İzahlı lüğət

LAL

sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər. (Məsəl). Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. □ Lal eləmək məc. - susdurmaq, danışmaq iqtidarından məhrum etmək. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabəyov. ..Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə yaralayırdı. Çəmənzəminli. Lal əlifbası lallarm barmaqları vasitəsilə şərti işarələr göstərməkdən ibarət danışma üsulu. Lal olmaq - danışmaq qabiliyyətini itirmək, danışa bilməmək. // Susmaq, səsini kəsmək, sükut etmək, danışmamaq, dili tutulmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.Lətif.” Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir. Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Lal durmaq - susmaq, susub durmaq, dinməmək, sükut etmək. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq .. zənn etdilər. S.S.Axundov. Lal olasan! (olsun!) qarğış məqamında işlənir. Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı).
2. məc. Ahəstə, sakit, səssiz. Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pəncərələr. S.Vurğun. [Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal.
□ Lal xəritə - tədris vəsaiti kimi istifadə edilən yazısız coğrafi xəritə. Lal səhnə teatr tamaşalarında, kinofilmlərdə danışıqsız, səssiz səhnə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAD

LAF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed