İzahlı lüğət

LƏKƏLƏMƏK

f 1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.
məc. Birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona isnad etmək, bədnam etmək, rüsvay etmək, biabır etmək, hörmətdən salmaq, qara yaxmaq. [Molla Xəlil] müəllimi xalq nəzərində ləkələmək üçün Islamı qurşamışdı ki, şikayət etsin. S.Hüseyn. [Barat:] Yoldaş Şərif nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən, ləkələyirsən? C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......