1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 7
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LEYTMOTİV (ID - 27029)

[alm.] 1. Musiqi əsərində dönə-dönə təkrar olunan əsas motiv, əsas mövzu. [Uvertüralarda] kompozitor .. leytmotivlərdən istifadə edərək əsərin dramatik inkişafını simfonik orkestr dili ilə nəql edir. Ə.Bədəlbəyli.
2. məc....

LƏB (ID - 27030)

is. [fars.] klas. şair. Dodaq. Hər zaman düşəndə ləbləri yada; Tökülür gözümdən qanlar, əfəndi! M.P.Vaqif. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fərağında ağulanmışam. Q.Zakir. □ Ləb tərpətmək - dodaq tərpətmək;...

LƏBALƏB (ID - 27031)

[fars.] bax ləbələb. Adını arif qoyubsan, yox cibində bir qəpik; Bax, ləbaləbdir qızıl, kağız cibişdanım mənim. Ə.Nəzmi. [Vahid:] Coşqun dağ selləri ilə ləbaləb daşan Kürün, Arazın sahillərini dolaşıb, Alazan çayı boyunca...

LƏBBADƏ (ID - 27032)

is. [ər.] 1. köhn. bax aba1. [Molla Xəlil] uzun ləbbadəsinin ətəklərini yelləndirə-yelləndirə o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. [Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb,...

LƏBBEYK (ID - 27033)

[ər.] Əslində “nə əmriniz var?” , “əmrinizə müntəzirəm” , “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir. Indi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib,...

LƏBBEYKDEYƏN (ID - 27034)

is. Öz fikri olmayıb başqasının sözü, fikri, göstərişi ilə hərəkət edən adam. [Comərd Sadiqiyə:] Ağaların, bəy-xanların və onların sözünə sizin kimi ləbbeykdeyənlərin millətlə heç bir əlaqəsi yoxdur. Ə.Abasov.

LƏBƏLƏB (ID - 27035)

zərf [fars.] Ağzına qədər dolu, tamam dolu, ağızbaağız, malamal, ağız-ağıza. Küçə ilə bir gün keçərkən, mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə.

LƏBLƏBİ (ID - 27036)

is. Çərəz kimi yeyilən qovrulmuş qabıqsız noxud. Əkdiyim noxud, biçdiyim noxud, bazara girib, ləbləbi olub. (Məsəl). [Yanındakı adam:] Ay usta, yadına ləbləbi düşdü, nədi? Çəmənzəminli. Süfrədə tut qurusu, miyanpur, innab,...

LƏBLƏBİÇİ (ID - 27037)

is. köhn. Ləbləbi qovurub satan adam. Qəzetçi, inteligent, milyoner, ziyalı, filan; Kababçı, ləbləbiçi ortada-arada qalan! C.Cabbarlı.

LƏC (ID - 27038)

sif. [ər.] Tərs, höcət, inad. □ Ləc düşmək - bax ləcləşmək. ..Kişi arvadına deyir: - Ay arvad, heç qəm eyləmə, nə qədər canım sağdır, hər günün xərcin qazanacağam. Amma, deyəsən, şah mənimlə ləc düşmüşdür. (Nağıl)....

LƏCLƏŞMƏ (ID - 27039)

“Ləcləşmək” dən fis.

LƏCLƏŞMƏK (ID - 27040)

f. Düşmən olmaq, yola getməmək, düşünüşmək, ləc düşmək.

LƏCLİK (ID - 27041)

is. Tərslik, kəclik, inadkarlıq. Ləclik etmək. Ləclik göstərmək. □ Ləcliyinə salmaq - inad göstərmək, tərslik eləmək. [Qoca:] Ey pəhləvan, ləcliyinə salma, gəl otur, çörəyin i ye. (Nağıl).

LƏÇƏK (ID - 27042)

is. 1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] .. ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən.
2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün...

LƏÇƏK-LƏÇƏK (ID - 27043)

sif. Ləçəklərdən ibarət, ləçəklər halında. Dəyirman üstü çiçək; Yarpağı ləçək-ləçək; Qardaş bir qız sevibdir; Uzunboy, qarabirçək. (Bayatı). Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək. M.Ə.Sabir.

LƏÇƏKLƏNMƏ (ID - 27044)

“Ləçəklənmək” dən f.is.

LƏÇƏKLƏNMƏK (ID - 27045)

f Ləçək-ləçək olmaq, ləçək açmaq, ləçək halına gəlmək. Qızılgül ləçəkləndi. - Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı). ..Məktəbin həyətiyazın algülü...

LƏÇƏKLİ (ID - 27046)

sif. 1. Başına ləçək bağlamış, başında ləçək olan. Ləçəkli qız. Ləçəkli qadın.
2. bot. Ləçək açmış, ləçəkləri olan. Ləçəkli gül. Ləçəkli pambıq.

LƏÇƏKLİK (ID - 27047)

is. 1. Ləçəyə yarar ağ və ya çit və s. Ləçəklik parça.
2. Bir ləçəyə lazım olan miqdarda parça. Iki ləçəklik çit.

LƏÇƏKOTU (ID - 27048)

is. bot. Bataqlıq yerlərdə bitən, gön aşılamaq üçün istifadə edilən bir bitki. Ləçəkotu bataqlıq yerlərdə bitir, kökü, yarpağı və gövdəsi gönü aşılamaq üçün yararlıdır. M.Qasımov.

LƏÇƏR (ID - 27049)

is. və sif. dan. Abırsız, həyasız, əxlaqsız mənasında söyüş (yalnız qadınlar haqqında). [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi səni mən tanıdım. M.F.Axundzadə. [Xırda xanım:] ..Yoxsa, o qızların oxutmuş...

LƏFFAZLIQ (ID - 27050)

is. [ər.] klas. Boş və mənasız danışma; naqqallıq, boş-boğazlıq. Nadirin zehninin və ağlının şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. M.F.Axundzadə.

LƏFZ (ID - 27051)

is. [ər.] Ağızdan çıxan mənalı, ya mənasız səs tərkibi; söz, kəlmə. ..Axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək. C.Məmmədquluzadə. □ Ləfz etmək - tələffüz etmək, demək,...

LƏĞƏNDƏ (ID - 27052)

is. k.t. Ağacın cavan budaqlarını yerə basdırmaqla ağac artırma üsullarından biri; daldırma. Yerdə ləğəndə üsulundan istifadə edərkən budağın qabığını dib tərəfdən halqa şəklində kəsirlər, sonra budağı əyərək torpağı...

LƏĞM (ID - 27053)

b a x lağım. Bu yazıqlar deyilmidir fabriklərdə çalışan; Ləğmlərdə külüng çalan, zəhmətlərə alışan. A.Səhhət. [Nüşabə:] O laçın bürcünə bu dağlardan; Atılan ləğm necə? A.Şaiq.

LƏĞV1 (ID - 27054)

is. [ər.] Yox etmə (edilmə), aradan qaldırma (qaldırılma). Nöqsanların, kəsirlərin ləğvi. □ Ləğv edilmək (olunmaq) 1) aradan qaldırılmaq, yox edilmək; 2) fəaliyyəti (qüvvəsi) dayandırılmaq, tövsiyə edilmək. Idarə ləğv olunmuşdur....

LƏĞV2 (ID - 27055)

is. [ər.] köhn. 1. Boş, bihudə, əbəs söz; cəfəngiyat.
2. Naqqal, boş-boğaz, gəvəzə. □ Ləğv olmaq - boş-boğazlıq etmək, hərzə danışmaq, naqqallıq etmək. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam,...

LƏĞVİYYAT (ID - 27056)

is. [ər.] Boş-boğazlıq, cəfəngiyat, boş-boş sözlər.

LƏH (ID - 27057)

təql. Dayanmış atı hərəkət etdirmək, qaçırtmaq məqsədilə çıxarılan səs.

LƏHCƏ (ID - 27058)

is. [ər.] 1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt.
2. köhn. Dil mənasında. Məcnunu deyərlər əhli-idrak; Əşarı lətifü ləhcəsi pak. Füzuli. Qaş qara, göz piyalə,...

LƏHCƏŞÜNAS (ID - 27059)

[ər. ləhcə və fars. ...şünas] köhn. bax dialektoloq.

LƏHCƏŞÜNASLIQ (ID - 27060)

köhn. bax dialektologiya.

LƏHLƏMƏ (ID - 27061)

"Ləhləmək” dən f.is.

LƏHLƏMƏK (ID - 27062)

f Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında). Atlar ləhləyir. Quzu istidən ləhləyir. - Ləhləyirlər, tərləyirlər,...

LƏHLƏŞMƏ (ID - 27063)

“Ləhləşmək” dən f.is.

LƏHLƏŞMƏK (ID - 27064)

f Ləhləmək (bir neçə heyvan bir yerdə). Qoyunlar ləhləşir. - Heyvan da ilan mələyəndə ləhləşib dilini bir qarış çıxardır. İ.Hüseynov.

LƏHLƏTMƏ (ID - 27065)

“Ləhlətmək” dən f.is.

LƏHLƏTMƏK (ID - 27066)

f 1. Ləhləməsinə səbəb olmaq, tövşütmək. Günün istisi yolçuları ləhlədir. - Günün hərarəti xalqı ləhlədir; Kəndə tərəf bir uşaq yolnan gedir. A.Səhhət.
2. məc. Birini yorulana qədər işlətmək, işlə yükləmək,...

LƏHZƏ (ID - 27067)

is. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani. □ Bir ləhzə - bir saniyə, bir an, bir dəm, göz açıbyumunca. Sanma...

LƏHZƏLİK (ID - 27068)

Adətən “bir” sözü ilə - bir anlıq, çox az müddət üçün, bir göz qırpımlıq. [Vaqif:] Molla Vəli, .. bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurur. Çəmənzəminli.

LƏXLƏXƏ (ID - 27069)

is. dan. Pozğunluq, qarışıqlıq, şuluqluq. □ Ləxləxə salmaq - ara qarışdırmaq, pozğunluq salmaq, şuluqluq salmaq. [Aftil:] ..Müəllimə kəndə ləxləxə salır. C.Cabbarlı.

LƏXT-LƏXT (ID - 27070)

klas. bax laxta-laxta. Ləxtləxt olmuş cigərlər, sanma könlümdən gələn; Namələrdir kim, bəna məcnuni-şeydadən gəlir. Qövsi.

LƏİN (ID - 27071)

sif. və is. [ər.] bax məlun. Bu isə, bəs o ləinin də işi qüllabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Qoca:] Ləin! Çəkil, Allahın düşməni!
Divanbəyoğlu. [Molla Kərim:] Ey insan cildinə girmiş şeytani-ləin,...

LƏK (ID - 27072)

is. Tərəvəz, gül və s. əkmək üçün bostanda, bağçada və s.-də dördkünc və ya uzunsov şəkildə bellənib ayrılmış yer. Çəltik ləki. Gül ləki. Göyərti ləki. - ..Kənarda keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı....

LƏKƏ (ID - 27073)

is. 1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək. [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi. M.Rzaquluzadə. Yuyuldu, divarlara;...

LƏKƏAPARAN (ID - 27074)

sif. və is. Ləkəni təmizləmək üçün xüsusi üsulla hazırlanmış kimyəvi maddə.

LƏKƏCİK (ID - 27075)

is. Kiçik ləkə, balaca ləkə. Üzündə ləkəciklər var.

LƏKƏDAR (ID - 27076)

sif. və is. köhn. bax ləkəli 3-cü mənada. □ Ləkədar edilmiş- bax ləkələnmiş 2-ci mənada. [Əhməd:] Binamus bacı, namussuz qardaş, heç tələsməyin, nə qədər mən həyatda varam, ləkədar edilmiş namusumun intiqamını sizdən...

LƏKƏ-LƏKƏ (ID - 27077)

sif. və zərf Çoxlu ləkələri olan, ləkə düşmüş, ləkəli. [Lalənin] tuflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu. M.Hüseyn.

LƏKƏLƏMƏ (ID - 27078)

“Ləkələmək” dən f.is.

Bu səhifə 146 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif