İzahlı lüğət

LƏL

is. [ər.] 1. Qırmızı rəngli qiymətli daş. Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. “Koroğlu” . Bunun evində ənfiyədan da vardır, onun üstündə ləl və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. M.S.Ordubadi.
2. məc. şair. Qırmızı şeylərə, xüsusən yanağa, dodağa və s.-yə işarə. Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə; Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut. Füzuli. Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. // məc. Saf, şəffaf şey haqqında. [Yusif Şahmara:] Barmaqlarımı kəsərəm, əgər əkdiyim tənəklər üstü dolusu ləl gətirməsə. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed