1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 11
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LƏZZƏTLƏNMƏK (ID - 27229)

f . Daha ləzzətli olmaq, ləzzəti, dadı artmaq; dadlanmaq.

LƏZZƏTLİ (ID - 27230)

sif. 1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. - Məşədi Imaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi....

LƏZZƏTSİZ (ID - 27231)

sif. Ləzzəti olmayan, dadsız, dadsız-tamsız. Ləzzətsiz yemək. - İçki yıxmış bütün əsabın, rəngi saralıb; Ömrü sərxoşluq ilə badə gedib ləzzətsiz. A.Səhhət.

LƏZZƏTSİZLİK (ID - 27232)

is. Ləzzəti, dadı olmayan şeyin hal və keyfiyyəti. Xörək ləzzətsizliyi üzündən yeyilmədi.

LIG (ID - 27233)

bax lıqqa. [fridun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev.

LIGA (ID - 27234)

is. Qatı, mət, qəliz. [Mirzə] gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamını kimsəyə oxumaz. Çəmənzəminli.

LIĞLANMA (ID - 27235)

“Lığlanmaq” dan f.is.

LIĞLANMAQ (ID - 27236)

f Lığ halına gəlmək, lığ olmaq. Yağışın suyu lığlanıb.

LIĞLAŞMA (ID - 27237)

“Lığlaşmaq” dan f.is.

LIĞLAŞMAQ (ID - 27238)

bax lığlanmaq.

LIQQA (ID - 27239)

is. Yağmurdan, sulu qardan yerdə əmələ gələn duru palçıq; batdaq, lehmə.

LIQQILDAMA (ID - 27240)

“Lıqqıldamaq” dan f.is.

LIQQILDAMAQ (ID - 27241)

f Lıqqıltı ilə qaynamaq (samovar, çaynik, su və s.). Çaynik lıqqıldayır.

LIQQILDATMA (ID - 27242)

“Lıqqıldatmaq” dan f.is.

LIQQILDATMAQ (ID - 27243)

f İçərisində maye olan qabı tərpədib lıqqıltı səsi çıxartmaq. Südqabını lıqqıldatmaq.

LIQQILTI (ID - 27244)

təql. İçərisində maye olan qabı tərpətdikdə çıxan səs, lıqqıldama səsi.

LIRÇILDAMA (ID - 27245)

“Lırçıldamaq” dan f.is.

LIRÇILDAMAQ (ID - 27246)

f Lırçıltı səsi vermək, lırçıltı səsi çıxarmaq.

LIRÇILTI (ID - 27247)

təql. Palçığa, batdağa və b. qəliz şeyə batıb çıxan bir şeydən hasil olan səs.

LIRT (ID - 27248)

sif 1. Çox dəyib sulanmış. Lırt armud. Lırt əzgil.
2. məc. Süst, ət kimi boş. Lırt olmaq (süst olmaq, əzginləşmək, süstləşmək).

LIRTQARIN (ID - 27249)

sif dan. Böyük və sallaq qamı olan. Lırtqarın adam.

LIRTLIQ (ID - 27250)

is. 1. Lırt şeyin (adamın) halı.
2. məc. Boşluq, süstlük, əzginlik.

LIRTMAC (ID - 27251)

b a x lıqqa.

LİANA (ID - 27252)

[fr.] bot. Tropik meşələrdə, Qafqaz meşələrində bitən iri sarmaşıq, bitki.

LİBAS (ID - 27253)

is. [ər.] 1. Paltar, geyim. Səfər libası. Toy libası. Dərviş libası. Hərbi libas. Pənbeyi-daği-cünun içrə nihandır bədənim; Diri olduqca, libasım budur, ölsəm kəfənim. Füzuli. [Mirzə] durub, libasını geyinib, getdi Zeynalın...

LİBASLI (ID - 27254)

sif Paltarlı, geyimli. [Qəhrəman:] Qara libaslı bir kişi qapının qıfilını sındırmağa məşğul idi. H.Nəzərli.

LİBASSIZ (ID - 27255)

sif. və zərf Paltarsız. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş. Ə.Haqverdiyev.

LİBERAL (ID - 27256)

[lat. liberalis - azad] 1. Liberalizm (1-ci mənada) tərəfdarı. Liberal partiyalardan birinin üzvü.
məc. dan. Liberallıq göstərən, zərərli bir işə kömək edən adam, barışdırıcı, güzəştçi.

LİBERALCASINA (ID - 27257)

sif. və zərf Liberala (2-ci mənada) xas olan bir tərzdə, liberal kimi, liberallıq göstərərək. Liberalcasına münasibət.

LİBERALİZM (ID - 27258)

[lat.] 1. Feodal təhkimçilik dövründə və burjua inqilabları zamanı burjuaziya üçün azadlıq tələb edən, onun siyasi hakimiyyəti qurulduqdan sonra isə son dərəcə mürtəce bir mahiyyət kəsb edən siyasi cərəyan.
köhn. Azadfıkirlilik.
məc....

LİBERALLAŞMA (ID - 27259)

“Liberallaşmaq” dan fis.

LİBERALLAŞMAQ (ID - 27260)

f. 1. köhn. Liberal olmaq, liberal bir şəkil (hal) almaq; demokratlaşmaq, azadfikirli olmaq.
2. dan. Möhkəmliyini, sabitliyini itirmək, liberalizmə (3-cü mənada) qapılmaq.

LİBERALLIQ (ID - 27261)

bax liberalizm 3-cü mənada. □ Liberallıq göstərmək - lüzumsuz yerə yumşaqlıq (rəhmdillik) göstərmək, pis işlərə göz yummaqla onlara yol vermək.

LİBERTİ (ID - 27262)

[ing.] İpək və ya ipək qarışıq yumşaq, parıltılı parça növü. Liberti çarşab. Liberti köynək.

LİBİDO (ID - 27263)

is. [lat.] 1. Psixoanalizin əsas anlayışlarından biri, şüursuz cinsi həvəs.
2. Psixi energiya.

LİBRETTO (ID - 27264)

[ital.] 1. Böyük musiqi-vokal əsərinin (opera, operetta, oratoriya) mətni. “Şahsənəm” operasının librettosunu Cəfər Cabbarlı yazmışdır. // Operanın və ya pyesinin qısa məzmunu (adətən teatr proqramında çap edilir).
2. Balet,...

LİBRETTOÇU (ID - 27265)

is. Libretto yazan şəxs, libretto müəllifi.

LİCİM (ID - 27266)

is. dan. Biçim, görkəm, təhər-töhür, üst-baş. Bunun licimini görürsən?! O danışanda nə təhər də gülür! - deyə iki əlilə döşünü sıxıb geriyə çəkildi. S.Rəhimov. □ Licimi axmaq dan. - səliqəsiz, yaraşıqsız geyinmək,...

LİDER (ID - 27267)

[ing. leader - başçı] 1. Siyasi partiyanın, ictimai-siyasi təşkilatın və s. başçısı, rəhbəri. Parlament fraksiyasının lideri. - Hər lider özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi. M.S.Ordubadi.
2....

LİDERLİK (ID - 27268)

is. 1. Liderin mövqeyi, vəzifəsi. // Liderin fəaliyyəti; başçılıq.
2. Hər hansı yarışda birincilik. Liderlik uğrunda mübarizə.

LİF1 (ID - 27269)

is. [ər.] Pambığın, baramanın incə saçaqları, ipliyi. Pambıq lifi.

LİF2 (ID - 27270)

is. Bədəni sabunlayıb çirkini aparmaq üçün nazik parçadan tikilmiş və ya toxunmuş kisəcik. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çox çirklidir.. Yerinin içində
lif və sabun ilə bədənini təmizləmək lazımdır....

LİFAYIRAN (ID - 27271)

sif xüs. Pambıq, barama və s. liflərini ayıran. // Is. mənasında. Pambıq, barama və s. liflərini ayıran maşın. Lifayıranı təmir etmək.

LİFÇİ (ID - 27272)

is. Hamamda lif çəkən adam; kisəçi.

LİFƏ (ID - 27273)

is. Şalvarın, dizliyin, tumanın içərisindən bağ keçirilən bel hissəsi.

LİFƏLİ (ID - 27274)

sif Lifə tikilmiş, lifəsi olan. Lifəli dizlik. Lifəli tuman. - Həmişəki kimi [Şahbaz bəy] yenə də müsəlmanı deyilən lifəli şalvar, qara, gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən.

LİFGİR (ID - 27275)

is. [ər. lif və fars. ...gir] köhn. b ax lifçi. Hacı Əbdül hamamında hamı lifgir, camadar; Altı aydır, gecələr məşq qılar, növhə yazar. M.S.Ordubadi.

LİFGİRLİK (ID - 27276)

köhn. bax lifçilik.

LİFLƏMƏ (ID - 27277)

“Lifləmək” dən f.is.

LİFLƏMƏK (ID - 27278)

f. Liflə bədəni yumaq, bədənə lif sürtmək. Özünü lifləmək.

Bu səhifə 7 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif