1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 3
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

LALƏRÜX (ID - 26829)

klas. bax laləyanaq. Lalərüxlər köysümün çakinə qılmazlar nəzər; Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb. Füzuli. Ey lalərüxüm, könlümə heyranəm əzəldən; Dözmüş necə hicraninə min dağ ilə sənsiz. Ə.Vahid.

LALƏYANAQ (ID - 26830)

sif şair. Yanaqları, üzü lalə kimi qırmızı; alyanaq, qırmızıyanaq.

LALƏZAR (ID - 26831)

is. [fars.] şair. Laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir ki, day nə deyim. “Koroğlu” . Qışgetdi, yenə bahargəldi; Gül bitdi və laləzar gəldi. Xətayi. // Məc. mənada....

LALƏZARLIQ (ID - 26832)

bax laləzar. [Rizvan] bura hər cür ağacdan, güldən əkib, bura olub bir laləzarlıq. (Nağıl). [Zeynəb] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov.

LALIQ (ID - 26833)

sif. Həddindən artıq dəyib boşalmış, yetişib vaxtı ötmüş; lırt. Lalıq armud. Lalıq zoğal.

LALIQLAMA (ID - 26834)

“Lalıqlamaq” dan f.is.

LALIQLAMAQ (ID - 26835)

f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, boşalmaq. Əzgillər lalıqlamış, armudlar dəymişdi. Ə.Vəliyev. Lalıqlayan ətli zoğal hərdən bir-bir, ikibir nova düşür, damaq şaqqıltısı kimi səslənirdi. B.Bayramov.

LALIQLANMA (ID - 26836)

“Lalıqlanmaq” dan f.is.

LALIQLANMAQ (ID - 26837)

f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, lalıq hala gəlmək.

LALIQLAŞMA (ID - 26838)

“Lalıqlaşmaq” dan f.is.

LALIQLAŞMAQ (ID - 26839)

b a x lalıqlanmaq.

LALIQ-MALIQ (ID - 26840)

sif. dan. Dilsiz-ağızsız, sözünü, fikrini başa sala bilməyən. Lalıqmalıq uşaq.

LAL-KAR (ID - 26841)

1. sif. Həm danışmaq, həm də eşitmək qabiliyyəti olmayan. Lal-kar uşaq. // İs. mənasında. Lal-karlar məktəbi.
zərf Dinməz-söyləməz, danışmadan, heç bir söz demədən. Lal-kar oturmaq. Lalkar durmaq. - Qardaşının daş kimi...

LAL-KARLIQ (ID - 26842)

is. Həm danışmaq, həm də eşitmək qabiliyyətindən məhrumluq; lal və kar adamın halı.

LALLAŞMA (ID - 26843)

“Lallaşmaq” dan f.is.

LALLAŞMAQ (ID - 26844)

f. Lal olmaq, danışmaq qabiliyyətini itirmək.

LALLIQ (ID - 26845)

is. Lal adamın halı.

LAL-MAT (ID - 26846)

zərf Heyrət içərisində; susaraq. Arvad belə rəftarı gördükdə lal-mat geri dönüb qayıtdı. B.Talıblı.

LAM1 (ID - 26847)

sif. və zərf məh. b ax lal 2-ci mənada. ..Alagöz artıq birbaş lam axan Kürə doğru addımlayırdı. S.Rəhimov. Bu böyük, sakit, lam axan çaya baxdıqca Ilyasın gözü axırdı. Mir Cəlal.

LAM2 (ID - 26848)

[ər.] Ərəb əlifbasında “J” şəklində yazılan hərfin adı. Üç hərflə ismin eylədin aşkar; Biri kafdı, biri lamdı, biri sad. Aşıq Ələsgər.

LAMA1 (ID - 26849)

[isp.] zool. Dəvə ailəsindən Cənubi Amerika yük heyvanı.

LAMA2 (ID - 26850)

[tibet.] Tibet və Monqolustanda: lamaizm rahibi.

LAMAİST (ID - 26851)

[tibet.] Lamaizm tərəfdarı, lamaizm dininə inanan adam.

LAMAİZM (ID - 26852)

[tibet.] Tibet və Monqolustanda yayılmış buddizm məzhəblərindən biri.

LAMƏHALƏ (ID - 26853)

zərf [ər.] dan. Heç olmazsa, ən azı. [Hacı Nuru:] Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdı ki, onun təsirini qəbul edə. M.F.Axundzadə. Bizimçün laməhalə üç dilin təlimi lazımdır. S.Ə.Şirvani. Topla...

LAMƏKAN (ID - 26854)

sif. [ər.] klas. Məkansız, yeri, məkanı olmayan. Vətəndən ayrı düşüb indi laməkan (z.) ölürəm. X.Natəvan.

LAMƏZHƏB (ID - 26855)

sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm. P.Makulu. // Söyüş məqamında işlənir. [Kərbəlayı:] Pərvərdigara, .. ikinci, başıma...

LAMİSƏ (ID - 26856)

is. [ər.] Toxunmaqla hiss etmə. ..Bir çox karlarda, korlarda yüksək iybilmə, lamisə həssaslığının olduğu məlumdur. M.Məhərrəmov.

LAMPA (ID - 26857)

is. [fr.] 1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. - [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğu məktubu aldı. Lampa işığında təkrar oxumağa başladı. S.Hüseyn. Evin ortasında...

LAMPACIQ (ID - 26858)

is. Kiçik lampa, balaca lampa.

LAMPAÜSTÜ (ID - 26859)

is. Lampanın üstünə keçirilən, salınan şar, örtük və s.

LAMPOÇKA (ID - 26860)

[rus. лампа söz. kiç.] Elektrik lampası. Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı. M.İbrahimov. Rüxsarə lampoçkanı əlləşdirdi, onun içəri tellərinin qırılmış olduğunu gördü. S.Rəhimov.

LANDŞAFT (ID - 26861)

[alm.] 1. coğr. Hər hansı bir yerin tipik əlamətlərinin məcmusu. // Yer səthinin quruluşu.
2. Mənzərə.

LANSET (ID - 26862)

is. [alm.] Cərrah aləti.

LAP (ID - 26863)

əd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu. Yayın lap isti günü idi. Evdə lap tək qalmışdım. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap...

LAPAN (ID - 26864)

is. bot. Dilim-dilim iri yarpaqları olan ağcaqayın növündən ağac.

LAPAR-LAPAR (ID - 26865)

sif. 1. Parça-parça; xallar, ləkələr şəklində. Lapar-lapar qızartı. Laparlapar güllü parça. -Dəvə gedir, ayaq izi qumsallıqda lapar-lapar; Buz qütbündə addımlasa nəfəsindən buzlaq qopar. X.Rza.
Sakit havada iri parçalar şəklində...

LAPCA (ID - 26866)

bax lap. Ay balam, eybini qan; Bir həya eylə, utan! Yoxsa təkfir edərik! Lapca rüsva olasan?! M.Ə.Sabir.

LAPÇIN (ID - 26867)

is. 1. Uzunboğaz ayaqqabı növü. Lapçının üzlüyü keçədən, altı göndən tikilirdi.
2. məh. Əsasən evdə geyilən yüngül ayaqqabı. [Sübhanverdizadə] rezinliplaşa bürünmüş, ayaqlarına lapçın keçirmişdi. S.Rəhimov.

LAPDAN (ID - 26868)

zərf Gözlənilmədən, qəfildən, birdən. Lapdan işıq söndü. Lapdan qapı açıldı. - [Xavər Kərimxana:] ..Bir dəfə diqqətlə lapdan ona bax! M.İbrahimov.

LAP-LAP (ID - 26869)

zərf dan. Təəccüblə, heyrətlə, mat-mat. Lap-lap baxmaq. - Orada qaynaşan müxtəlif adamları görüb, gözlərini laplap döyən Gəray bəyi yenə də nökəri.. ayıltdı. S.Rəhimov.

LARI (ID - 26870)

sif Uzunqıçlı, uzunboğazlı toyuq və xoruz cinsi. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov.

LARİNGİT (ID - 26871)

[yun. larunx] tib. Qırtlağın selikli qişasının iltihabı.

LARİNQOLOGİYA (ID - 26872)

[yun.] Təbabətin boğaz xəstəliklərindən bəhs edən bölməsi. Larinqologiya qırtlağın fiziologiyasını, patologiyasını, onun xəstəliklərinin müalicə və profilaktika üsullarını öyrənir.

LARİNQOLOQ (ID - 26873)

[yun.] Qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan həkim.

LARİNQOSKOP (ID - 26874)

[yun.] Boğazı müayinə etmək üçün uzun dəstəsi olan yastı güzgü şəklində tibb aləti.

LAS (ID - 26875)

təql. 1. Toyuğu tutmaq istərkən çıxarılan səs. Las eləyib toyuğu tutmaq.
sif məc. Bacarıqsız, əlindən iş gəlməyən. Las adam.
is. məh. Ot çalınarkən yerə tökülən lay, çalınmış ot layı.

LAS-LAS (ID - 26876)

zərf Qat-qat, lay-lay, təbəqətəbəqə. Otu las-las yığmaq. Torpağı las-las tökmək.

LAST (ID - 26877)

is. [ing.] Sualtı üzgüçülükdə istifadə edilən xüsusi rezin ayaqlıq.

LASTİK1 (ID - 26878)

[ing.] Əsasən astarlıq üçün işlədilən parıldayan pambıq parça.

Bu səhifə 140 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif