1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 17
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LÜTF (ID - 27529)

is. [ər.] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət. Vaqifhaqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif. [Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz...

LÜTFƏN (ID - 27530)

zərf [ər.] kit. “Lütf edin” , “zəhmət olmasa” , “zəhmət çəkin” , “xahiş edirəm” mənasında nəzakətlə müraciət ifadə edir. Lütfən oturunuz. Lütfən söyləyin. - [Student:] Bağışlayın, sizə zəhmət verirəm,...

LÜTFKAR (ID - 27531)

is. [ər. lütf və fars. ...kar] Mərhəmətli, xeyirxah; adamlara iltifat göstərən, yaxşılıq edən. Lütfkar adam. - Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. “Lətif şah” . Mehriban, lütfkar, doğma bir...

LÜTFKARLIQ (ID - 27532)

is. Lütfkar olma, iltifat etmə, mərhəmət göstərmə; xeyirxahlıq, iltifatlılıq. Lütfkarlıq göstərib, .. ayrıca otaq verən mehmanxana sahibəsi Nərgizin gözündə yüksəldi. B.Bayramov.

LÜTLƏMƏ (ID - 27533)

“Lütləmək” dən f.is.

LÜTLƏMƏK (ID - 27534)

f Tamamilə soyundurmaq, lüt etmək.

LÜTLƏNMƏ (ID - 27535)

“Lütlənmək” dən f.is.

LÜTLƏNMƏK (ID - 27536)

1. qayıd. Paltarını soyunub lüt olmaq.
2. Bax lütləşmək. Ağaclar getdikcə lütlənirdi.

LÜTLƏŞMƏ (ID - 27537)

“Lütləşmək” dən fis.

LÜTLƏŞMƏK (ID - 27538)

f 1. Yarpaqları tökülmək, çılpaqlaşmaq (ağaclar haqqında). Payız fəsli ağaclar lütləşir. - Mirzə Valeh bu pəncərədən payız xəzanının gəldiyini, yaşıl ağacların lütləşdiyini həmişə seyr edirdi. S.Rəhimov. Ağaclar lütləşmiş...

LÜTLÜK (ID - 27539)

is. 1. Çılpaqlıq.
məc. Bitkisizlik; yaşıllıqdan, bitkidən məhrumluq. Yamacların lütlüyü.
məc. Yoxsulluq, kasıblıq.

LÜT-MADƏRZAD (ID - 27540)

sif. və zərf bax lümlüt.

LÜT-MÜT (ID - 27541)

sif. dan. 1. Tamamilə lüt, çılpaq, lüt-üryan.
2. məc. top. Yoxsul, kasıb, səfil. Oxuyandan sonra bir qədər fikir edin. Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım! C.Məmmədquluzadə.

LÜT-ÜRYAN (ID - 27542)

sif 1. Lüt-anadangəlmə, lümlüt. Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov. □ Lüt-üryan olmaq - lüt-anadangəlmə olmaq, lümlüt...

LÜZUM (ID - 27543)

is. Lazım olma, işə yarama, lazımlıq. // Ehtiyac, hacət. □ Lüzum görmək lazım bilmək, vacib hesab etmək. [Nizami:] Bir həqiqəti təkrar etməyə lüzum görmürəm. M.S.Ordubadi. Lüzum yox(dur) - ehtiyac yoxdur, lazım deyil. [Ədil bəy:]...

LÜZUMİYYƏT (ID - 27544)

[ər.] bax lazımlıq.

LÜZUMSUZ (ID - 27545)

bax lazımsız. [Gənc:] Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Çəmənzəminli. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn....

LÜZUMSUZLUQ (ID - 27546)

bax lazımsızlıq.

LYA (ID - 27547)

[ital. la] Musiqi qammasının altıncı səsi, habelə bu səsi göstərən not.

LYÜK (ID - 27548)

[holl.] Bir şeyin içərisinə girmək (düşüb-çıxmaq) üçün adətən qapağı olan dəlik və bu dəliyi örtən qapağın özü (məs.: tankda, gəmidə və s.-də).

Bu səhifə 135 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif