1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 5
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LAYİHƏLƏŞDİRİLMƏ (ID - 26929)

“Layihələşdirilmək” dən f.is.

LAYİHƏLƏŞDİRİLMƏK (ID - 26930)

bax layihələndirilmək. Yeni yaşayış binaları layihələşdirildi.

LAYİHƏLƏŞDİRMƏ (ID - 26931)

“Layihələşdirmək” dən f.is.

LAYİHƏLƏŞDİRMƏK (ID - 26932)

bax layihələndirmək. Üçüncü mərtəbəni layihələşdirmək istəmədilər. Mir Cəlal. [Əlikram Səlimə:] Bilirsən ki, dənizə çıxan köndələn küçədəki beşmərtəbəli binanı.. layihələşdirdim. B.Bayramov.

LAYİQ (ID - 26933)

sif. [ər.] 1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. - Igidlikiddiasın edənə layiq deyilyalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətəkpul verirəm,.....

LAYİQİ (ID - 26934)

[ər.] bax layiqli. [Məcid] özündən vəzifəcə böyük olan Mədədin yanında özünü layiqi surətdə aparmaq istəyirdi. S.Rəhimov.

LAYİQİNCƏ (ID - 26935)

zərf Lazım olduğu kimi, necə lazımsa, münasib şəkildə; ləyaqətlə, layiqli. Layiqincə qulluq etmək. Layiqincə qarşılamaq. - Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib” . Molla Tanrıverdi...

LAYİQLİ (ID - 26936)

sif. Münasib, yaxşı, ləyaqətli. Layiqli geyim. Layiqli süfrə açmaq. — Bir elə layiqli kələk qurmayır; Gəncədə derlərsə vurur, vurmayır; Oylə ki, Səlyanda vurur tək səbir. M.Ə.Sabir.

LAYİQLİLİK (ID - 26937)

is. Layiq olma; ləyaqətlilik, ləyaqət. // Münasiblik.

LAYİQSİZ (ID - 26938)

sif. Layiq olmayan, münasib olmayan; yaraşmayan, ləyaqətsiz, nalayiq, pis. Layiqsiz söz demək. Layiqsiz yer tutmaq.

LAYİQSİZLİK (ID - 26939)

is. Ləyaqətsizlik, nalayiqlik, münasibsizlik.

LAYKA (ID - 26940)

is. [rus.] İncə və yumşaq dəri və həmin dəridən tikilmiş paltar (palto, pencək, gödəkcə).

LAYLA(Y) (ID - 26941)

is. 1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. - Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. Səhhət. Gecə-gündüz...

LAYLAMA (ID - 26942)

“Laylamaq” dan f.is.

LAYLAMAQ (ID - 26943)

f Lay-lay düzmək, qat-qat qoymaq. Otu qurumaq üçün laylamaq. Odunu laylamaq.

LAYLANDIRMA (ID - 26944)

“Laylandırmaq” dan f.is.

LAYLANDIRMAQ (ID - 26945)

f Laylara ayırmaq, laylay etmək, qat-qat düzmək.

LAYLANMA (ID - 26946)

“Laylanmaq” dan f.is.

LAYLANMAQ (ID - 26947)

qayıd. Laylara ayrılmaq, lay-lay olmaq. Süxurlar laylanıb.

LAYLAŞMA (ID - 26948)

“Laylaşmaq” dan f.is.

LAYLAŞMAQ (ID - 26949)

b a x laylanmaq.

LAYLI (ID - 26950)

sif. Laylardan ibarət, lay şəklində yığılmış; qat-qat, təbəqə-təbəqə, lay-lay. Laylı süxurlar.

LAYNER (ID - 26951)

is. [ing.] Müntəzəm olaraq uzaq səfərlərə çıxan iri və sürətli nəqliyyat gəmisi.

LAZ (ID - 26952)

Abxaziya, Acarıstan və Türkiyədə yaşayan Cənubi Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam.

LAZARET (ID - 26953)

is. [ital.] Hərbi hissələrdə təşkil olunmuş müalicə məntəqəsi.

LAZCA (ID - 26954)

sif. və zərf Laz dilində. Lazca mahnı. Lazca danışmaq.

LAZER (ID - 26955)

is. [ing.] Optik kvant generatoru.

LAZIM (ID - 26956)

sif. [ər.] 1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri. □ Lazım bilmək (görmək) - yerinə yetirilməsini vacib saymaq, zəruri bilmək. Xanla Vaqif uzun-uzadı məsləhətləşib yenə bəzi...

LAZIMINCA (ID - 26957)

zərf İstənilən qədər, kifayət qədər, kafi dərəcədə, lazımi dərəcədə, lazımi surətdə. Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir. C.Məmmədquluzadə. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan...

LAZIMİ (ID - 26958)

sif. [ər.] 1. Yerinə yetirilməsi vacib və lazım olan; zəruri, gərəkli, lüzumlu. Lazımi tapşırıqlar verildi. Lazımi ehtiyat.
Münasib, uyğun, istənilən kimi. Lazımi dərəcədə şərh etmək. Lazımi qaydada geyinmək. Lazım olan,...

LAZIMLI (ID - 26959)

sif. Yararlı, gərəkli, faydalı; vacib, zəruri. Lazımlı şey. - [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Ə.Haqverdiyev.

LAZIMLIQ (ID - 26960)

is. Lazım olma; gərəklik, zərurilik, vaciblik.

LAZIMSIZ (ID - 26961)

sif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər. - Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri buraxdılar. M.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız...

LAZIMSIZLIQ (ID - 26962)

is. Lazım olmama; gərəksizlik, lüzumsuzluq.

LEGİON (ID - 26963)

[lat.] 1. tar. Qədim Romada: iri qoşun hissəsi.
Bəzi ölkələrdə xüsusi qoşun hissələrinin adı.

LEGİONÇU (ID - 26964)

is. Legionda xidmət edən əsgər.

LEHİM (ID - 26965)

is. [ər.] Metal şeyləri yapışdırmaq üçün qalay və s. ərinti.

LEHİMÇİ (ID - 26966)

is. Lehimləmə ustası.

LEHİMLƏMƏ (ID - 26967)

“Lehimləmək” dən f.is.

LEHİMLƏMƏK (ID - 26968)

f. Lehim vurmaq, lehimlə birləşdirmək. Boruları lehimləmək. // Mis və başqa qablardakı dəlikləri lehimlə tutmaq, lehimləmək. - [Sərvnaz qarı:] Eşitdim ki, qalayçı Əliş gələcək bura. Dedim bəlkə körük qurdu, verim, deşiyi...

LEHİMLƏNMƏ (ID - 26969)

“Lehimlənmək” dən f.is.

LEHİMLƏNMƏK (ID - 26970)

məch. Lehim vurulmaq, qalay və s. ilə yapışdırılmaq (tutulmaq). Qazan lehimləndi.

LEHİMLƏTMƏ (ID - 26971)

“Lehimlətmək” dən f.is.

LEHİMLƏTMƏK (ID - 26972)

f. Lehim vurdurmaq, qalay və s. ilə yapışdırtmaq (birləşdirtmək). Samovarı lehimlətmək.

LEHİMLƏYİCİ (ID - 26973)

sif. Lehimləyən, lehimləmə üçün olan. Lehimləyici ərinti. Lehimləyici lampa. // Is. mənasında. Lehimləyən alət. Lehimləyicini təmir etmək.

LEHİMLİ (ID - 26974)

sif. Lehim vurulmuş, lehimlənmiş, qalay və s. ilə yapışdırılmış. Lehimli çaynik.

LEHİNƏ (ID - 26975)

zərf [ər.] Xeyrinə, tərəfinə, mənfəətinə (əleyhinə ziddi). Lehinə səs vermək. Lehinə çıxmaq. - Vəziyyət hər tərəfdən Qızıl Arslanın lehinədir. M.S.Ordubadi. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə əl qaldırmağı...

LEHLƏR (ID - 26976)

Polyakların köhnə adı.

LEHMƏ (ID - 26977)

is. Duru palçıq, batdaq. Lehməyə batmaq. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq qalın meşələrdən keçir, .. hədəfə doğru irəliləyirdi. Ə.Vəliyev.
□ Lehməsi axmaq - çox çirkli, kirli adam haqqında....

LEHMƏLİ (ID - 26978)

Bu səhifə 125 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif