Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

NASOSLAMA (ID - 30623)

“Nasoslamaq” dan f.is.

NASOSLAMAQ (ID - 30624)

f. Nasosla çəkmək, nasosla vurmaq (suyu, başqa mayeləri və qazı).

NAŞAD (ID - 30625)

sif. [fars.] klas. Qəmgin, kədərli, məhzun, sevinməyən. Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar. M.V.Vidadi. Bir mənim də nəzər et haləti-naşadıma bəs. C.Cabbarlı.

NAŞATIR (ID - 30626)

is. [ər.] Ağ kristallik maddə, ammonium-xlorid (texnikada və təbabətdə işlədilir). □ Naşatır spirti - kəskin iyli, şəffaf, rəngsiz sulu ammiak məhlulu (təbabətdə işlədilir).

NAŞI (ID - 30627)

sif. [ər.] 1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi. - Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Ailəni iki nəfər naşı və həyata...

NAŞILIQ (ID - 30628)

is. 1. Xamlıq, təcrübəsizlik. Cəmil dostunun naşılığını onun özünə hiss etdirmək istəməsə də, Tahir bunu dərhal anlayıb, lap pul kimi qızardı.. M.Hüseyn. [Məşədi Müslüm:] Indi, yoldaş, neçə il naşılıq eləyəcəksən?...

NAŞİR (ID - 30629)

is. [ər.] Kitab və s. nəşr edən adam. Qəzetin naşiri Məmmədağa Şaxtaxtlı maarifpərvər, xeyirxah və mütərəqqi bir adam olmuşdur. M.İbrahimov. □ Naşiri-əfkar köhn. - hər hansı bir siyasi təşkilata, ittifaqa, idarəyə aid olan...

NAŞÜKÜR (ID - 30630)

sif. [fars. na... və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam. [Şəhrəbanu xanım:] Bu fırənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. M.F.Axundzadə....

NAŞÜKÜRLÜK (ID - 30631)

is. Yaxşılıq, hörmət bilməmə, qədirbilməzlik, nankorluq. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir. Məmmədquluzadə. [Bəy:] Yox, naşükürlük bir şey deyil. Mən yaradandan razıyam. Mir Cəlal.

NATAMAM (ID - 30632)

sif. [fars. na... və ər. təmam]
Bitməmiş, qurtarmamış, axıra çatdırılmamış, başa vurulmamış, yarımçıq qalmış. Natamam bina. Natamam əsər. - [Kamil:] Amma iş orasındadır ki, xəritə natamamdır, hələ hazır deyil. M.Süleymanov....

NATAMAMLIQ (ID - 30633)

is. 1. Natamam şeyin hal və keyfiyyəti; yarımçıqlıq. Ümumiyyətlə, pyesdə kompozisiya etibarı ilə bir natamamlıq vardır.
Qüsurluluq, kəsirlilik. Natamamlığı aradan qaldırmaq.

NATARAZ (ID - 30634)

sif. [fars.] 1. Kobud(ca), yekə, biçimsiz. Nataraz adam. - Pəri xanım gözlərini açıb gördü ki, evin ortasında nataraz birpəhləvan oturub. (Nağıl). [Qurban:] Çox böyük işə girişirsən, Telli, orada elə nataraz kötüklər var ki....

NATARAZLIQ (ID - 30635)

is. 1. Nataraz şeyin halı.
2. məc. Kobudluq, yöndəmsizlik.

NATƏMİZ (ID - 30636)

sif. və zərf [fars. na... və ər. təmyiz-dən] 1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer. - Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən...

NATƏMİZLİK (ID - 30637)

is. 1. Çirklilik, kirlilik. [Xarrat:] Biçarə uşaq diqqətsizlik, natəmizlik nəticəsi olaraq öldü. T.Ş.Simurq. [Həmid müəllim] cüzi natəmizlik üstündə hamını toplayacaq və acıqlanacaq. S.Rəhimov.
2. məc. Natəmiz adamın xasiyyəti,...

NATƏVAN (ID - 30638)

sif. və zərf [fars.] klas. Zəif, taqətsiz, gücsüz, iqtidarsız; xəstə. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanimdən ayrılmaz mənə qəmxar olub. Kişvəri. Bu qəm ki var bənim cani-natəvanimdə; Tamam xalq bəna...

NATIQBURUN (ID - 30639)

sif. Bumunun ucu yastı olan. Natıqburun uşaq.

NATİQ (ID - 30640)

is. [ər.] 1. Nitq deyən, nitq söyləyən; çıxış edən. Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! A.İldırım.
Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti...

NATİQLİK (ID - 30641)

is. Aydın və gözəl danışma bacarığı, nitq söyləmə qabiliyyəti. [Mehmanın] natiqlik məharəti isə hamını heyran etməyə başlayırdı. S.Rəhimov. ..Müdərrislərimiz ondakı natiqliyə qibtə edirlərdi. İ.Əfəndiyev.

NATRİUM (ID - 30642)

[lat.] Ağ rəngli yumşaq qələvi metal - kimyəvi element.

NATÜRA (ID - 30643)

[lat.] 1. inc. Üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkmək üçün rəssamın qabağında duran adam. [İndoneziya rəssamları] nə çəksələr, demək olar ki, hamısı naturadandır, xalq həyatından alınmışdır....

NATURAL (ID - 30644)

NATURALİST (ID - 30645)

[lat.] Naturalizm tərəfdarı.

NATURALİZM (ID - 30646)

[lat.] XIX əsrin 60-cı illərin ədəbiyyat və incəsənətində meydana çıxmış burjua cərəyanı (bu cərəyan ictimai qanunları təbiət qanunları ilə eyniləşdirir, ictimai inkişaf qanunlarına etinasızlıq göstərir və varlığı ancaq...

NATÜRMORT (ID - 30647)

[fr.] Təsviri sənətdə (əsasən boyakarlıqda) janr; qrup halında və ya ayrılıqda çəkilmiş cansız şeylərin şəkli, rəsmi. Mənzərə, natürmort, qrafika əsərləri.. sərgidə mühüm yer tutur.

NAÜMİD (ID - 30648)

sif. və zərfi[fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı. Naümid etmək...

NAÜMİDCƏSİNƏ (ID - 30649)

zərfi Ümidsizcəsinə, ümidsiz halda, ümidini itirmiş halda, ruhdan düşmüş halda. Naümidcəsinə cavab verdi.

NAÜMİDLİK (ID - 30650)

is. 1. Ümidsizlik. Naümidlik atəşinə yandım; Billah, bu vücuddan usandım. Füzuli. Naümidliklə şəklində zərfi- bax naümidcəsinə. [Məşədi Əsgər] naümidliklə yenə öz evi tərəfə üz döndərib, Qanlıtəpə üstünə qayıtdı....

NAVAXT (ID - 30651)

is. köhn. Qazamat, həbsxana. [Polis yasavulu:] Xan, pristav buyurur ki, gələsiniz, .. kəndlinizə zamin olasınız, yoxsa zamini olmasa pristav göndərəcək navaxta. C.Məmmədquluzadə.

NAVALA (ID - 30652)

is. Undan, kəpəkdən hazırlanan mal-qara yemi. Ağa gətirər navala, xanım tökər çuvala. (Məsəl). [Xəlil:] Qovurmanın ləzzəti elə ondadır ki, tikəni böyük götürüb dəvə navala udan kimi ötürəsən yerinə. N.Vəzirov.

NAVALÇA (ID - 30653)

is. Yağış, qar suyunun axması üçün damların kənarına qoyulan boru. Eşik divardan asılı duran navalça, ən naşı adamın çaldığı dəfi kimi, qeyri-müntəzəm bir səslə danqıldadı. M.Hüseyn. Sallanmış yaşadığım evin navalçasından;...

NAVAR1 (ID - 30654)

is. Toxunma şeylərin kənarına tikilən parça. Navarı olan cecim. Navar tikilmiş kilim.

NAVAR2 (ID - 30655)

is. Heyvanı yüklədikdə belinə qoyulan içi küləşlə doldurulmuş torba; yəhəraltı.

NAVARLI1 (ID - 30656)

sif. Navar tikilmiş (bax navar1). Navarlı cecim.

NAVARLI2 (ID - 30657)

sif. Belinə navar qoyulmuş (bax navar2). Navarlı at.

NAVİQASİYA (ID - 30658)

[lat.] 1. Gəmiçilik, dənizçilik.
İlin, yerli iqlim şəraitinə görə gəmilərin hərəkət etdiyi dövrü. Naviqasiya qurtardı.
Gəminin getdiyi yolu hesablamaq və onun dənizdə olduğu yeri müəyyənləşdirmək üsullarından bəhs...

NAVİQATOR (ID - 30659)

[lat.] Naviqasiya (3-cü mənada) mütəxəssisi.

NAY (ID - 30660)

bax ney. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Oynatdı məni həm dəfə, həm nayə bizim qız! Baxmaz nə o dünyayə, nə bu dünyayə bizim qız. Ə.Nəzmi.

NAZ (ID - 30661)

is. [fars.] 1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla...

NAZBALINC, NAZBALIŞ(I) (ID - 30662)

is. İçində təmizlənmiş, yumşaq quş tükü olan balış (yastıq). [Ata] irəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. H.Sarabski. Onun qara, qıvrım və qalın saçları nazbalınca...

NAZBARI (ID - 30663)

is. mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı. Nazbarı deyil ki, yeniyetmələr süzsün, Pərzad xala bacarmasın! Mir Cəlal.

NAZƏNDƏ (ID - 30664)

bax nazənin. Nazəndədilbər. Nazəndə yar. Nazəndə gözəl. // Şairanə təşbehlərdə. Bu sualı verir mənə nazəndə bahar. S.Vurğun. Məhəbbətim səndə, könlüm səndədir; Bahar nə nazəndə, nə nazəndədir. N.Rəfibəyli. Boz dağları...

NAZƏNİN (ID - 30665)

sif. [fars.] şair. Nazlı, işvəkar, cilvəli; incə və gözəl. Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. Cavid. [Gəray:] Günəş öz aləmində seyr edəli; Görməmiş böylə nazənin gözəli. A.Şaiq. Doğrusu,...

NAZƏNİN-NAZƏNİN (ID - 30666)

zərf İncə-incə, nazla. Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif.

NAZİK (ID - 30667)

sif [fars.] 1. Qalın, yoğun olmayan; incə. Nazik kitab. Nazik təbəqə. - Maya nazik göy adyala bürünərək yuxulayırdı. M.İbrahimov.
Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan. Nazik şüşə. Nazik parça. Bibixanım...

NAZİKANƏ (ID - 30668)

zərf [fars.] Nazik, incə bir tərzdə, nəzakətlə, mədəni, ədəbli şəkildə, incəliklə. Nazikanə rəftar etmək. Nazikanə qəbul etmək.

NAZİKBALDIR (ID - 30669)

is. bot. Sünbülə bənzər çiçək qrupu olan süpürgə tipli bitki cinsi. Nazikbaldır cinsinin .. çiçək qrupu sünbülə bənzər süpürgə tiplidir. Sünbülcükləri 2-5 çiçəklidir. H.Qədirov.

NAZİKBEL(Lİ) (ID - 30670)

sif Beli nazik, incəbel(li). Nazikbel qız. - [Budaq:] Çavıstandan uzunboy, nazikbel bir arvad, iki uşaq çıxıb bizə tərəf gəldilər. Ə.Vəliyev.

NAZİKBƏDƏN(Lİ) (ID - 30671)

sif və is. Nazik, incə, zərif bədəni olan. Nazikbədən qız. - Bu yoldan gedən gözlər; Dayanar nədən gözlər; Intizardır, qoy gedim; O nazikbədən, gözlər. (Bayatı).

NAZİKBIĞ(LI) (ID - 30672)

sif Nazik bığ qoymuş, nazik bığı olan. Nazikbığlı kişi. - Əli ortaboylu, nazikbığlı, pəjmürdə tüklü bir student idi. Çəmənzəminli.

Bu səhifə 167 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<