1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 8
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LƏKƏLƏMƏK (ID - 27079)

f 1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.
məc. Birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona isnad etmək,...

LƏKƏLƏNDİRMƏ (ID - 27080)

“Ləkələndirmək” dən fiü.

LƏKƏLƏNDİRMƏK (ID - 27081)

bax ləkələmək.
Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn.

LƏKƏLƏNMƏ (ID - 27082)

“Ləkələnmək” dən f.is. Biz heç vaxt öz qəhrəman əcdadımızın şanlı adının və xatirəsinin ləkələnməsinə razı olmayacağıq. Ə.Əbülhəsən.

LƏKƏLƏNMƏK (ID - 27083)

f 1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək. Orpəyi ləkələnmək. Paltosu ləkələnmək. - Eyvanın məhəccərini toz basmış, əlüzyuyanın güzgüsü ləkələnmişdi....

LƏKƏLƏNMİŞ (ID - 27084)

f.sif. 1. Üstünə ləkələr düşmüş, ləkə tutmuş, ləkə-ləkə olmuş; ləkəli. Ləkələnmiş paltar.
2. məc. Biabır olmuş, rüsvay olmuş (edilmiş), ləkə (2-ci mənada) vurulmuş.

LƏKƏLƏTMƏK (ID - 27085)

b a x ləkələndirmək.

LƏKƏLİ (ID - 27086)

sif. 1. Ləkəsi olan, üzərinə ləkə və ya ləkələr düşmüş, ləkə basmış; çirklənmiş, batmış, bulanmış. Ləkəli parça. Ləkəli ayaqqabı. Ləkəli örpək. Ləkəli paltar.
Gözün ağında qara və ya qırmızı xal (ləkə)...

LƏKƏLİLİK (ID - 27087)

is. Ləkəli şeyin və ya adamın halı.

LƏKƏR (ID - 27088)

is. dan. Görkəm, surət, sir-sifət. Bir ləkəri yoxdur.

LƏKƏRSİZ (ID - 27089)

sif. Kifir, çirkin, bədləkər.

LƏKƏSİZ (ID - 27090)

sif. 1. Təmiz, aydın, açıq, saf. Ləkəsiz səma. Ləkəsiz üfüq. - Göylərin aynası, ləkəsiz (z.) durur; Xilqətin ən dərin mənası budur. S.Vurğun. Mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. M.İbrahimov. Səhər...

LƏKƏSİZLİK (ID - 27091)

is. Ləkəsiz şeyin və ya adamın halı; ləkəsiz olma.

LƏKLƏMƏ (ID - 27092)

“Ləkləmək” dən f.is.

LƏKLƏMƏK (ID - 27093)

f. Lək düzəltmək, lək qayırmaq. Həyəti ləkləmək. - Bostanı ləklədilər; Tağını təklədilər; Düşdüm nadan əlinə; Nazımı çəkmədilər. (Bayatı).

LƏKLƏTMƏ (ID - 27094)

“Ləklətmək” dən f.is.

LƏKLƏTMƏK (ID - 27095)

f. Lək düzəltdirmək, lək qayırtdırmaq. Bostanı ləklətmək. Göyərti üçün yer ləklətmək.

LƏKTƏ (ID - 27096)

sif. dan. köhn. Həyasız, abırsız (ancaq qadınlar haqqında). [Şərəfnisə xanım Gülçöhrəyə:] Itil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutum. M.F.Axundzadə.

LƏQƏB (ID - 27097)

is. [ər.] Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad; ayama. [Mədəd:] Sənə Koroğlu ləqəbini verməkdə, Tapdıq, səhv etməmişik. Ə.Əbülhəsən. Bizim şəhər...

LƏQƏBLİ (ID - 27098)

sif. Ləqəbi olan, ləqəb daşıyan; ayamalı. Qonşuda yaşayan Danqılıbəy ləqəbli birisi, nədənsə, yediklərinin artığını həmişə buraya atardı. Çəmənzəminli.

LƏL (ID - 27099)

is. [ər.] 1. Qırmızı rəngli qiymətli daş. Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. “Koroğlu” . Bunun evində ənfiyədan da vardır, onun üstündə ləl və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. M.S.Ordubadi.
2....

LƏL-CAVAHİRAT (ID - 27100)

top. [ər.] Qiymətli daş-qaş, cavahirat. Təmiz ad, təmiz ürək bu dünyada ləl-cavahiratdan da qiymətlidir! S.Rəhimov.

LƏLƏ (ID - 27101)

is. 1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. [Qətibə xanım:] Səba xanım, özümü çox fəna hiss edirəm, Qutluğu lələsinə tapşırın. M.S.Ordubadi. Hacı Səmsam .. başqa mülkədarlar...

LƏLƏDAĞ (ID - 27102)

lələdağ etmək məh. - hirsləndirmək, acıqlandırmaq, dəhşətə salmaq. Qaçaq Nəbi boz ata minib aynalı ilə naçalnikləri, pristavları nə təhər lələdağ edirdisə, Midhəd də quzğun sürüsünü eləpərən-pərən saldı. “Qaçaq...

LƏLƏGİLƏ (ID - 27103)

is. Uşağı ovutmaq üçün ona verilən hər hansı bir şey (şimi, meyvə və s.). Uşağı lələgilə ilə dilə tutmaq.

LƏLƏK (ID - 27104)

is. 1. Quşların qanadlarının və quyruqlarının uclarındakı uzun saplaqlı tük. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov. Hər il ovçularyüz milyon manatlarla qiyməti...

LƏLƏKLƏNMƏ (ID - 27105)

“Lələklənmək” dən f.is.

LƏLƏKLƏNMƏK (ID - 27106)

f. 1. Lələyi görünməyə başlamaq, lələyi çıxmaq. Cücə lələkləndi. Lələyi tökülmək, lələyi düşmək. Xəstə toyuq lələklədi.

LƏLƏKLİ (ID - 27107)

sif. 1. Uzun lələkləri olan, lələklə örtülmüş (quşlar haqqında). [Zərrintac xanım:] Alagöz, sən mənə qulluq edərsən, mən də səni lələkli tovuz kimi bəzərəm. S.Rəhimov. Lələk taxılmış, lələk keçirilmiş, lələklə...

LƏLƏKSİZ (ID - 27108)

sif. Hələ lələyi çıxmamış və ya lələyi tökülmüş. Lələksiz quş.

LƏLƏKTÖKMƏ (ID - 27109)

is. Quşlarda: köhnə lələkləri töküb, yeni lələklər çıxarma prosesi. Sürünənlər qabıq qoyduqları kimi, quşlar da lələk tökürlər. Lələktökmə zamanı bədəndəki lələklər tökülür və onların yerində yeni lələklər...

LƏLƏKVARİ (ID - 27110)

sif Lələyəoxşar, lələk kimi. Lələkvari yarpaq. - [Göyrüş ağacının] yarpaqları lələkvari şəkildə düzülmüşdür. H.Qədirov.

LƏLƏLİK (ID - 27111)

is. köhn. Lələnin gördüyü iş; tərbiyəçilik. [Cəbi:] Allah mənə o qədər ömür versin ki, Qəmər xanımın uşaqlarına lələlik edim. S.S.Axundov.
□ Lələlik etmək məc. - yaltaqlanmaq.

LƏLƏŞ (ID - 27112)

is. zar. Bir adam özünü öydüyü, lovğalandığı zaman özünə işarə olaraq işlətdiyi söz (yalnız şəxs sonluqları ilə işlənir). [Süleyman Əsgərə:] Gördüyün qızlardan birisini seç, sonra lələşini göndər, gedim elçilik...

LƏLİ (ID - 27113)

dan. bax nənni.

LƏLİMƏ (ID - 27114)

“Ləlimək” dən f.is.

LƏLİMƏK (ID - 27115)

f dan. 1. Yalvarmaq, yalvarıbyaxarmaq.
2. Bir şeyin həsrətində olmaq, arzusunda olmaq. Aşdan ötrü ləlimək. Uşaq oyuncaq üçün ləliyir.

LƏLO (ID - 27116)

ləlo getmək dan. - yeməli bir şeyin həsrətində olmaq, həddən artıq istəmək. Kababdan ötrü ləlo gedir.

LƏLÖYÜN (ID - 27117)

sif dan. Acgöz, tamarzı, görməmiş. // İs. mənasında. Acdan ləlöyün törər. (Ata. sözü). // Ehtiraslı, həris.
□ Ləlöyün getmək - bir şeyin arzusunda olmaq, həsrətini çəkmək; bir şey üçün əldən getmək. [Veys:] Sən...

LƏLÖYÜNLÜK (ID - 27118)

is. Acgözlük, görməmişlik, hərislik, tamarzılıq.

LƏM1 (ID - 27119)

is. [ər.] köhn. Parlama, parıldama.

LƏM2 (ID - 27120)

is. məh. 1. Talvar.
Mağara.

LƏMƏ (ID - 27121)

is. Tavandan bir az aşağı divar uzunu kərpicdən, taxtadan, palçıqdan qabqacaq düzmək üçün düzəldilmiş yer; rəf. Astanada tüstülənir böyrü batıq samovar; Ləmədəsə rəngi uçmuş beş-on nimçə, kasa var. S.Rüstəm.

LƏMƏLİ (ID - 27122)

sif Ləməsi olan; rəfli. Ləməli otaq.

LƏMPƏ (ID - 27123)

is. məh. Tavan, səqf. Düz stolun üstündən, ləmpədən asılmış onluq lampa şölələnirdi. B.Bayramov.

LƏMPƏLİ (ID - 27124)

sif məh. Ləmpə vurulmuş; tavanlı, səqfli. Ləmpəli otaq.

LƏMS (ID - 27125)

LƏMSLƏŞMƏ (ID - 27126)

“Ləmsləşmək” dən f.is.

LƏMSLƏŞMƏK (ID - 27127)

f Süstləşmək, keyləşmək, halsızlaşmaq, hissizləşmək. [Dərviş:] Özümü itirdim, nə etməliyəm bilmədim, .. huşum və bədənim ləmsləşdi, pozğunlaşdım. A.Divanbəyoğlu.

LƏMYESİR (ID - 27128)

dan. bax əsir-yesir. [Yetər:] Bu bir belə ləmyesirin duası qoymaz ki, Xalıqverdi qardaşın başından bir tük əskik olsun. Ə.Vəliyev.

Bu səhifə 163 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif