1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 16
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LÖVHƏYAZAN (ID - 27479)

is. Lövhə (1-ci mənada) yazmaqla məşğul olan şəxs.

LÖYÜN (ID - 27480)

is. [ər.] dan. Görkəm, görünüş. Löyünü yaxşıdır (pisdir).

LÖYÜNLÜ (ID - 27481)

sif. dan. Görkəmli, görünüşlü. Pis löyünlü oğlan.

LÖYÜNSÜZ (ID - 27482)

sif. dan. Görkəmsiz, biçimsiz, görünüşü olmayan. Qarşıya löyünsüz bir qız çıxdı.

LUİDOR (ID - 27483)

is. [fr.] Fransada qızıl sikkə (6-7 qramlıq təmiz qızıl).

LUMU (ID - 27484)

dan. b a x limon. Qazı Məşədi ilə xudahafiz edib dedi: - Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. C.Məmmədquluzadə. Rəşid müəllim lumusu əzilmiş stəkanının son qalığını da içib ayağa qalxdı. S.Rəhimov.

LUMULU (ID - 27485)

b a x limonlu. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olar iskəncəbi ilə, lumulu çay ilə. C.Məmmədquluzadə. Zəki .. özü şam edib lumulu çay içdi. M.Süleymanov.

LUNATİK (ID - 27486)

[rus.] Lunatizmi olan adam.

LUNATİZM (ID - 27487)

[rus.] Gecə yuxusu zamanı qeyri-şüuri halda gəzməkdən və başqa avtomatik hərəkətlər etməkdən ibarət xəstəlik halı.

LUNOXOD (ID - 27488)

is. [rus.] Ay səthində tədqiqatlar aparmaq üçün xüsusi aparat.

LUNOMOBİL (ID - 27489)

[rus.] Ayda avtomatik surətdə elmi tədqiqat işləri aparmaq və məlumatları Yerə vermək məqsədilə tarixdə ilk dəfə 1970-ci ildə Sovet İttifaqı tərəfindən raket vasitəsilə Ay səthinə endirilən özüyeriyən maşın. Lunomobillə...

LÜPA (ID - 27490)

[fr.] Çərçivəsi olan böyüdücü optik cihaz; zərrəbin. Isa dayı lupanı Səməndərin üz-gözündə dolandırdı. B.Bayramov.

LÜĞAB (ID - 27491)

is. [ər.] Ağız suyu, tüpürcək, selik. Azalmaqda olan ağız lüğabı qurumağa üz qoymuş(du). Ə.Vəliyev.

LÜĞABLI (ID - 27492)

sif Lüğab qarışıq, içində lüğab olan; selikli.

LÜĞƏT (ID - 27493)

is. [ər.] 1. Adətən əlifba sırası ilə düzülmüş, izahı və ya başqa dilə tərcüməsi verilmiş sözlər toplusundan ibarət kitab; sözlük. Izahlı lüğət. Azərbaycanca-rusca lüğət. Qalın lüğətləri araşdıraraq; Dərsə hazırlaşır...

LÜĞƏTÇƏ (ID - 27494)

is. Kiçik lüğət, balaca lüğət. Şagirdlər üçün lüğətçə tərtib etmək.

LÜĞƏTÇİ (ID - 27495)

is. Lüğət tərtib edən, lüğətçiliklə məşğul olan mütəxəssis; leksikoqraf.

LÜĞƏTÇİLİK (ID - 27496)

is. Lüğət tərtibi işinin nəzəriyyə və praktikası; leksikoqrafiya.

LÜĞƏTŞÜNAS (ID - 27497)

is. [ər. lüğət və fars. ...şünas] bax leksikoloq.

LÜĞƏTŞÜNASLIQ (ID - 27498)

bax leksikologiya.

LÜĞƏVİ (ID - 27499)

sif. [ər.] Lüğətə aid olan; leksik. Sözün lüğəvi mənası (sözün qrammatik mənadan fərqli olaraq adi mənası).

LÜL1 (ID - 27500)

əd. dan. Adətən “atəş” , “qənbər” , “kefli” sözlərinin qabağına gələrək sərxoşluğun, kefliliyin son həddini bildirir. [Rəşid:] Indiyəcən kef üçün içirdim, heç ömrümdə piyan olmurdum, bu gün dərddən içmişəm,...

LÜL2 (ID - 27501)

sif. dan. Başdan-başa, bütün, səlt. Lül yağdır.

LÜLƏ (ID - 27502)

is. 1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. - Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl .. avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən.
Boru (silindr) şəklində...

LÜLƏKABAB (ID - 27503)

is. Döyülmüş ətdən bişirilən lülə şəklində kabab. Qurban qoyunun ətindən qız evi oğlan evinə lüləkabab, girs və dolma göndərər.. R.Əfəndiyev. [Səfərəli:] Qabaqcadan verrəm lüləkabab, ondan sonra plov. N.Vəzirov.

LÜLƏKABABLIQ (ID - 27504)

is. Lüləkabab üçün yarayan, lüləkabab üçün ayrılan. Lüləkabablıq ət.

LÜLƏLƏMƏ (ID - 27505)

"Lülələmək” dən f.is.

LÜLƏLƏMƏK (ID - 27506)

f. Düz şeyi yuvarladaraq lülə şəklinə salmaq. Kağızı lülələmək. Kilimi lülələmək. Müşəmbəni lülələmək. // Eşmək.
O, körüyün yanından maxorka qutusunu götürdü, bir parça qəzet kağızını lülələyib, maxorkanı...

LÜLƏLƏNMƏ (ID - 27507)

“Lülələnmək” dən f.is.

LÜLƏLƏNMƏK (ID - 27508)

1. qayıd. Lülə şəklinə düşmək, burulub lülə halına gəlmək, lülə olmaq. Həmişəyev .. dərindən nəfəs alıb dikələn kimi layihə öz-özünə bükülüb lülələndi.. B.Bayramov.
2. məch. Lülə şəklinə salınmaq, lülə...

LÜLƏLƏNMİŞ (ID - 27509)

f.sif. Lülə şəklinə salınmış. Lülələnmiş xalça. Lülələnmiş kağız. ..Üç nəfər memar köməkçiləri qoltuqlarında lülələnmiş kağız sarıqları içəri girdilər. S.Rəhimov. Vahid lülələnmiş cürbəcür kağızları bir-bir...

LÜLƏLİK (ID - 27510)

b a x lüləkabablıq.

LÜLƏMAYA (ID - 27511)

is. məh. 1. Körpə uşağın başında bərkiməyib yumşaq qalan yer; əmgək.
2. Qabığı bərkiməmiş yumurta. // Ümumiyyətlə, bərkiməyib yumşaq qalan şey. Lüləmaya xəmir.

LÜLƏYİN (ID - 27512)

is. [ər.] Misdən, saxsıdan, plastik kütlədən və s.-dən qayrılan xüsusi biçimli lüləkli və qulplu suqabı. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım, bəs mən niyə bir həsir və lüləyindən qeyri...

LÜLLƏNMƏ (ID - 27513)

“Lüllənmək” dən f.is.

LÜLLƏNMƏK (ID - 27514)

f. dan. Bərk keflənmək.

LÜMBAQO (ID - 27515)

[lat.] tib. Əzələlərin, bəzən əsəblərin və fəqərə sümüklərinin xəstəliyi nəticəsində bel nahiyəsində ağrı, sancı, bel ağrısı (xəstəlik).

LÜMƏ(K) (ID - 27516)

sif. Quyruğu olmayan və ya qısa olan; quyruğukəsik. Lümə xoruz (toyuq). - Cücələrim lümək-lümək; Qanadları gödək-gödək. A.Səhhət. Kəkilli lümə toyuq sürüləri Gülşənin çox xoşladığı və həzz aldığı şeylərdən idi....

LÜMİNAL (ID - 27517)

[lat. lumen - işıq] əcz. Acı dadan kristallik toz halında yuxu dərmanı.

LÜMİNESSENSİYA (ID - 27518)

[lat. luminis - işıq] fiz. Cismin müxtəlif səbəblər üzündən (məs.: işıqlanması, içərisindən elektrik cərəyanı keçməsi, yaxud kimyəvi proseslər nəticəsində) soyuq şüalanma hadisəsi.

LÜM-LÜM (ID - 27519)

zərf məh. Bütöv-bütöv, parça-parça. Özü lüm-lüm udur batində, amma; Zahirdə dediyi mənaya bir bax. Q.Zakir.

LÜMLÜT (ID - 27520)

sif. Tamamilə lüt, soyunmuş, paltarsız, çılpaq, lüt-üryan.

LÜMPEN-PROLETARİAT (ID - 27521)

[alm.] Kapitalizm cəmiyyətində: sinfi simasını itirmiş adamlardan ibarət təbəqə (səfillər, avaralar, dilənçilər, oğrular və s.).

LÜSTR (ID - 27522)

[fr., əsli ital.] bax çilçıraq. Bir də görərdin lüstrü yandırıb, evi çıraqban elədi. Mir Cəlal.

LÜT (ID - 27523)

sif. 1. Paltarını tamam çıxarmış; çılpaq, üryan. Lüt uşaq. - O halda ay çıxdı buludlar dalından; Gördü çöldə durmuş bir kişi lüt (z.), üryan. A.Səhhət. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt (z.) soyundurub dara çəkdilər....

LÜT-ANADANGƏLMƏ (ID - 27524)

sif. və zərfTamamilə lüt, lümlüt.

LÜTCƏ (ID - 27525)

bax lüt 1 -ci mənada. Lütcə uşaq.

LÜTERAN (ID - 27526)

[xüs. is.-dən] 1. Lüteran dininə mənsub adam.
2. Bax lüteranlıq. Lüteran kilsəsi.

LÜTERANLIQ (ID - 27527)

is. [xüs. is.-dən] XVI əsrdə reformasiya nəticəsində Almaniyada Martin Lüter tərəfindən əsası qoyulmuş xristian məzhəbi (protestantizmin bir növü, başlıca olaraq Almaniyada və Skandinaviya ölkələrində yayılmışdır).

LÜT-ƏTCƏ (ID - 27528)

sif. dan. 1. Çılpaq, ətcə (uşaq haqqında). Mənə elə gəlirdi ki, [Azad] ana bətnindən lüt-ətcə bu soyuq dünyaya qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. M.İbrahimov.
məc. Balaca, körpə. [Zeynal:] Ey lütətcə balalar!...

Bu səhifə 8 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif