1
İzahlı lüğət - L hərfi ilə başlayanlar - H. 14
ZE+education
kitab_satishi+

İzahlı lüğət

LOBBİ (ID - 27379)

is. [ing.] Qanunverici hakimiyyətin üzvlərinə pərdəarxası təsir göstərən bankirlər, monopolistlər qrupu.

LOBYA (ID - 27380)

is. bot. Paxlalılar fəsiləsindən birillik bostan bitkisi. O tərəfdə də hörmə çəpərin içində sarmaşıqlar, göy lobyalar, günəbaxanlar, sarısaçaqlı qarğıdalılar bir-birinə qarışırdı. S.Rəhimov. ..Arvad-uşaq kiçikbostan salıb...

LOBYAÇİLOV (ID - 27381)

is. Lobya ilə bişirilmiş aş; lobyalı çilov.

LOBYALI (ID - 27382)

sif. Lobya qatılmış, lobya ilə bişirilmiş. Lobyalı aş. Lobyalı xəmiraşı.

LOBYALIQ (ID - 27383)

is. Lobya əkilmiş yer, lobya bostanı. Lobyalığı sulamaq. Lobyalığı alaq etmək.

LODKA (ID - 27384)

[rus. лодка] Qayıq. ..Geniş və uzun hovuzda səyahət üçün kiçik lodkalar üzürdü. M.S.Ordubadi. Dəniz üzərində burada-orada bir çox yelkənli və yelkənsiz lodkalar görünürdü. T.Ş.Simurq.

LODKADABAN (ID - 27385)

dan. bax dikdaban.

LOĞAZ (ID - 27386)

is. [ər.] 1. İstehza, rişxənd, masqara, ələ salma. □ Loğaz qoşmaq (oxumaq) - 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq. [Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov; 2) ağzına gələni...

LOĞMA (ID - 27387)

is. [ər.] 1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. Loğma ki var, boğmadır. (Ata. sözü). O, çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. A.Şaiq.
2. Ümumiyyətlə,...

LOĞMALAMA (ID - 27388)

“Loğmalamaq” dan f.is.

LOĞMALAMAQ (ID - 27389)

f. dan. kob. Çörək (loğma) vermək; yedirmək.

LOĞMALANMA (ID - 27390)

“Loğmalanmaq” dan f.is.

LOĞMALANMAQ (ID - 27391)

qayıd. dan. kob. Çörək, loğma yemək; tıxmaq.

LOĞMALIQ (ID - 27392)

is. 1. Adətən “bir” sayı ilə işlənərək bir dəfə ağza salmağa kifayət edəcək miqdarı bildirir. Bir loğmalıq çörək.
2. kob. “Yemək, çörək” mənasında. Loğmalıq eləmisən?

LOĞMAN (ID - 27393)

Əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs mənasında işlənmişdir. Loğman da gəlsə dirilməz. - Bir Isa nəfəsli, Loğman dəvalı; Vaqifəm,...

LOJA (ID - 27394)

[fr.] Tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer. Sağ loja. Lojaya bilet almaq. - Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara doğru çevrildi. C.Cabbarlı. Teatrın .. salonu və lojaları ağzına...

LOKAL (ID - 27395)

sif [lat.] Yerli əhəmiyyətli, müəyyən yerə mənsub olan. Lokal məsələ.

LOKASİYA (ID - 27396)

is. [lat.] Radiodalğaların köməyi ilə cismin yerini tapma.

LOKATOR (ID - 27397)

[lat.] Hər hansı bir cisimdən çıxan səs və ya radio dalğalarının köməyi ilə həmin cismin yerini müəyyənləşdirən cihaz.

LOKAUT (ID - 27398)

[ing. lock-out - üzünə qapı bağlamaq] Burjuaziyanın fəhlə sinfinə qarşı mübarizə üsullarından biri olaraq, müəssisələrin bağlanması və fəhlələrin kütləvi surətdə işdən çıxarılması.

LOKAUTÇU (ID - 27399)

is. Lokaut elan edən, lokautdan istifadə edən kapitalist.

LOKOMOBİL (ID - 27400)

[fr.] Müxtəlif maşınları hərəkətə gətirən buxar mühərriki; bu cür mühərriki olan maşın.

LOKOMOTİV (ID - 27401)

[fr.] Rels üzərində işləyən və vaqonları, qatarları hərəkətə gətirən maşın (parovoz, teplovoz, elektrovoz və s.). Lokomotiv sürmək. Lokomotivi təmir etmək. ..Aslanın gur səsi onun qulaqları ucunda lokomotiv düdüyü kimi çınladı....

LOQARİFM (ID - 27402)

[yun. logos - nisbət və arithmos - say, rəqəm] riyaz. Verilən bir ədədi almaq üçün kökün vurulacağı üst dərəcə. Loqarifm cədvəli. - ..Özbaşına buraxılmış bir uşaq, hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də,...

LOQARİFMLƏMƏ (ID - 27403)

“Loqarifmləmək” dən

LOQARİFMLƏMƏK (ID - 27404)

f. riyaz. Verilən ədədin loqarifmini almaq.

LOQQULDAMA (ID - 27405)

"Loqquldamaq” dan f.is.

LOQQULDAMAQ (ID - 27406)

b a x loqquldamaq.

LOQQULTU (ID - 27407)

is. 1. Tökülən, axan, bərk qaynayan mayedən hasil olan səs.
2. Bax lökkültü.

LOM (ID - 27408)

[rus.] bax ling. Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov. Qoca dəmir loma söykəndi. S.Rəhimov. Bir anda hərə əlinə keçən külüng, bel və lom ilə evin divarına hücum çəkdi. Ə.Əbülhəsən.

LOMBA (ID - 27409)

is. Qəliz maye və ya sıyıq şeyin iri və dairəvi parçası; iri damcı, böyük damla. Mürəkkəb lombası. - Molla uşağı arxası qatda uzadır yerə, bir lomba tüpürür üzünə. “M.N.Lətif.” [Yetər:] Cəbi, vallah, sən axırı məni...

LOMBALAMA (ID - 27410)

“Lombalamaq” dan f.is.

LOMBALAMAQ (ID - 27411)

f dan. kob. Lomba ilə yemək. [Mahmud:] Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ə.Haqverdiyev.

LOMBARD (ID - 27412)

is. [ital. coğr. addan] Daşınar əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsi. Lombarda şey qoymaq. - [Dürrə] ..evdən çıxıb şəhər lombardına yönəldi. S.Vəliyev.

LOPA1 (ID - 27413)

is. 1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq.
Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. - [Budur],...

LOPA2 (ID - 27414)

is. məh. Sabun bişirilərkən çıxan tullantı.

LOPABIĞ(LI) (ID - 27415)

sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı). Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekə papaqlı bir kişi oturub, çubuq çəkirdi. Çəmənzəminli. // İs. mənasında. [Abbasəli:] Şəkil mənə...

LOPAGÖDƏN(Lİ) (ID - 27416)

sif. dan. Yumru, iri qamı olan; yekəqarın. Lopagödən kişi.

LOPAGÖDƏNLİK (ID - 27417)

is. dan. Lopagödən adamın xüsusiyyəti; yekəqarınlıq.

LOPARLAR (ID - 27418)

cəm Saamların keçmiş adı.

LOPUQ (ID - 27419)

is. Əyləncə üçün köpürülmüş ordlara yavaşca yumruqla, ya barmaqlarla vuraraq səs çıxartma. [Səlim bəy Nəcəf bəyə:] Həmişə qış uzunu bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Ə.Haqverdiyev. [Səriyyə:] Ancaq şərtimiz...

LOR (ID - 27420)

is. Pendir tutulan zaman onun suyunu qaynadıb süzməklə hazırlanan ağartı.

LORD (ID - 27421)

LORDLUQ (ID - 27422)

is. Lord titulu.

LORNET (ID - 27423)

is. [fr.] Dəstəli qatlama eynək.

LORT (ID - 27424)

sif. Şişman, sallaqqarın.

LORTÇU (ID - 27425)

is. məh. Avara gəzib bir işlə məşğul olmayan adam. [Əhməd:] ..Nə söyləyirsən, bir lortçudur ki, bərabəri yoxdur, indi gələr, görərsən. N.Vəzirov.

LORTGÖDƏN(Lİ) (ID - 27426)

bax lortqarın(lı).

LORTQARIN(LI) (ID - 27427)

sif. məh. Qazandığını qarnına xərcləyən, qarnına həddindən artıq qulluq edən; yeyimcil, qarınqulu. O, bir lortqarındır ki, özü kimisi yoxdur. S.Rəhimov.

LORTLUQ (ID - 27428)

is. Şişmanlıq, qamı yekəlik, qamı sallaqlıq. Çox kök, ağırlaşmış buğalarda tənbəllik və lortluq baş verir. A.Ağabəyli.

Bu səhifə 124 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif