Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NAR2 (ID - 30573)

is. [ər.] klas. Od, atəş. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib” .

NARAHAT (ID - 30574)

sif və zərf [fars. na... və ər. rahət] 1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov....

NARAHATCA(SINA) (ID - 30575)

zərf Narahatlıqla, narahat halda, təlaş içərisində, həyəcanla. Narahatcasına gözləmək.

NARAHATLIQ (ID - 30576)

is. 1. Rahatlıq olmayan hal, rahatlığı pozan şey. TU yerdən çox sürətlə qopsa da, sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər). M.İbrahimov.
2. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş. [Mollayev] Aslanovla...

NARARMUDU (ID - 30577)

is. Meyvəsi dən-dən olan şirəli payız armudu növü.

NARAZI (ID - 30578)

sif. [fars. na... və ər. razı] Razı olmayan, narazılıq ifadə edən; qeyri-məmnun, incik. Narazı cavab. Narazı ton. - Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. M.S.Ordubadi. // İs. mənasında. Çünki...

NARAZILIQ (ID - 30579)

is. Qeyri-məmnunluq, razı olmama, inciklik, bir şeyə mənfi münasibət. Narazılığını bildirmək. Narazılıq göstərmək. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyü ilə qarışıq bir narazılıq...

NARBİTİ (ID - 30580)

is. zool. Ağacın yarpaqlarına zərər verən cücü.

NARDAN, NARDANÇA (ID - 30581)

is. Nardan bişirilən riçal.

NARƏVA (ID - 30582)

sif. [fars.] Rəva görülməyən, xoşa gəlməyən, layiq olmayan, yol verilməyən namünasib; haqsız. Narəva iş. - [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn.

NARGİLƏ1 (ID - 30583)

is. 1. [fars.] bax sulu qəlyan (“qəlyan” da).

NARGİLƏ2 (ID - 30584)

is. [fars.] Azərbaycan oyun havalarından biri. Nargilə oynamaq.

NARIN (ID - 30585)

sif. 1. Son dərəcə xırda, toz kimi. Narın torpaq. Narın qar. - Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə budur. S.Rüstəm. Yaşılyarpaqlardan asta-asta damcılar damır, narın çiskin təpəl camışın...

NARINC (ID - 30586)

is. [fars.] Xoşiyli, acımtıl sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı. Narınca bax, narınca; Saxlaram saralınca; Şama döndü ürəyim; Səndən cavab alınca. (Bayatı).

NARINCA (ID - 30587)

sif. Son dərəcə narın, çox xırda; xırdaca. Uşaqlar narınca qum üstündə oynayırdılar. - ..[Həbibə] boylanıb pəncərədən yollara narınca (z.) çisələyən yağışa baxdı. Mir Cəlal.

NARINCI (ID - 30588)

sif Narınc rəngli, qırmızıya çalar sarı, portağal rəngində. Narıncı paltar. Narıncı örpək. - Getdikcə günəş qüruba doğru enir, üfüqün narıncı boyaları qırmızıya çalır. Çəmənzəminli.

NARINDİŞ(Lİ) (ID - 30589)

sif Dişləri sıx və incə; xırdadişli (daraq haqqında).

NARINLAŞDIRMA (ID - 30590)

“Narınlaşdırmaq” dan f.is.

NARINLAŞDIRMAQ (ID - 30591)

f Narın hala salmaq, narın etmək, xırdalamaq, toz halına salmaq. Duzu narınlaşdırmaq. Torpağı narınlaşdırmaq.

NARINLAŞMA (ID - 30592)

“Narınlaşmaq” dan f.is.

NARINLAŞMAQ (ID - 30593)

f Narın hala düşmək, narın olmaq.

NARINLIQ (ID - 30594)

sif 1. Narın şeyin halı; xırdalıq. Qumun narınlığı.
2. məc. Zəriflik, incəlik, naziklik. Tükün narınlığı.

NARINTÜK(LÜ) (ID - 30595)

sif Tükü nazik, zərif, yumşaq olan. Narıntüklü quş.

NARINYARPAQ(LI) (ID - 30596)

sif Kiçik, xırda, zərif yarpaqları olan. Narınyarpaq bitki. - Enliyarpaq əvəliyi, narınyarpaq əməköməcini, .. küsəyən bənövşənimi deyim?! Mir Cəlal.

NARİNGİ (ID - 30597)

is. Portağala oxşayan ətirli sitrus meyvəsi və bu meyvənin həmişəyaşıl ağacı; mandarin. Leyla gülümsünüb masanın üstünə çörək, ..alma və naringi mürəbbəsi olan vazlar qoydu. H.Seyidbəyli.

NARKOMANİYA (ID - 30598)

is. [yun.] Narkotik maddələrdən müntəzəm istifadə etmək və ondan daimi asılılıqla səciyyələnən ictimai-psixoloji xəstəlik.

NARKOTİK (ID - 30599)

[yun.] Təbabətdə ağrı kəsən və yuxuladıcı dərman kimi işlədilən maddə.

NARKOTIK (ID - 30600)

sif [yun.] Tərkibində narkoz olan. Narkotik maddələr.

NARKOZ (ID - 30601)

NARQOVURMA(SI) (ID - 30602)

is. aşp. İçərisinə nar tökülmüş, narla hazırlanmış qovurma növü.

NARQURDU (ID - 30603)

is. zool. Narı və bəzi başqa meyvələri zədələyən və onun çürüməsinə səbəb olan həşərat.

NARLI (ID - 30604)

sif Nar qatılmış, sində nar olan. Narlı fətir (qutab).

NARLIQ (ID - 30605)

is. Nar bağı, nar ağacları əkilmiş yer. [Camal və Zərəfşanın] Hacı Tarverdi narlığında bir-birinə rast gəlmələri təsadüfi deyildi. M.S.Ordubadi.

NARODOVOLÇU (ID - 30606)

is. tar. Rusiyada XIX əsrin 80-ci illərində “Narodnaya volya” adlı gizli siyasi təşkilatın üzvü.

NARODOVOLÇULUQ (ID - 30607)

is. tar. Rusiyada XIX əsrin 80-ci illərində xalqçılarm “народная воля” adlı təşkilatının rəhbərlik etdiyi ictimai-siyasi hərəkat (bu hərəkat mütləqiyyətlə kütləvi-siyasi mübarizəni siyasi suiqəsd və fərdi terrorla...

NARŞƏRAB (ID - 30608)

is. Nar suyundan hazırlanan şirə. Balığı narşərabla yemək. - [Kişi:] Yaxşı, ürəyim narşərab istəyir, görəsən, orada narşərab verirlər? A.Şaiq.

NARYAD (ID - 30609)

[rus.] 1. Hər hansı bir işi görmək, yaxud bir şeyi buraxmaq və ya vermək üçün sənəd, əmr, sərəncam. Direktorun əmri ilə naryad yazıb, Saleh kişiyə taxta verdilər. Mir Cəlal. [Şahpəri:] Sənə iş tapşırıblar, əməkgünlərini...

NARZAN (ID - 30610)

[Şimali Qafqazda coğrafi addan] Kalium-karbonatlı mineral su. Narzan vannası. Narzan içmək.

NAS1 (ID - 30611)

is. [ər. “insan” söz. cəmi] klas. İnsanlar, xalq, camaat, el. [Şah:] Indi mən əfradinasdən bir mərdi-fiəqirəm - Abbas Məhəmməd oğlu. M.F.Axundzadə. Şeyx Sədi.. nəinki bir şirazlılara vəyainki əhli-əcəmə, bəlkə ümum nasa...

NAS2 (ID - 30612)

is. Dilin altına qoyulub çəkilən xına rəngli narın tütün növü. ..Türkmən müsafirləri və ya əlvan çapan Buxara tacirləri dizlərin qucuyub nas atırlar. S.M.Qənizadə. [Hərəmağası] dilinin altına bir az nas atıb, ulduzları seyr...

NASAZ (ID - 30613)

sif. və zərf [fars.] 1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq. - [Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov. [Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? ..Kefsizsiniz əgər, istəyirsiniz evə gedin....

NASAZLIQ (ID - 30614)

NASEH (ID - 30615)

is. [ər.] klas. Nəsihətçi, öyüdçü; öyüd verən, nəsihət verən. Məni rüsva görüb eyb etmə, ey naseh ki, məzurəm. Füzuli. Nasehlər edir mən məni mütribü neydən. Q.Zakir.

NASƏZA (ID - 30616)

sif. [fars.] klas. Ədəbsiz, namünasib, nalayiq, layiq olmayan, layiq görülməyən. Nasəza iş. Nasəza hərəkət. - Deməm ki, fasidi vəsf et, saqın fəsadından! Yamanə yaxşı demək nasəza deyil də, nədir? M.Ə.Sabir. Mən sinəmi sizin...

NASİR1 (ID - 30617)

is. [ər.] Nəsr yazan, nəsr əsərləri müəllifı, ədib. Nasirlərin yeni əsərləri.

NASİR2 (ID - 30618)

sif. [ər.] Kömək edən, köməkçi, yardımçı.

NASİZM (ID - 30619)

is. [lat.] Alman faşist ideologiyası.

NASOS (ID - 30620)

[rus.] Su və ya başqa mayeləri, habelə qazı çəkmək və ya vurmaq üçün maşın, mexanizm. Suyu nasosla vurmaq. Qaz nasosu. Nasosu quraşdırmaq.

NASOSÇU (ID - 30621)

is. Nasosa xidmət edən fəhlə.

NASOSXANA (ID - 30622)

is. [rus. Hacoc və fars. ...xanə] Nasosların yerləşdiyi bina, yer. [Mədənlərdə] havabölüşdürən budkaların və nasosxanaların təmirinə dair tapşırıq da yerinə yetirilmişdir.

Bu səhifə 238 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla