İzahlı lüğət

LƏZZƏTLİ

sif. 1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. - Məşədi Imaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi. Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə.
məc. Xoşagələn, xoş. Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir. [Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov.
məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. Verpulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir. Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir sey saxlamamısdı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

LAP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed