi, vəzifəsi; vəkillik, canişinlik. Naibin idarəsi altında olan yerlər.

NAİL (ID - 30476)

[ər.]: nail olmaq - əldə etmək, müvəffəq olmaq, çatmaq, yetmək. Məqsədə nail olmaq. İstəyinə nail olmaq. - [Dərviş:] Dilədiyimiz arzuya nail olduq. A.Divanbəyoğlu. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş(du)....

NAİLİYYƏT (ID - 30477)

is. [ər.] 1. Hər hansı bir sahədə, işdə əldə edilmiş yaxşı nəticə; müvəffəqiyyət. Azərbaycan xalqı hər sahədə yeni və böyük nailiyyətlər əldə etmişdir. M.İbrahimov. [Qurban] qazdığı hər quyuda .. elm və texnikanın...

NAİNSAF (ID - 30478)

[fars. na... və ər. insaf İnsafsız. Nainsaf qonşular Süleymanın bu qədər zəhmətinə baxmayıb, yenə də onu əvvəlki kimi “Süleyman” deyə çağırırdılar. B.Talıblı. // İs. mənasında. Nainsafın kəli qaçar. (Ata. sözü)....

NAİNSAFLIQ (ID - 30479)

is. İnsafsızlıq. Nainsaflıq etmək. - [Ana:] Hərgah Ülkər qızı aparmaq istəyirsə, üz vurma. Balanı anadan ayırmaq nainsaflıqdır. Ə.Vəliyev.

NAKAM (ID - 30480)

[fars.] bax kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət. [Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam...

NAKAMLIQ (ID - 30481)

is. Kama yetməmə; kamsızlıq. Olsa nakamlığım gər o pərinin kamı; Dilidivanəni həq dəhrdə nakam eləsin. S.Ə.Şirvani.

NAKƏS (ID - 30482)

sif və is. [fars.] Şərəfsiz, yaramaz, alçaq, rəzil. Nakəs adam danışıqnan saz olu; Kərəmdən kəm, səxavətdən az olu. Aşıq Ələsgər. // İs. mənasında. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi....

NAKƏSLİK (ID - 30483)

is. Alçaqlıq, rəzillik, yaramazlıq. Nakəslik eləmək.

NAKİŞİ (ID - 30484)

sif Namərd, xain. Nakişi adam. // İs. mənasında. [Mürsəl:] İlqarından dönən, andını pozan, verdiyi sözə əməl eləməyən nakişidir! Ə.Vəliyev.

NAKİŞİLİK (ID - 30485)

is. Namərdlik, xainlik. Onda nakişilik olardı, axı, sən Hacı Atakişisən, .. uşaq-muşağa baş qoşmayacaqsan ki.. - deyə Əmir gülümsündü. Ə.Abasov.

NAQABİL (ID - 30486)

sif [fars. na... və ər. qabil]
Nalayiq, yersiz, münasibətsiz. Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Cəlal. [Nənəqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Vəliyev....

NAQAFİL (ID - 30487)

sif və zərf [fars. na... və ər. qafil] Qəfildən, birdən, nagahan, gözlənilmədən, xəbərsiz. Naqafıl azara düşmək. Naqafil söz demək. Naqafil gəlmək. - Az qalmışdı duram, bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu...

NAQAFİLLİK (ID - 30488)

is. Gözlənilməzlik, nagahanlıq; gözlənilməz olma. Gəlişin naqafilliyi. Olümün naqafilliyi.

NAQAN (ID - 30489)

NAQİL (ID - 30490)

is. [ər.] 1. xüs. bax keçirici. Metal elektrik naqilidir.
köhn. Daşıyan, bir yerdən başqa bir yerə aparan, nəql edən. Mən ki böyük çayam, xalqa naqiləm; Səbəb odur bu qanuna tabeyəm. A.Səhhət.
köhn. Nəql edən, rəvayət edən;...

NAQİLLİK (ID - 30491)

is. fiz. Nəql etmə, keçirtmə, ötürmə qabiliyyəti; keçiricilik. Metalların naqillik qabiliyyəti.

NAQİS (ID - 30492)

sif. [ər.] 1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. - Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli,...

NAQİSLİK (ID - 30493)

is. 1. Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. [Şagirdin] zəifliyi öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. M.Hüseyn.
2. Naqis olma, eyiblilik, eyib və qüsuru olma. Bir qadın kimi [Səidənin]...

NAQİSÜLƏQL (ID - 30494)

sif. [ər.] köhn. Ağıldan naqis, ağıldan zəif, kəm.

NAQQA, NAQQABALIĞI (ID - 30495)

is. zool. Şirin suda yaşayan üstü pulsuz, bığlı, iri yırtıcı balıq. Dəryalar tutdu məni; Naqqalar uddu məni. (Bayatı). Naqqabalığın çəkisi ikipuda yaxın, uzunluğu təqribən iki metr idi.

NAQQAL (ID - 30496)

sif. Çox, boş-boş danışmağı sevən; lağlağı, boş-boğaz, gəvəzə, çərənçi. Naqqal adam. - Bu şəhərin arvadları çox dilli-ağızlı, özləri də çox naqqaldırlar. “Mol. Nəsr.” . // İs. mənasında. Nəfs deyir: baxma naqqal...

NAQQALLAMA (ID - 30497)

“Naqqallamaq” dan f.is.

NAQQALLAMAQ (ID - 30498)

f. Naqqallıq etmək, boş-boş danışmaq, çərənləmək.

NAQQALLAŞMA (ID - 30499)

“Naqqallaşmaq” dan f.is.

NAQQALLAŞMAQ (ID - 30500)

f. 1. Naqqal olmaq, naqqallığa alışmaq, adət etmək.
2. Naqqallıq etmək, boş-boğazlıq etmək. Siz buyuruğunuzu buyurun, bəy, - [deyə] Alagöz naqqallaşmağa başlayan Müqim bəyin sözünü kəsdi. S.Rəhimov.

NAQQALLIQ (ID - 30501)

is. Boş-boş danışma; boş-boğazlıq, çərənçilik. [Nəcəf:] Sən naqqallıqdan nə vaxt əl çəkəcəksən? Bu iş sənə baha oturar. Q.İlkin □ Naqqallıq etmək (eləmək) boş-boş danışmaq, çox danışmaq, boş-boğazlıq etmək, çərənləmək....

NAQQAŞ (ID - 30502)

is. [ər. nəqqaş] 1. Evlərin divarlarına, tavanına, şeylərin üstünə yağlı və ya sulu boya ilə naxış vuran sənətkar.
2. Rəssam, şəkilçəkən. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin.....

NAQQAŞKAR (ID - 30503)

is. [ər. nəqqaş və fars. ...kar] Naxış ustası, naxış vuran sənətkar.

NAQQAŞKARLIQ (ID - 30504)

bax naqqaşlıq. Naqqaşkarlıq etmək.

NAQQAŞLIQ (ID - 30505)

is. 1. Naqqaşın işi, peşəsi; rəssamlıq.
2. Naxış vurma işi. [İsmayılzadə:] Yaxşı, yoldaş mühəndis, bəs sarayın naqqaşlıq işi necə olacaq? Z.Xəlil.

NAQOLAY (ID - 30506)

sif. və zərf Qolay olmayan; rahat olmayan. Naqolay stul. Naqolay oturmaq. Yerim çox naqolaydır.

NAQUS (ID - 30507)

is. [ər.] klas. Kilsə zəngi. Taki səsləndi qəflətən naqus; Oldum ol vaxt büsbütün məyus. A.Səhhət.

NAL1 (ID - 30508)

is. [ər. nəl] 1. Sürüşməkdən və zədələnməkdən qorumaq üçün at, qatır və s. heyvanların dımaqlarına vurulan müvafıq formada hazırlanmış dəmir lövhəcik.
2. Ayaqqabıların dabanına, bəzən pəncəsinin qabaq hissəsinə...

NAL2 (ID - 30509)

is. xüs. Tirin altına qoyulan ağac. Yeddi-səkkiz qadın Məşədinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartır, qara palçıqdan hörülmüş daşlar tökülür(dü).. Çəmənzəminli.

NALAN (ID - 30510)

sif və zərf [fars.] Ağlayan, ahzar edən, inləyən, nalə edən, fəğan edən, göz yaşı tökən. Çox eşqə həvəs edəni gördüm ki, həvasın; Tərk etdi sənin aşiqi-nalanını görgəc. Füzuli. ..Bu yerdə Əmir və hamı daxil olub Leylanı...

NALAYİQ (ID - 30511)

sif [fars. na... və ər. layiq] Layiq olmayan, yaraşmayan, layiqsiz. Nalayiq hərəkət. Nalayiq söz. - [Müəllim:] Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. Ə.Haqverdiyev. ..Amma bununla belə, yenə də...

NALAYİQLİK (ID - 30512)

is. Layiq olmama, yaraşmazlıq, layiqsizlik; nalayiq hərəkət, söz.

NALBƏND (ID - 30513)

is. [ər. nəl və fars. ...bənd] Heyvanların ayağına nal vuran; nalçı. Axsaq atın kor nalbəndi olar. (Məsəl). Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu” . Bakıda ümumiyyətlə peşəkarlar: nalbənd, qundaqsaz,...

NALƏ (ID - 30514)

is. [fars.] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan. Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı....

NALQIRAN (ID - 30515)

sif Çınqıllıq, xırda daşlıq; naltökən. Bunlarsız aşmaq olmaz qısıq, dar gədikləri; Nalqıran yoxuşları, sıldırımlı dikləri. M.Müşfiq.

NALLAMA (ID - 30516)

“Nallamaq” dan f.is.

NALLAMAQ (ID - 30517)

f Nal vurmaq. Atı nallamaq.

NALLANMA (ID - 30518)

“Nallanmaq” dan f.is.

NALLANMAQ (ID - 30519)

məch. Nal vurulmaq. Dağlarda qar səsi var; Yox deyil, var səsi var; Kəhər atlar nallanır; Yenə səfər səsi var. (Bayatı).

NALLANMIŞ (ID - 30520)

f.sif Nal vurulmuş; nallı. Nallanmış at.

NALLATMA (ID - 30521)

“Nallatmaq” dan f.is.

NALLATMAQ (ID - 30522)

icb. Nal vurdurmaq. [Koroğlu:] Yay olanda dağa yollat; Yaz olanda ipçin nallat! “Koroğlu” . [Niyaz] sabahı günü nalbənd çağırdı. Boz atı ipçin nallatdı. Ə.Vəliyev.

Bu səhifə 62 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....