1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 4
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LASTİK2 (ID - 26879)

[yun.] Corabbağı, kəmər və s.-də işlədilən rezin elastik parça. // Sif. mənasında. Bu parçadan tikilmiş, hazırlanmış. Lastik kəmər. - Qızdırma artdığı zaman başına, ürəyinə kompres, lastik torbada buz qoyurdu. A.Şaiq.

LAŞƏ (ID - 26880)

[fars.] bax leş. [Molla:] Əti çox istəyirəm, leykpulu ondan çox; Nola, quzğun kimi ta müftə qonam laşə, ətə. M.Ə.Sabir.

LATAYIR (ID - 26881)

sif. və zərf dan. Ədəbsiz, nalayiq, hərzə. Latayır danışmaq. Latayır demək. - [Həsən] kərbəlayını dinc qoymurdu, .. min latayır sözlər ilə borcunu tələb edirdi. Çəmənzəminli.

LATINCA (ID - 26882)

sif və zərf Latın dilində. Latınca yazı.

LATINLAR (ID - 26883)

is. İtaliyada Lasiuma vilayətində məskunlaşmış qədim italyan tayfaları; romalılar. Latınların köhnə məskəni bugünkü Italiya dövlətidir ki, Apennin yarımadasında bulunur. F.Ağazadə.

LATINLAŞDIRMA (ID - 26884)

“Latınlaşdırmaq” dan f.is.

LATINLAŞDIRMAQ (ID - 26885)

f. 1. Latın mədəniyyətini və dilini tətbiq etmək, yaymaq.
2. Bir əlifbanı latın əlifbası əsasında qurmaq, düzəltmək, yaxud onunla əvəz etmək.

LATINLAŞMA (ID - 26886)

“Latınlaşmaq” dan f.is.

LATINLAŞMAQ (ID - 26887)

f. 1. Latın mədəniyyətini və dilini mənimsəmək, qəbul etmək.
2. Latın əlifbası əsasında qurulmaq, yaxud onunla əvəz edilmək (əlifba haqqında).

LATIŞ (ID - 26888)

is. Latviyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.

LATIŞCA (ID - 26889)

sif. və zərf Latış dilində. Latışca yazmaq.

LATİFÜNDİYA (ID - 26890)

[lat. latus - geniş və fundus - torpaq] İri, xüsusi torpaq mülkiyyəti.

LATİNİST (ID - 26891)

Latın dili, latın filologiyası mütəxəssisi.

LATİNİZM (ID - 26892)

Latın dilindən alınmış söz və ya ifadə.

LAT-LÜT (ID - 26893)

sif. dan. 1. Çılpaq, lüt, paltarsız. Cənab xan əyləşib yatağında, lat-lüt; başında bir .. papaq, ağlayır. Ə.Haqverdiyev.
2. məc. Heç bir şeyi olmayan, yoxsul, kasıb. Lat-lüt adam. // İs. mənasında. [Usta Ramazan:] Nisanın atası...

LATUN (ID - 26894)

is. [alm.] Mis və sinkin qızıl rəngli xəlitəsi.

LATVİYALI (ID - 26895)

b ax latış.

LAUREAT (ID - 26896)

[lat. laureatus - dəfnə yarpağı ilə mükafatlandırılmış] Elm, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə görə xüsusi mükafata layiq görülmüş şəxs. Dövlət mükafatı laureatı. Pianoçuların...

LAUREATLIQ (ID - 26897)

is. Laureat olma, laureat adı alma. Laureatlıq nişanı. Rəssamın ən yaxşı əsəri laureatlığa təqdim edildi.

LAÜBALI (ID - 26898)

sif. [ər.] Etinasız, saymaz, heç bir şeyə əhəmiyyət verməyən, laqeyd, sayğısız, qeydsiz, qayğısız. Laübalı adam. [Mirzə] şərabı masanın üstünə qoyub, özünə bir laübalı sifət verib aynaya baxdı. Ə.Haqverdiyev. Arif laübalı...

LAÜBALILIQ (ID - 26899)

is. Etinasızlıq, saymazlıq, laqeydlik, qeydsizlik, qayğısızlıq. ..Iri gövdəli bir adam [Neməti] içəri dəvət etdi və sərxoşlara məxsus bir laübalılıq ilə əlini Nemətin çiyninə qoyub, onu dinlədi. Çəmənzəminli.

LAVA (ID - 26900)

[ital.] 1. Vulkanın ağzından çıxan ərgin odlu kütlə.
məc. Böyük kütlə halında sürətlə hərəkət edən şey haqqında; izdiham. Qaynar lava kimi; Hərəkətə gəlir; Zavodlar, fabriklər. R.Rza.

LAVAŞ (ID - 26901)

is. Nazik yayılmış xəmirdən bişirilən çörək növü: yuxa, yayma. Ağ lavaş. Lavaşları qatlamaq. - [Qovurmaçı] iç qovurmasını lavaşın üstünə çəkərək alıcılara uzadırdı. M.İbrahimov. ..[Yolçu] lavaşlapendiri tələsmədən...

LAVAŞA1 (ID - 26902)

bax lavaşana. [Maral:] Vaxtında.. lavaşana eləməsələr, [meyvəni] yığıbyığışdırmaq olmayacaq. Ə.Əbülhəsən.

LAVAŞA2 (ID - 26903)

is. məh. Atı nalladıqda ağzına, qulağına keçirilən burmac, tıxac.

LAVAŞALAMA (ID - 26904)

“Lavaşalamaq” dan f.is.

LAVAŞALAMAQ (ID - 26905)

f. məh. Atı nallarkən ağzına lavaşa vurmaq. Atı lavaşalamaq.

LAVAŞANA (ID - 26906)

is. Turş giləmeyvə mətindən hazırlanan, xörəyə qatılan turşu növü (adətən lavaş şəklində olur). Alça lavaşanası. Zoğal lavaşanası. Lavaşana doğramaq.

LAVAŞANALIQ (ID - 26907)

is. Lavaşana üçün olan, lavaşanaya yarayan. Lavaşanalıq alça (zoğal).

LAVAŞÇI (ID - 26908)

is. köhn. Lavaş bişirib satmaqla məşğul olan adam. // Sif. mənasında. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi: - Kabab ilə bürüştə lavaşın ayrı ləzzəti olur axı! Mir Cəlal.

LAVAŞÇILIQ (ID - 26909)

is. Lavaşçının işi, peşəsi. Lavaşçılıq etmək.

LAVAŞQULAQ (ID - 26910)

b ax palazqulaq 1-ci mənada.

LAVAŞLAMA (ID - 26911)

"Lavaşlamaq” dan f.is.

LAVAŞLAMAQ (ID - 26912)

f Lavaşa bükmək, lavaşın içinə qoymaq. Halvanı çaldım, həmi lavaşladım; Bir neçə molla qarnını aşladım. Ə.Nəzmi.

LAVSAN (ID - 26913)

is. Sintetik lif növü və ondan toxunmuş parça.

LAY1 (ID - 26914)

1. is. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar. // Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları. Bir...

LAY2 (ID - 26915)

is. Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək.
lay-lay bax laybalay2. Açıldı qapılar önündə lay-lay. Z.Xəlil.

LAYARASI (ID - 26916)

sif. Layların arasında yerləşən. Layarası su.

LAYBALAY1 (ID - 26917)

zərf 1. Laylar halında, qatqat, üst-üstə, çin-çin. Laybalay yığmaq. Laybalay tökmək. - Onda, görürsən, yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. // Məc. mənada. [Qaçay:] Nə vaxta kimi sözlər ürəyimdə...

LAYBALAY2 (ID - 26918)

sif. və zərf Hər iki tayı, taybatay. Qapı laybalay açıldı. - Bir azdan taxta darvaza laybalay açıldı. Q.İlkin.

LAYDIR (ID - 26919)

is. Kotanın torpağı çevirən hissəsi.

LAYƏMUT (ID - 26920)

sif. [ər.] klas. Ölməz, əbədi.

LAYİHƏ (ID - 26921)

is. [ər.] 1. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Tikintinin layihəsi. Maşının layihəsi. Körpünün layihəsi. - Qara daşlarda qoyulacaq ilk kəşfiyyat buruqlarının...

LAYİHƏÇİ (ID - 26922)

is. Layihələşdirmə mütəxəssisi, layihə çəkən, layihə tərtib edən; proyektçi. - [Bənna:] Layihəçilər nə verib, biz də onun əsasında tikmişik. Mir Cəlal.

LAYİHƏLƏNDİRİLMƏ (ID - 26923)

“Layihələndirilmək” dən f.is.

LAYİHƏLƏNDİRİLMƏK (ID - 26924)

məch. Layihəsi tutulmaq, layihəsi tərtib olunmaq. Yeni zavod layihələndirildi.

LAYİHƏLƏNDİRMƏ (ID - 26925)

“Layihələndirmək” dən f.is. Layihələndirmə işləri.

LAYİHƏLƏNDİRMƏK (ID - 26926)

f 1. Bir tikinti, qurğu və s.-nin layihəsini tərtib etmək, hazırlamaq.
2. məc. Nəzərdə tutmaq, təxmin etmək. Idman kompleksi tikilişini layihələndirmək.

LAYİHƏLƏNMƏ (ID - 26927)

“Layihələnmək” dən f.is.

LAYİHƏLƏNMƏK (ID - 26928)

f Tikintinin, qurğunun layihəsi hazırlanmaq, layihəsi tərtib edilmək.

Bu səhifə 160 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif