İzahlı lüğət

LAXLIQ2 (ID - 26779)

is. 1. Lax şeyin halı.
2. məc. Boşluq, laqeydlik, ciddiyyətsizlik. Bizim bəzilərimizdə bir laxlıq, ətalət var. Ə.Əbülhəsən.

LAXTA1 (ID - 26780)

is. və sif. Bərkiyib qatılaşmış qan kütləsi. Qalın topa birçəkləri öz qanı ilə boyanmış; Bığlarının kənarında qan laxtası dayanmış. A.Səhhət. Nə iş, nə idarə, nə də bir insan; Hər tərəf daş, torpaq, dəmir, laxta...

LAXTA2 (ID - 26781)

sif. dan. Ətli-canlı, kök. Laxta uşaq.

LAX-TAX (ID - 26782)

dan. sif. Boş, sakit, səssiz, kimsəsiz, adamsız. Axundun lax-tax evi bu gün gəlib-gedən ilə dolu idi. S.Rəhman.

LAXTALANMA1 (ID - 26783)

“Laxtalanmaq1’dan f.is. Qanın laxtalanması.

LAXTALANMA2 (ID - 26784)

"Laxtalanmaq2” dan f.is

LAXTALANMAQ1 (ID - 26785)

f Laxta halına düşmək; bərkimək, kəsifləşmək, qatılaşmaq (qan haqqında). Oğlanın gicgahında qan laxtalanmışdı. M.Hüseyn. [Kamalın] çiynindən sızan qan döşündə laxtalanırdı. Ə.Vəliyev.

LAXTALANMAQ2 (ID - 26786)

f dan. Dolğunlaşmaq, irilənmək, böyümək. Ay doğdu, laxtalandı; Doğduqca laxtalandı; Yarıma xəbər verin; Məzarım taxtalandı. (Bayatı).

LAXTALAŞMA (ID - 26787)

“Laxtalaşmaq” dan f.is.

LAXTALAŞMAQ (ID - 26788)

bax laxtalanmaq1.

LAK1 (ID - 26789)

[ital.] Parıltı vermək, həmçinin korlanmaqdan qorumaq üçün əşyanın üzərinə çəkilən spirtdə, yağda, skipidarda həll olunmuş qatran. Qara lak. Şkafa lak çəkmək. // Üzərinə həmin mayedən çəkilmiş parıltılı dəridən və...

LAK2 (ID - 26790)

Dağıstanda yaşayan Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam. Lak dili. Lak kəndi.

LAKCA (ID - 26791)

sif. və zərf Lak dilində (b ax lak2). Lakca-rusca lüğət. Lakca danışmaq.

LAKÇI (ID - 26792)

is. Dəriyə, mebelə lak çəkən usta.

LAKEY (ID - 26793)

is. [fr.] 1. Nökər. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Ə.Haqverdiyev.
2. məc. Şəxsiyyətsiz adam, yaltaq. [N.Vəzirovun “Pəhləvanani-zəmanə” əsərində] xalqın həm maddi, həm də mənəvi...

LAKİN (ID - 26794)

bağl. [ər.] Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir. Bir qız tanıyırdım, lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. Izzət...

LAKLAMA (ID - 26795)

“Laklamaq” dan f.is.

LAKLAMAQ (ID - 26796)

f Lak vurmaq, lak sürtmək, lakla örtmək. Bufeti laklamaq. Stolu laklamaq.

LAKLANMA (ID - 26797)

“Laklanmaq” dan f.is.

LAKLANMAQ (ID - 26798)

məch. Lak çəkilmək, lak sürtülmək, lakla örtülmək.

LAKLATDIRMA (ID - 26799)

“Laklatdırmaq” dan f.is.

LAKLATDIRMAQ (ID - 26800)

icb. Lak çəkdirmək, lak sürtdürmək, lak vurdurmaq.

LAKLI (ID - 26801)

sif. Lak çəkilmiş, lak sürtülmüş, lakla örtülmüş. Laklı dəri. // Lak qatılmış. Laklı rəng.

LAKMUS (ID - 26802)

[holl. lakmoes] Dəniz şibyələrindən hasil edilən, kağıza turşuların təsirilə qırmızı, qələvilərin təsirilə isə göy rəng verən boyayıcı maddə. Lakmus, əksəriyyətlə Hollandiyada bitən kəvərəoxşar göyərtidən alınır....

LAKONİK (ID - 26803)

sif. [yun.] Qısa, yığcam, azsözlü.

LAKTASİYA (ID - 26804)

[lat.] fiziol. İnsanlarda və məməli heyvanlarda süd vəzilərində südün əmələ gəlməsi, toplanması və onun ifrazı prosesi. // Bu prosesin davam etdiyi müddət.

LAQEYD (ID - 26805)

[ər.] 1. sif Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran. Laqeyd adam.
2. zərf Etinasız, maraqsız, soyuq, saymaz. Mən nə qədər ki, ona qarşı laqeyd və etinasız davranırdım,...

LAQEYDANƏ (ID - 26806)

[ər. laqeyd və fars ...anə] bax laqeydcə(sinə). Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli.

LAQEYDCƏ(SİNƏ) (ID - 26807)

zərf Heç bir şeyin fikrinə, qayğısına, qeydinə qalmadan; laqeydliklə, fikir vermədən, maraqlanmadan. Laqeydcəsinə baxmaq. Laqeydcə ötüb keçmək.

LAQEYDLƏŞMƏ (ID - 26808)

“Laqeydləşmək” dən f.is.

LAQEYDLƏŞMƏK (ID - 26809)

f Laqeyd olmaq, heç bir şeyə maraq göstərməmək, soyuqqanlı olmaq.

LAQEYDLİK (ID - 26810)

1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov....

LAQ-LAQ (ID - 26811)

təql. Leyləyin çıxardığı səs. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laqlaqla keçər. (Ata. sözü).

LAQQALAQ (ID - 26812)

təql. Darboğaz qabdan tökülən və ya qaynayan mayenin, yaxud da heyvanların dillə bir şeyi yalayarkən çıxardığı səs. Samovar laqqalaq qaynayır. Qazan laqqalaq qaynayırdı. - Əli dəhrə ilə erkəyi şaqqalayanda.. çənbər ənik çaladakı...

LAQQILDAMA (ID - 26813)

“Laqqıldamaq” dan f.is.

LAQQILDAMAQ (ID - 26814)

f Darboğaz qabdan axan su və ya qaynayan mayenin çıxardığı səsə bənzər səs çıxarmaq.

LAQQILTI (ID - 26815)

is. 1. Laqqıldayaraq axan və ya tökülən mayedən çıxan səs.
2. B ax laqqırtı.

LAQQIRTI (ID - 26816)

is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında). [Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı. H.Sarabski. Beş-altı nəfər könüllü gələn cavan şarbafın həyətdən laqqırtısı...

LAL (ID - 26817)

sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər. (Məsəl). Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. □ Lal eləmək...

LALAPİTİ(K) (ID - 26818)

sif Tamam lal olmayıb, ancaq kəlməni bütöv tələffüz edə bilməyən. Lalapiti(k) adam.

LAL-DİNMƏZ (ID - 26819)

1. zərf Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. Lal-dinməz oturmaq. - Səlimnaz lal-dinməz dayanıb, bütün bədəni ilə qapını tutmuşdu. M.Hüseyn. Bir ara lal-dinməz hamı onun dalınca baxdı. Ə.Əbülhəsən. // Sözsüz, danışıqsız,...

LALƏ (ID - 26820)

is. [fars.] 1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Otların arasında saysız-hesabsız...

LALƏÇİÇƏKLİLƏR (ID - 26821)

cəm bot. Lalə və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi.

LALƏDODAQ (ID - 26822)

sif şair. Dodaqları lalə kimi qırmızı. Bu evlər, lalədodaq kəndli qızları, hamısı [Əsgərə] məxsus idi. S.Rəhman.

LALƏGUN (ID - 26823)

sif. [fars.] klas. Lalə rəngində, lalərəngli, lalə kimi qırmızı. Tərk etdi libasilaləguni. Füzuli. □ Laləgun olmaq klas. qana boyanmaq, qanla dolmaq. Töküldü bigünah qanlar; Ürəklər laləgun oldu! M.Ə.Sabir. Vətən uğrunda, millət...

LALƏLƏNMƏ (ID - 26824)

“Lalələnmək” dən f.is.

LALƏLƏNMƏK (ID - 26825)

f 1. Lalə açılmaq, lalə ilə örtülmək. Yaz gəldi, çöllər lalələndi. Qırmızı rəng almaq; qızarmaq. Al bayraqlar; Lalələnib sinəsində; Doğma yurdun; Azad gözəl bu vətənin. R.Rza.

LALƏLİ (ID - 26826)

sif Lalə bitmiş, lalə əkilmiş, lalə olan. Laləli çəmən. Laləli bağ. - Bahar fəsli, yaz ayları gələndə; Süsənli, sünbüllü, laləli dağlar! Aşıq Ələsgər. Laləli çöllərdə doğrudan da sən; Tərlan, səhərlərin ilk müjdəsisən....

LALƏLİK (ID - 26827)

bax laləzar. Al-əlvan geyinmiş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular. İ.Şıxlı.

LALƏRƏNG (ID - 26828)

sif [fars.] şair. Lalə rəngində, lalə rəngli, qırmızı. Durnanın qatarı gör nə qəşəngdir; Səhər buludları nə lalərəngdir! R.Rza. □ Lalərəng etmək - qızartmaq, lalə rəngi vermək. Lalərəng etdi gözüm qan ilə xaki-dərini;...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed