İzahlı lüğət

LOĞMA

is. [ər.] 1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. Loğma ki var, boğmadır. (Ata. sözü). O, çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. A.Şaiq.
2. Ümumiyyətlə, çörək mənasında. Yemə namərd loğmasın, Seyyid! Sifəti etməsin sənə təsir. S.Ə.Şirvani. Ey vay, bufələk qoydu bizi loğmaya həsrət; Qaldıq biz adamsız. M.Ə.Sabir. [Qədir:] Çörək, yalnız bir loğma çörək üçün ailəmdən və əziz körpəmdən ayrılıram. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

LYA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed