İzahlı lüğət

LAK1

[ital.] Parıltı vermək, həmçinin korlanmaqdan qorumaq üçün əşyanın üzərinə çəkilən spirtdə, yağda, skipidarda həll olunmuş qatran. Qara lak. Şkafa lak çəkmək. // Üzərinə həmin mayedən çəkilmiş parıltılı dəridən və s.-dən tikilmiş, düzəldilmiş. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn. Cavanların arasından çesuça kostyumla lak çəkmə geyinmiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən.
□ Lak ağacı bot. - əsasən Çin və Yaponiyada bitən, köklərindən lak alınan tropik ağac.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed