1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 15
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LORU1 (ID - 27429)

sif. Ən adi, ən bəsit, ən sadə (dil, danışıq, söz haqqında). Loru söz. Loru dildə danışmaq. - [Bəbir bəy:] Hürriyyətlik dediyin nədi? Özümüzük, lap loru deyək: özümüzük. Mir Cəlal.

LORU2 (ID - 27430)

is. dan. Atın belinə yəhərin və ya çulun altına qoyulan qalın keçə; tərlik.

LORULUQ (ID - 27431)

is. Sadəlik, bəsitlik (dil, danışıq, söz və s. haqqında).

LOSMAN (ID - 27432)

[holl. loodsman] dəniz. Yerli üzüş şəraitini, yerli su yollarını yaxşı bilən və gəmiləri həmin yerlərdən keçirməyi yaxşı bacaran gəmi işçisi. Çay losmanı. Liman losmanı. - Məsləhətdir ki, bu şairliyini tərk edəsən; Tazə...

LOSMANLIQ (ID - 27433)

is. Losmanın işi, peşəsi, vəzifəsi. Gəmidə losmanlıq etmək.

LOSYON (ID - 27434)

is. [fr.] Dəri üçün qidalı kosmetik maye.

LOŞ1 (ID - 27435)

sif və zərf məh. 1. Süst, ölgün. Loş at. - Bəylər öküz kimi yatmışdı sərxoş; Paltarilə yerə sərilmişdi loş. M.Müşfiq.
Boş, yerində və qaydasında bağlanmamış. Atın beli loş bağlanmışdır. İpi loş sarımaq.

LOŞ2 (ID - 27436)

is. zool. Hindxoruzu. Avropa ölkələrində saxlanılan loşların hamısı gətirilmə cinslərdən törəmişdir.

LOTO (ID - 27437)

[fr.] Üstündə nömrələr (ya şəkillər) olan xüsusi kartlarda oynanılan bir oyun (bu oyunun xüsusiyyəti ondan ibarətdir ki, rəqəmlərin, ya şəkillərin tam sırasını kim tez örtərsə, o, oyunu udur). Loto oynamaq. Lotoda udmaq. // Bu...

LOTOS (ID - 27438)

is. [yun.] Gözəl iri gülləri olan su bitkisi.

LOTU (ID - 27439)

sif. və is. [ər. dini əfsanəyə görə, öz əxlaq pozğunluğu və rəzalətlərinə görə, guya Allahın qəzəbinə keçərək məhv olmuş Lut adlı bir qövmün adından] 1. Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz,...

LOTU-BAMBILI (ID - 27440)

sif. və is. dan. bax lotu
1-ci mənada. [Hacı Novruz:] Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotubambılıları, ac-gicikləri aradan götürməkdir. Ə.Haqverdiyev. [Camal bəy:] Quldur mən deyiləm, Sərdarovdur öz dostları...

LOTUBAŞI (ID - 27441)

is. dan. Lotulara başçılıq edən adam (bax lotu 1-ci mənada). Bir gün lotubaşı dedi ki, gəlin gedək, padşahın xəzinəsini kəsək. “Aşıq Qərib” .

LOTUBAZLIQ (ID - 27442)

is. dan. 1. Fəhşiyyat, lotuluq, alçaq işlər, pis-pis işlər; əxlaq pozğunluğu. Lotubazlıqlara və arvadbazlıqlara rövnəq verən siğəbazlıq məsələsidir. C.Məmmədquluzadə.
2. İşləməyib fırıldaqla, kələklə gün keçirmə....

LOTUBEÇƏ (ID - 27443)

is. dan. zar. Diribaş, zirək oğlan. // Kələkbaz, fırıldaqçı. Bilmirəm ki, bu hesablar necədir; Adamları tamam lotubeçədir. “Aşıq Qərib” .

LOTUXANA (ID - 27444)

LOTU-LOTUYANA (ID - 27445)

zərf dan. Açıq, səmimi olaraq. Dəxi burada qəbz nəyə lazımdır, mən ölüm, lotu-lotuyana deyiniz görüm, burada qəbzin nə mənası var? C.Məmmədquluzadə. [Cəbi:] Yetər,.. lotu-lotuyana, gəlsənə mən arvadımı boşayım, mənə gələsən....

LOTULUQ (ID - 27446)

is. dan. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq. ..Amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək. C.Məmmədquluzadə. [Rəsul:] Hər kəs bir lotuluqla...

LOTU-POTU (ID - 27447)

top. dan. nifr. İşsiz-peşəsiz adamlar, avaralar; günlərini fırıldaqla, kələkbazlıqla keçirən adamlar, dələduzlar, lotular. [Aslan bəy:] [Süleyman bəy] burada lotupotu ilə gəzib qumar oynayır. Ə.Haqverdiyev. [Hacı Fərəc:] ..O dövlətə...

LOV (ID - 27448)

is. dan. Bəla, afət (adətən mənfi mənada çox zirək, diribaş adam haqqında). Belə od olmaz, anam, böylə alov! Od deyil, yanğı deyil, lovdur, lov! M.Ə.Sabir. Burdan vurub Bitdilidən çıxar, .. lovdur lov! Ə.Əbülhəsən.
□ Lov düşmək...

LOVGA (ID - 27449)

sif. Özü haqqında böyük fikirdə olan, başqalarına xor baxan; təkəbbürlü, təşəxxüslü. Lovğa adam. - [Gülpəri:] Başına dönüm, qəssab Nəbinin övrəti bir lovğa şeydir. Ə.Haqverdiyev. Faşizmin gözünə sancıldı bir ox; Sarsıtdı...

LOVĞALANMA (ID - 27450)

“Lovğalanmaq” dan f.is.

LOVĞALANMAQ (ID - 27451)

is. Özünü tərifləmək, özünü öymək, əsassız olaraq öz üstünlüyünü göstərməyə çalışmaq. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli. Dövlətli qadınlar toya və hamama ümumiyyətlə özlərini göstərməyə,...

LOVĞALAŞMA (ID - 27452)

“Lovğalaşmaq” dan f.is.

LOVĞALAŞMAQ (ID - 27453)

f Lovğa olmaq; lovğalanmaq. Lovğalaşıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir.

LOVĞALIQ (ID - 27454)

is. Özünü çəkmə, təşəxxüs satma, iddia satma; təşəxxüs, təkəbbür, özünü tərif etmə, özünü öymə. [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. □ Lovğalıq etmək - özünü...

LOVLU (ID - 27455)

sif. və zərf Dərdli, bəlalı. [Şahsənəm:] Otağından durdun, gəldin yanıma; Qarı, mən lovlunu nə dindirirsən? Xəstə Qasım. // Həyəcanlı, təlaşlı. Lovlu danışmaq. Lovlu içəri girmək. // bax başılovlu.

LOYAL (ID - 27456)

LOYALLIQ (ID - 27457)

is. Loyal münasibət.

LÖHRƏM (ID - 27458)

bax yort. [Müəllim:] ..Bugün onu boynuna alıb dəvə kimi löhrəm (z.) gedirsənsə, böyüyəndə onun qabağında durmaq olmaz. Ə.Vəliyev.

LÖHRƏN (ID - 27459)

sif. məh. Qüvvətli, münbit, məhsuldar. Löhrən torpaq.

LÖK1 (ID - 27460)

is. köhn. Dəvə balası. Nökərin yekə dərdi; Yüklənib lökə dərdi; Nər olsa çəkə bilməz; Fil gərək çəkə dərdi. (Bayatı)

LÖK2 (ID - 27461)

is. məh. Hündür ağacların başından, nazik budaqlardan meyvəni qırıb qoparmaq üçün başıəyri, nazik, uzun ağac; qarmaq.

LÖKDODAQ(LI) (ID - 27462)

sif. Dodaqları qalın və sallaq olan; sallaqdodaq.

LÖKDODAQLIQ (ID - 27463)

is. Dodaqların qalın və sallaq olma halı; sallaqdodaqlıq, qalındodaqlıq.

LÖKKÜLDƏMƏ (ID - 27464)

“Lökküldəmək” dən f.is.

LÖKKÜLDƏMƏK (ID - 27465)

f Sanki nəbz kimi vuraraq, ara vermədən bir qaydada ağrımaq, sızıldamaq (çirk eləyən yara, çiban haqqında). Dişim lökküldəyir. Çibanı lökküldəmək. - Milyonyarımlıq qüdrət ayaq dirəmiş yerə; Beton sütunlar ara lökküldəyən...

LÖKKÜLTÜ (ID - 27466)

is. Lökküldəmə. Yaranın lökkültüsü. Dişin lökkültüsü.

LÖKLƏMƏ (ID - 27467)

1. “Lökləmək” dən f.is.
Dəvə yerişini xatırladan yeriş tərzi.

LÖKLƏMƏK (ID - 27468)

f İri addımlarla, ağır-ağır yerimək (dəvə haqqında). Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Lökləyib gedirdi ağır dəvələr. M.Rahim.

LÖKÜ (ID - 27469)

is. məh. Düyü unundan bişirilən qoğal.

LÖKÜT (ID - 27470)

is. Qovurğa ilə süddən bişirilmiş xörək.

LÖ-LÖ (ID - 27471)

zərf dan. Bekara, işsiz, avara, avara-avara. Lö-lö gəzmək. Küçələrdə lö-lö vurmaq.

LÖVBƏR (ID - 27472)

is. dəniz. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox. Nəhəng burnunu sahilə dayayıb lövbər atmış balıqçı gəmisindən Tahirin hər zaman eşitdiyi mahnı səsləri ucalırdı....

LÖVBƏRLİ (ID - 27473)

sif. Lövbəri olan.

LÖVBƏROTU (ID - 27474)

bot. bax dəmirtikan 1-ci mənada.

LÖVHƏ (ID - 27475)

is. [ər.] 1. Üzəri tabaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. Sinfə lövhə asmaq. Lövhədə yazmaq. - [Aslan] tabaşiri götürüb lövhəyə cumur, tez-tez yazır-tökür, lövhə rəqəmlərlə dolur və ağarırdı. S.Rəhimov....

LÖVHƏCİK (ID - 27476)

is. Balaca lövhə, kiçik lövhə.

LÖVHƏLİ (ID - 27477)

sif. Lövhəsi (2-ci mənada) olan.

LÖVHƏŞƏKİLLİ (ID - 27478)

sif. Lövhəyə oxşayan. Aptek təcrübəsində silindr və lövhəşəkilli müəyyən diametrli ələklər işlədilir. R.Əliyev.

Bu səhifə 8 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif