1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 10
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LƏPİK1 (ID - 27179)

is. Yastı, dəyirmi balaca daş.

LƏPİK2 (ID - 27180)

is. dan. Evdə geyilən yüngül ayaqqabı; şap-şap.

LƏPİKDAŞ (ID - 27181)

is. Ləpiklə oynanılan bir oyun (bax ləpik1).

LƏPİR1 (ID - 27182)

is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. - Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq. Dəvə ləpirlərindən,...

LƏPİR2 (ID - 27183)

is. məh. Ayaqları qısa toyuq cinsi.

LƏPİRÇİ (ID - 27184)

is. 1. Heyvanı ləpirilə izləyib tapan ovçu; izçi, izaxtaran.
2. Keçmiş bir hadisənin buraxdığı izləri araşdırıb tapan adam.

LƏPİRƏN (ID - 27185)

sif. məh. Ləpir boyda, ləpir kimi; balaca, ovuc boyda. Bir azdan sonra dəllək hazır oldu və ləpirən kimi balaca güzgünü ətəyi ilə təmizləyib ustaya təqdim etdi. Çəmənzəminli.

LƏRGƏ (ID - 27186)

is. bot. Paxlalılar fəsiləsindən olan, yarpaqcıqları bığcıqla qurtaran bitki.

LƏRGƏLİK (ID - 27187)

is. Lərgə əkilmiş yer, lərgə tarlası.

LƏRZAN (ID - 27188)

sif. və zərf [fars.] klas. Lərzə edən, titrəyən, titrək, rəşədar. [Vəzir padşaha:] Nə ki vardır, həmə lərzandı qabağında sənin; Cürət etməz, ola bir kimsə müxalif əmrin. Ü.Hacıbəyov. □ Lərzan etmək (qılmaq) - titrətmək,...

LƏRZƏ (ID - 27189)

is. [fars.] Titrəmə, titrəyiş, əsmə. Lərzə etmək (eyləmək) - titrəmək, əsmək. Lərzə salmaq - dəhşətə gətirmək, vəlvələ salmaq, sarsıtmaq. Bərk dava oldu. Güllənin səsi dağlara lərzə salmışdı. “Qaçaq Nəbi” . Lərzəyə...

LƏRZƏLƏNMƏ (ID - 27190)

“Lərzələnmək” dən f.is.

LƏRZƏLƏNMƏK (ID - 27191)

f Lərzəyə gəlmək (düşmək); titrəmək, əsmək.

LƏRZİŞ (ID - 27192)

is. [fars.] bax lərzə. Tutdu dünyanı od şərarələri; Yaxdı dükkanları, imarələri; Nə ’reyi-tündbad, hiddəti-nar; Lərzişiərz, sədmeyi-əhcar. M.Ə.Sabir.

LƏŞKƏR (ID - 27193)

is. [fars.] köhn. Qoşun, ordu. Gəlib qeyzə hökm eylədim ləşkərə; Atın şəhrə üç yandan od bir kərə. M.Ə.Sabir. [Rəhman Haruna:] Lap nahaqdan ləşkəri göndərdiniz belə uzaq. Ü.Hacıbəyov. // Məc. mənada. Yeriş etdi qəm ləşkəri;...

LƏŞKƏRGAH (ID - 27194)

is. [fars.] klas. Ordunun yerləşdiyi yer; ordugah.

LƏT (ID - 27195)

[fars.] dan. 1. sif. Ət kimi, süst, key, hərəkətə qadir olmayan, ölgün. Lət adam. Lət kimi olmaq.
2. is. Heyvanların inkişaf etməsinə mane olan qarın xəstəliyi. Qoyun lət olub.

LƏTAFƏT (ID - 27196)

is. [ər.] 1. Lətiflik, yumşaqlıq, xoşluq. [Dərviş Nakamın] daha səsində köhnə lətafət qalmadı. Ə.Haqverdiyev.
2. Gözəllik; ruhu oxşayan hal və keyfiyyət, məlahət, qəşənglik. Bu hüsnü lətafətdə, yəqindir, bəşər olmaz;...

LƏTAFƏTLİ (ID - 27197)

sif. Zərif, incə, lətif, məlahətli, xoş. Büllur lətafətlim, sənubər boylum; Huriyü qılmanım, neçün gəlmədi? M.P.Vaqif.

LƏTAFƏTLİLİK (ID - 27198)

bax lətafət.

LƏTİF (ID - 27199)

sif. [ər.] 1. Yumşaq, mülayim, xoş. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. Peterburqun bəyaz gecələrinə məxsus lətif yaz havasını ləzzətlə udaraq, bir nəfər oğlan gedirdi. M.Hüseyn.
2. İncə, zərif, qəşəng. Çiyninə...

LƏTİFƏ1 (ID - 27200)

is. [ər.] folk. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot. Molla Nəsrəddinin lətifələri. - [Dərviş Nakam] birdən görəndə ki, bu söhbət camaatın birparasına naxoş gəldi,...

LƏTİFƏ2 (ID - 27201)

sif. və is. [ər.] klas. Gözəl, incə, qəşəng (qız və ya qadın). Əndamı lətifeyiilahi; Dəryayi-lətafət içrə mahi. Füzuli. [Hacı Qənbər:] Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə...

LƏTİFƏÇİLİK (ID - 27202)

is. Lətifə söyləməyi sevmə, bacarma; zarafatçılıq. [Vaqifin] zövq, nəşə və lətifəçiliyi yüksək dərəcəyə çıxmışdı. Çəmənzəminli.

LƏTİFLƏŞMƏ (ID - 27203)

“Lətifləşmək” dən f.is.

LƏTİFLƏŞMƏK (ID - 27204)

f Lətif olmaq, incələşmək, zərifləşmək, gözəlləşmək.

LƏTİFLİK (ID - 27205)

is. 1. Yumşaqlıq, mülayimlik, xoşluq, lətafət. Aylı gecənin lətifliyi.
İncəlik, zəriflik, qəşənglik. Aşıq, lətiflik güftar iləndir; Əndəlibin meyli gülzar iləndir. Aşıq Pəri.

LƏTLƏNMƏ (ID - 27206)

“Lətlənmək” dən f.is.

LƏTLƏNMƏK (ID - 27207)

f Ətlənmək, kökəlib ətə dönmək, hərəkət edə bilməmək; atilləşmək. [Kiçikbəyim:] Ay ana, evdə oturub lətlənməkdənsə bu yaxşıdır: palaza bürün, elnən sürün. Çəmənzəminli.

LƏTLƏŞMƏ (ID - 27208)

“Lətləşmək” dən f.is.

LƏTLƏŞMƏK (ID - 27209)

b ax lətlənmək.

LƏVAZİMAT (ID - 27210)

is. [ər. “ləvazim” söz. cəmi] Bir iş üçün lazım olan şeylərin məcmusu. Dərs ləvazimatı. Səhnə ləvazimatı. Ov ləvazimatı. - [Əmiraslan bəy:] Dəstələr toplayınız, ləvazimat cəm ediniz. S.S.Axundov. Böyükxanım qabaqca...

LƏVƏND (ID - 27211)

is. və sif. dan. [ital. levantino] Əxlaqsız, pozğun (adətən söyüş yerində işlənir). Ləvəndə qoşulan bəlayə düşər. (Ata. sözü). [Naçalnik:] Ə, ləvənd oğlu, ləvənd! Sən nə hətərən-pətərən sözlər danışırsan?! “Qaçaq...

LƏVƏNGİ (ID - 27212)

is. İçi qoz, turşu və s. doldurulmuş balıq və ya quşla hazırlanmış xörək.

LƏYAQƏT (ID - 27213)

is. [ər.] 1. İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi. Yüksək insani ləyaqət. - Ağlı mədəsindən xırda gədələr;...

LƏYAQƏTLİ (ID - 27214)

sif. 1. Ləyaqəti olan, layiq. Mükafata ləyaqətli işçi. // Layiqli, hörmətli. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. Amma xeyr, maşallah, artıq ləyaqətli...

LƏYAQƏTLİLİK (ID - 27215)

is. Ləyaqəti olma, ləyaqətli olma; bacarıqlılıq, qabiliyyətlilik.

LƏYAQƏTSİZ (ID - 27216)

sif. 1. Layiq olmayan, ləyaqəti olmayan; layiqsiz, nalayiq. Südabəyə layiq bir şey almaq üçün [Qəhrəmani və Firidunun] pulu çatmazdı, ləyaqətsizini (is.) də aparmaq mənasızdı. M.İbrahimov. [Qadir] .. qeyzli-qeyzli bu ləyaqətsiz...

LƏYAQƏTSİZLİK (ID - 27217)

is. Layiq olmayan şey və hərəkət; ədəbsizlik, nalayiqlik.

LƏYƏN (ID - 27218)

is. Müxtəlif ehtiyaclar - içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab. [Molla] həmişə ətəyinin altında da bir ləyən...

LƏZGİ (ID - 27219)

is. Dağıstanda və Azərbaycanda yaşayan Dağıstan xalqlarından biri və bu xalqa mənsub adam. Kimsən, haralısan? Danış, ay çoban: - Dağıstan əhliyəm, ləzgiyəm, qardaş! S.Vurğun.

LƏZGİCƏ (ID - 27220)

sif. və zərf Ləzgi dilində. Ləzgicə kitab. Ləzgicə danışmaq.

LƏZGİHƏNGİ (ID - 27221)

is. İti oynanılan Dağıstan oyun havalarından birinin adı.
□ Ləzgihəngi oynamaq (vurmaq) məc. çox sevinmək, sevincdən atılıb-düşmək. Molla Yusifin gətirdiyifitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Ə.Haqverdiyev....

LƏZGİXİNGALI (ID - 27222)

is. Ət və ya qovrulmuş soğanla bişirilən sulu xingal.

LƏZGİNKA (ID - 27223)

is. bax ləzgihəngi. Həpsi birdən halqa vurdu; Coşqun məclis quruldu; Çalğı coşdu, incə, şaqraq ləzginkalar vuruldu. A.İldırım.

LƏZİZ (ID - 27224)

sif. [ər.] bax ləzzətli 1-ci mənada. Ləziz yeməklər. - Bəli, nəməklə olur rəsmdir kəbab ləziz! S.Ə.Şirvani. O qədər ləziz xörəklər ki, bircə ramazan aylarında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə....

LƏZZƏT (ID - 27225)

is. [ər.] 1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır. // Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır....

LƏZZƏTLƏNDİRMƏ (ID - 27226)

“Ləzzətləndirmək” dən f.is.

LƏZZƏTLƏNDİRMƏK (ID - 27227)

LƏZZƏTLƏNMƏ (ID - 27228)

“Ləzzətlənmək” dən f.is.

Bu səhifə 8 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif