Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

L (ID - 26729)

Azərbaycan əlifbasının on səkkizinci hərfi. B ax el.

LABİRİNT (ID - 26730)

[yun.] 1. Qədim Yunanıstanda və Misirdə: çıxılması çətin, dolanbac və dolaşıq yolları olan böyük bina, tikili.
anat. Qulağım spiral, dəhliz və yarımdairəvi kanallardan ibarət hissəsi.
məc. Dolaşıqlıq, qarışıqlıq,...

LABORANT (ID - 26731)

[lat. laborans - işləyən] Laboratoriyada çalışan elmi və ya texniki işçi. Baş laborant. Laborant vəzifəsi. - [Fərhadoğlu] sonra öz laborantlarını da güclü bir selin gələcəyindən xəbərdar etdi. S.Rəhimov. Ay qız, - dedi, - laborant...

LABORANTLIQ (ID - 26732)

is. Laborant vəzifəsi, işi. Laborantlıq etmək.

LABORATORİYA (ID - 26733)

[lat. laboratorium - işləmək] 1. Elmi və ya texniki təcrübələr, tədqiqat üçün xüsusi təchiz olunmuş bina, otaq; belə təcrübə, tədqiqat aparılan müəssisə. Kimya laboratoriyası. Fizika laboratoriyası. - Laboratoriyadan Firuzənin...

LABÜD (ID - 26734)

zərf [ər.] 1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. ..Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri....

LABÜDDƏN (ID - 26735)

zərf [ər. ] 1. Hökmən, məcburən, mütləq. [Ağası bəy Vaqifə:] Əgər Məmməd bəy .. mane ola bilməzsə .. labüddən vuruşma olacaqdır. Çəmənzəminli.
2. İstər-istəməz, əlacsız, naçar, məcburən. [Qulam xan:] Məni o qədər...

LABÜDLÜK (ID - 26736)

is. Heç bir şeylə qarşısı alına bilməmə; qaçılmazlıq, önüalmmazlıq, zərurilik. Hadisənin labüdlüyü.

LACİVƏRD (ID - 26737)

is. [fars.] Tünd-mavi rəngli qiymətli daş. // Bu daşın rəngi - tünd-mavi rəng. Lacivərd boşqab. - Lacivərd göylərin ətəklərini; Sarmış altun saçaqlı bir pərdə. R.Rza. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır,...

LACİVƏRDİ (ID - 26738)

sif. [fars.] Tünd-mavi rəngli, lacivərd rəngində; göy. Lacivərdi kasa. Lacivərdi səma. - Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda.. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Bu gün dərya açıqdı; Göy üzü lacivərdi....

LACİVƏRDLİK (ID - 26739)

is. Lacivərd rəngində olma; tünd-mavilik, göylük.

LAÇIN (ID - 26740)

is. 1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. Laçın yatağıdır bizim məkanlar. Q.Zakir. Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq. // məc. tənt. Müqayisələrdə:...

LAD (ID - 26741)

[rus.] Musiqidə: səs sırasını qurma, səsləri yerləşdirmə üsulu; musiqi əsərinin quruluşu. Rast, şur, segah, şüştər, çargah, bayatı-şiraz və humayun Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov.

LAƏQƏL, LAƏQƏLLƏN (ID - 26742)

zərf [ər.] klas. Ən azı, heç olmazsa. Gecə-gündüz hər zaman olsa müsavi, eyd olur; Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. Q.Zakir. Var imiş evlənməyə də qüdrəti; Bəs niyə yox laəqəl üç külfəti?! M.Ə.Sabir. Yadımdadır...

LAƏLAC (ID - 26743)

sif. və zərf [ər.] Əlacsız, çarəsiz. □ Laəlac qalmaq (olmaq) - çarəsiz qalmaq, əlacı kəsilmək, çıxılmaz vəziyyətdə olmaq, məcburiyyət qarşısında qalmaq. Laəlac olub, aqibət; Gənci şahmarə tapşırdım. Q.Zakir. Axırı...

LAF (ID - 26744)

is. [fars.] Mükalimə, söhbət, danışıq, söz. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli. Vəli, bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. [Səlim:] Istəməz başqa laf; Söylə, açıq söylə,...

LAFET (ID - 26745)

[fr.] 1. Top altlığı, top qundağı.
Traktor və başqa nəqliyyatın dalına qoşulan yük arabası. Pambığın daşınması üçün 4 yük avtomobili və 3 lafiet ayrılmışdı. - Yusifi .. aldığı alafı traktor lafietlərinə doldurub daşıtdırırdı....

LAFETLİ (ID - 26746)

sif. Lafeti olan, lafet qoşulan. Lafetli traktor.

LAĞ (ID - 26747)

is. [fars.] Rişxənd, istehza, ələ salma, masqara. Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal. □ Lağ etmək (eləmək) - ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək. Camalından mələk xəcalət...

LAĞAN (ID - 26748)

is. məh. İtə xörək verilən qab.

LAĞBAZ (ID - 26749)

[fars.] bax lağçı.

LAĞBAZLIQ (ID - 26750)

bax lağçılıq. Nazxanım bərkdən gülərək eyni lağbazlıqla (z.) oğlanın ardınca qışqırdı. İ.Əfəndiyev.

LAĞCIL (ID - 26751)

b ax lağçı. Lağcıl adam.

LAĞCILLIQ (ID - 26752)

b a x lağçılıq.

LAĞÇI (ID - 26753)

is. Rişxəndçi, istehzaçı, adam ələ salan, lağ etməyi sevən adam.

LAĞÇILIQ (ID - 26754)

is. Adam ələ salma, lağ etməyi sevmə; rişxəndçilik.

LAĞIM (ID - 26755)

is. 1. Yeraltı yol, yer altında qazılmış üstüörtülü xəndək. Ağaclar dibində hava topları, hər tərəfdə gözətçi dəstələr qoyulduğunu, əyri lağımlar qazıldığını görüb getmədi. Mir Cəlal. □ Lağım atmaq (açmaq, vurmaq)...

LAĞIMATAN (ID - 26756)

b a x lağımçı. Qız gördü ki, lağımçı gəlir. Tez lağımatanın qabağına çıxıb dedi.. (Nağıl).

LAĞIMÇI (ID - 26757)

is. 1. Yeraltı yol qazıyan usta; lağımatan. [Qız:] Ey lağımçı, bu qalaçadan padşahın dustaqxanasına lağımı neçə günə atarsan? (Nağıl).
2. Kanalizasiya təmizləyən.

LAĞIMÇILIQ (ID - 26758)

is. Lağımçının işi, peşəsi, sənəti. Lağımçılıq eləmək.

LAĞIRTI (ID - 26759)

bax laqqırtı. ..O heç gözlənmədən bu və ya digər qapını açıb girər, saatlarla min cür boş-boş əhvalatlardan danışıb lağırtı vurar. M.İbrahimov.

LAĞ-LAĞ (ID - 26760)

sif və zərf 1. Boş, mənasız. Lağ-lağ danışmaq - boş-boş danışmaq. Getdi, mənə nə, fəhləliyin badə, əkinçi; Lağlağ danışıb başlama fəryadə, əkinçi! M.Ə.Sabir.
2. Bax lağlağı1. [Feldşer] çox uzunçu, lağlağ, həm...

LAĞLAĞI1 (ID - 26761)

sif. Çoxdanışan, boş-boğaz, naqqal: ağzına və ağlına gələni danışan. Lağlağı adam. // İs. mənasında. [Dilmanc:] Ay kişi, Danabaş kəndində nə çox lağlağı var imiş! Məmmədquluzadə. Hər ötərgi lağlağıya, söylə, neçin...

LAĞLAĞI2 (ID - 26762)

b ax lağ. Lağlağı eləmək. Lağlağıya qoymaq.

LAĞLAĞIÇI (ID - 26763)

sif b ax lağlağı1. Əhali Nadir ilə Zeynəbin görüşməsini bildi, .. lağlağıçı adamlar da onlara bir neçə söz qoşdular. B.Talıblı.

LAĞLAĞILIQ (ID - 26764)

is. Boş-boş və çox danışma; naqqallıq, boş-boğazlıq. Lağlağılıq etmək.

LAĞ-LOĞAZ (ID - 26765)

lağ-loğaza qoymaq - b a x lağa qoymaq (“lağ” da).

LAHUT (ID - 26766)

[ər.] klas. şair. İlahilik, ülviyyət.

LAHUTİ (ID - 26767)

[ər.] klas. şair. İlahi. [Yaşlı kişi:] Özümü lahuti bir mənzərə qarşısında təsəvvür edirdim. S.Hüseyn.

LAX1 (ID - 26768)

sif 1. Çürüyüb pis qoxu verən, qoxumuş, xarab olmuş. Bu pula heç bir lax yumurta verməzlər. S.Rəhimov. [Fərəcov Qarakişiyə:] Əlbəttə, lax yumurta yığsan cücə çıxmaz. B.Bayramov.
2. məc. dan. Mənasız, boş, düzgün olmayan.
□...

LAX2 (ID - 26769)

LAXBALAX (ID - 26770)

zərf dan. Hər iki tərəfi açıq, taybatay, laybalay. Pəncərə laxbalax açıqdır. - [Qaraqaş] bir təpik qapıya çəkdi, qapı laxbalax açıldı. (Nağıl).

LAXLADILMA (ID - 26771)

“Laxladılmaq” dan f.is.

LAXLADILMAQ (ID - 26772)

məch. Lax hala salınmaq, boşaldılmaq. Mizin ayaqları laxladılıb.

LAXLAMA (ID - 26773)

“Laxlamaq” dan f.is.

LAXLAMAQ (ID - 26774)

f. Yerindən oynamaq, yerində möhkəm durmamaq, lax olmaq, tərpənmək, boşalmaq; möhkəmliyini, sabitliyini itirmək. Stulun qıçları laxlayır. - Kərbəlayı Ağcanın fikrində bu idi ki, .. Kazımı çəpərə elə çırpsın ki, çəpərin...

LAXLAMIŞ (ID - 26775)

f.sif Boşalmış, yerindən oynamış, tərpənən, laxlayan. Gödək adam ombasından laxlamış olan qılçasını sürüyə-sürüyə getdi. Mir Cəlal.

LAXLATMA (ID - 26776)

“Laxlatmaq” dan f.is.

LAXLATMAQ (ID - 26777)

f. 1. Bir yerə vurulmuş, basdırılmış və ya bənd edilmiş, kip taxılmış şeyi çox tərpədərək boşaltmaq, lax hala gətirmək. Mıxı laxladıb çıxartmaq. - Bəzən [Dəmirov] göy xallı atın cilovunu bir adama verib dəmir lomu özü...

LAXLIQ1 (ID - 26778)

is. Lax yumurtanın hal və keyfiyyəti.

Bu səhifə 103 dəfə baxılıb