İzahlı lüğət

LƏYAQƏT

is. [ər.] 1. İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi. Yüksək insani ləyaqət. - Ağlı mədəsindən xırda gədələr; Dünyanı yedirdi öz niyyətinə; Kəsib tamahından ulu dədələr; Caladı həmişə ləyaqətinə. B.Vahabzadə.
Qabiliyyət, bacarıq, istedad, iqtidar. [Həsən ağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum, işləsinlər. Ə.Haqverdiyev. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. S.S.Axundov. Ləyaqətlə şəklində zərf- 1) layiqli bir surətdə, layiq olduğu tərzdə. Ləyaqətlə qarşılamaq. Ləyaqətlə cavab vermək. -Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil; Ləyaqətlə ölməyi ömrün hünər tacı bil! X.Rza; 2) bacarıqla, lazımınca. Tapşırığı ləyaqətlə yerinə yetirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed